www.vivo-book.com
567
belə təsəvvür edirsiniz. Mən özüm də çox yaxşı başa
düşürəm ki, siz burada mənimlə, mənə hüsn-rəğbət
bəslədiyiniz üçün oturmamısınız, ona görə oturmusunuz ki,
mən sizinlə danışmağı vəd etmişəm. Doğru demirəmmi?
Knyaz güldü.
Sonra acıqlı-acıqlı əlavə etdi:
– Amma siz müəyyən bir adamın mənafeyini müdafiə
etdiyinizdən, mənim dediklərimi eşitmək istəyirsiniz. Elə
deyilmi?
Mən səbirsizliklə onun sözünü kəsdim:
– Siz yanılmırsınız! (O elə adamdır ki, əgər birisini, lap
zərrə qədər də olsa, öz ixtiyarında görsə, dərhal bunu o
adama hiss etdirər, mən bunu görürdüm. İndi mən də onun
ixtiyarında idim, onun nə demək istədiyini dinləməyincə
gedə bilməzdim, o da bunu çox yaxşı bilirdi. Onun ifadə
tərzi birdən dəyişdi, o get-gedə həyasızcasına bir
təklifsizliklə və istehza ilə danışmağa başladı.) – Knyaz, siz
yanılmırsınız, mən ancaq bunun üçün gəlmişəm, yoxsa
gecənin bu vaxtında burada oturmazdım...
www.vivo-book.com
568
Mən ona yoxsa, mən sizinlə qətiyyən oturmazdım,
demək istəyirdim, ancaq demədim, sözü dəyişdim, bunu da
qorxduğum üçün deyil, lənətə gəlmiş zəifliyim, nəzakətli
olmağım üzündən dedim. Axı necə ola bilər ki, adama lap
üzünə qarşı kobudluq edəsən, əslində o buna layiq idi, mən
də ona qarşı belə bir kobudluq etmək istəyirdim. Mənə elə
gəlir ki, knyaz bunu mənim gözlərimdən başa düşdü, buna
görə də cümləni deyib qurtarıncaya qədər istehza ilə mənə
baxdı, sanki mənim zəifliyimdən həzz alır, öz baxışları ilə
məni ələ salaraq deyirdi: “Hə, dost, cürətin çatmadı ha,
yalan dedin!” Bu yəqin ki, belə idi, çünki mən sözümü
qurtarandan sonra o, qəhqəhə ilə güldü, himayəedici bir
mehribanlıqla əlini dizimə vurdu.
Mən onun gözlərindən bu sözləri oxudum: “Dost, sən
yaman gülməlisən!” Mən də düşünərək öz-özümə dedim:
“Hələ bir dayan!”
Knyaz bərkdən:
– Bu gün mənim kefim yaman kökdür, – dedi. – Heç
özüm də bilmirəm nə üçün! Hə, hə, dost, hə! Mən həmin
adam haqqında danışmaq istəyirdim. Axı hər nə varsa açıb
www.vivo-book.com
569
söyləmək, bir nəticəyə gəlib çıxmaq lazımdır, əminəm ki, bu
dəfə siz məni tamam başa düşərsiniz. Bayaq mən sizə o pul
haqqında, bir də ki, o fərsiz, o altmış yaşlı uşaq barəsində
danışdım... Hə! İndi bunu heç yada salmaq lazım deyil. Mən
axı bunu elə-belə demişdim! Ha-ha-ha, siz axı
ədəbiyyatçısınız, bunu başa düşməli idiniz...
Mən heyrətlə ona baxdım. Deyəsən, hələ sərxoş
deyildi.
– O ki qaldı, o qız haqqında, doğrudan da, mənim ona
hörmətim var, hətta onu sevirəm, sizi inandırıram! O bir az
şıltaq qızdır, axı “qızılgül tikansız olmaz” – əlli il bundan
qabaq belə deyiblər, yaxşı da deyiblər. Tikan adama batır,
ancaq elə maraqlı da burasıdır. Mənim Alekseyim axmaq da
olsa, mən ona, yaxşı zövqü olduğu üçün, bəzi hərəkətlərini
bağışlamışam. Sözün qısası, o qızlar mənim xoşuma gəlir,
hətta mənim (o mənalı-mənalı dodaqlarını bir-birinə sıxdı)
bu barədə xüsusi fikrim var. Bunu sonra deyərəm...
Mən həyəcanla dedim:
www.vivo-book.com
570
– Knyaz! Qulaq asın, knyaz! Mən sizin belə tez
dəyişməyinizin səbəbini başa düşmürəm, ancaq... Söhbəti
dəyişin, xahiş edirəm!
– Siz yenə də özünüzdən çıxırsınız! Yaxşı... dəyişərəm,
dəyişərəm! Ancaq sizdən bir şey soruşmaq istəyirəm, mənim
saf qəlbli dostum, siz o qızın xətrini çox istəyirsiniz?
Mən kobudluq ifadə olunan bir səbirsizliklə dedim:
– Əlbəttə!
Knyaz iyrənc bir şəkildə dişlərini ağartdı, gözlərini
qıyaraq sözünə davam etdi:
– Deməli... deməli, sevirsiniz də?
Mən çığırıb dedim:
– Siz özünüzü unudursunuz!
– Yaxşı, yaxşı, bu barədə daha danışmayacağam! Sakit
olun! Bu gün mənim əhvali-ruhiyyəm çox gözəldir! Çoxdan
mənim kefim belə kök olmayıb. Gəlsənə, bir şampan şərabı
içək? Şairim, siz buna necə baxırsınız?
– Mən içməyəcəyəm, istəmirəm!
– Elə şey yoxdur! Siz mütləq bu gün mənimlə
içməlisiniz. Mən özümü çox gözəl hiss edirəm, mən
www.vivo-book.com
571
sentimentallıq dərəcəsinə varan xoş bir təbiətə malikəm, ona
görə də təkbaşına xoşbəxt ola bilmərəm. Kim bilir, biz bəlkə
də o dərəcəyə gəlib çatacağıq ki, bir-birimizə “sən” deyib,
“sən” sağlığına içəcəyik, ha-ha-ha! Mənim gənc dostum, siz
hələ məni yaxşı tanımırsınız! Əminəm ki, mən sizin
xoşunuza gələcəyəm. Mən istəyirəm ki, siz bu gün mənimlə
həm dərdə, həm sevincə, həm fərəhə, həm də gözyaşına
şərik olasınız, ancaq əminəm ki, mən ağlamayacağam. İvan
Petroviç, bəs necə? Bir özünüz təsəvvür edin: mənim
istədiyim olmasa, onda bütün ilhamım ötüb keçəcək, heçə
çıxacaq, uçub gedəcək, siz də heç bir şey eşitməyəcəksiniz.
Siz isə bura ancaq ona görə gəlmisiniz ki, məndən bir şey
eşidəsiniz. – O yenə də mənə həyasızcasına göz vuraraq
əlavə etdi. – Elə deyilmi? İndi bunun ikisindən birini seçin.
Bu mühüm bir təhdid idi. Mən onun dediyinə razı
oldum. Fikirləşdim ki, “Görəsən, bu məni içirib sərxoş
etmək istəyir?” Yeri gəlmişkən, knyaz haqqında danışılan
bir sözü qeyd etmək istəyirəm, bunu mən çoxdan
eşitmişdim. Deyirdilər ki, o, kübar cəmiyyətində özünü çox
abırlı, nəzakətli göstərsə də, bəzən gecələr sərxoşluq etməyi,
Dostları ilə paylaş: |