www.vivo-book.com
528
verirsiniz? Bu məsələ ilə maraqlandığım üçün məni əfv
edin, ancaq bu məsələ başqa məsələlərlə çox əlaqədardır...
O mənim sualımı heç eşitməmiş kimi birdən soruşdu:
– Siz necə güman edirsiniz? Bu on min qoca İxmenevə
sözsüz-filansız verilsə də, sonra da... sonra da... Bu şeylər
ona deyilməsə də, yenə də bu pulu rədd edərmi? Siz buna
əminsinizmi?
– Əlbəttə, rədd edər!
Mən birdən acıqlandım, hətta acığımdan bədənim
titrədi. Şübhəli bir ifadə ilə həyasızcasına verilən bu sual
mənə elə təsir bağışladı ki, sanki o mənim düz gözümün
içinə tüpürdü. Eyni zamanda, başqa bir məsələ də məni
təhqir etmişdi ki, bu da onun kobud kübar hərəkəti idi: o
mənim sualımı eşitməmiş kimi, cavab vermədi, başqa bir
sualla mənim sözümü kəsdi, bununla da o yəqin göstərmək
istəyirdi ki, sən bu sualı mənə verməklə həddindən artıq
uzaqlara getmisən, rəsmiyyətdən çox kənara çıxmısan.
Kübar cəmiyyətinin bu hərəkətindən mənim zəhləm gedir,
əvvəllər var qüvvəmlə çalışırdım ki, bu pis vərdişi
Alyoşanın başından çıxardım.
www.vivo-book.com
529
Knyaz mənim sözümə cavab olaraq sakitcə dedi:
– Bəli... Siz həddindən artıq tez acıqlanırsınız, bu
dünyada bəzi işlər sizin təsəvvür etdiyiniz kimi həll
olunmur. Mən elə güman edirəm ki, Natalya Nikolayevna bu
məsələnin həllində, az da olsa, kömək edə bilər, siz bunu
ona deyin. O öz məsləhətini söyləyə bilər.
Mən kobudluqla dedim:
– Qətiyyən kömək edə bilməz! Siz iltifat buyurub
bayaq axıra kimi qulaq asmadınız, mənim sözümü kəsdiniz.
Nataşa Nikolayevna başa düşər ki, əgər pulu siz qeyri-
səmimi olaraq, bayaq dediyiniz kimi, sözsüz-filansız
qaytarırsınızsa, deməli, ondan ötrü atasına, Alyoşadan ötrü
də
ona
pul
verirsiniz,
sözün
qısası,
onları
mükafatlandırırsınız...
– Bəli... Deməli, mənim mərhəmətli İvan Petroviçim, məsələni siz belə başa
düşürsünüz... – knyaz güldü. (O niyə gülürdü?) – Amma, – deyərək sözünə davam
etdi, – biz ikilikdə hələ çox, çox danışmalıyıq. İndi buna vaxt yoxdur. Ancaq sizdən
xahiş edirəm, bir şeyi başa düşün ki, məsələ doğrudan-doğruya Natalya
Nikolayevnaya, onun bütün gələcək həyatına aiddir, bu da qismən ondan asılıdır ki,
ikilikdə biz bu məsələni necə həll edəcəyik, nə kimi bir nəticəyə gələcəyik. Siz bu
işdə mütləq lazımsınız, özünüz görəcəksiniz! Buna görə də, əgər siz Natalya
Nikolayevna ilə öz əlaqənizi davam etdirəcəksinizsə, onda, mənə nə qədər hüsn-
rəğbət bəsləməsəniz də, mənimlə izahata girişməkdən boyun qaçıra
bilməyəcəksiniz... Budur, gəlib çatdıq... A bientot.Tezliklə görüşərik(frans.); –burdа
– kəsilmiş söhbəti tezliklə davam etdirərik – mənasındadır.
www.vivo-book.com
531
IX FƏSİL
Qrafinya çox gözəl yaşayırdı. Otaqlar dəbdəbə ilə
olmasa da, komfortla, zövqlə qurulub bəzədilmişdi. Amma
hər şeydə müvəffəqiyyətlilik hiss olunurdu, bu, gen-bol
kübar həyatı keçirilən, bu həyatın zəruri hesab edilən bütün
şıltaqlıqları, boş arzuları ilə dolu olan dövlətli bir
familiyanın əsaslanmış, daimi məskəni deyildi, bu ancaq
müvəqqəti, abırlı bir mənzil idi. Söz yayılmışdı ki, qrafinya
yayı knyazla bərabər Simbirsk quberniyasına (xarab olmuş,
dəfələrlə girov qoyulmuş), malikanəsinə gedəcəkdir. Mən də
bunu eşitmişdim, dərdli-dərdli düşünərək öz-özümə
deyirdim: “Katya qrafinya ilə gedəndə Alyoşa nə edəcək?”
Bu barədə hələ Nataşa ilə danışmamışdım, danışmağa
qorxurdum, amma bəzi şeylərdən hiss edirdim ki, deyəsən,
Nataşa da bu xəbəri eşitmişdir. Lakin o susur, öz qəlbində
iztirab çəkirdi.
Qrafinya məni çox gözəl qəbul etdi, nəzakətlə əlini
mənə uzadıb, çoxdan bəri burada görmək istədiyini söylədi,
bununla da, knyazın sözünü təsdiq etdi. O özü yaraşıqlı,
www.vivo-book.com
532
gümüş samovardan çay tökürdü, biz də – mən, knyaz, bir də
kübar cəmiyyətindən olan bir cənab stolun ətrafında
oturduq. O, yaşa dolmuş, paltarı bir az kraxmallanmış, döşü
ulduzlu, diplomat ədalı bir adam idi. Deyəsən, bu qonağa
çox hörmət edirdilər. Qrafinya xaricdən qayıdandan sonra,
hələ bu qışı Peterburqda böyük əlaqələr yaratmağa müvəffəq
olmamışdı, öz vəziyyətini istədiyi kimi, nəzərdə tutduğu
kimi əsaslandıra bilməmişdi. Bu qonaqdan başqa heç kəs
yox idi, heç kəs də gəlmədi. Mən gözlərimlə Katerina
Fyodorovnanı axtarırdım, o, Alyoşa ilə o biri otaqda idi,
bizim gəldiyimizi eşidən kimi otaqdan çıxıb yanımıza gəldi.
Knyaz nəzakətlə onun əlini öpdü, qrafinya məni ona
göstərdi. Knyaz elə o saat bizi tanış elədi. Mən səbirsizliklə,
diqqətlə ona baxırdım: o, ağ paltar geyinmiş, orta boylu,
zərif, sarışın bir qız idi, üzündə dinc, sakit bir ifadə vardı,
gözləri, Alyoşanın dediyi kimi, tamamilə mavi idi, onun
gözəlliyi ancaq gənclik gözəlliyi idi, vəssalam. Mən çox
gözəl bir qız görəcəyimi təsəvvür edirdim, lakin onda
gözəllik yox idi. Onun uzunsov, qəşəng, zərif üzü, gur,
doğrudan da, gözəl saçı, sakit, diqqətli baxışları vardı, saçı
Dostları ilə paylaş: |