www.vivo-book.com
557
– Siz inanmazsınız, mənim Nataşaya necə yazığım
gəlir.
Daha buna əlavə ediləsi bir söz yox idi. Mən susurdum,
ona baxaraq, mən özüm də, elə bil sevgidən, ağlamaq
istəyirdim. Bu nə əziz bir körpə idi! Niyə o elə hesab edirdi
ki, Alyoşanı xoşbəxt edə bilər, mən daha bunu ondan
soruşmadım.
O bir az sakitləşərək, düşüncəli halda soruşdu:
– Sizin yəqin ki, musiqidən xoşunuz gəlir?
Mən bir az təəccüblə cavab verdim:
– Bəli, xoşum gəlir.
– Vaxt olsaydı, mən sizin üçün Bethovenin üçüncü
konsertini çalardım. Mən indi onu çalıram. Orada bütün bu
hisslərdir... Eynilə indi mənim hiss etdiyim kimidir. Mənə
elə gəlir. Bunu başqa bir vaxt çalaram, indi danışmaq
lazımdır.
Biz onun Nataşa ilə necə görüşməsi, bunu necə
düzəltmək haqqında danışmağa başladıq. O dedi ki, mənə
göz qoyurlar, mənim ögey anam nə qədər mərhəmətli olsa
da, məni sevsə də, heç vaxt razı olmaz ki, mən Natalya
www.vivo-book.com
558
Nikolayevna ilə tanış olum. Buna görə də mən biclik
işlətməyi qərara almışam. Bəzən səhərlər, bəlkə də hər dəfə,
qrafinya ilə gəzməyə gedirəm. Bəzən qrafinya mənimlə
getmir, məni fransız qadını ilə tək buraxır, bu qadın indi
xəstədir. Bu, qrafinyanın başı ağrıyan zaman olur, onun
üçün də qrafinyanın başının ağrımasını gözləmək lazımdır.
Buna kimi də mən fransız qadınını yola gətirərəm, çalışaram
ki, mənim işimə kömək eləsin, qarıdır, özü də mərhəmətli
arvaddır, razı olar. Buna görə də elə çıxırdı ki, Nataşa ilə
görüşün hansı gündə olacağını qabaqcadan təyin etmək
mümkün deyil.
Dedim ki:
– Siz Nataşa ilə tanış olarsınız, buna da peşman
olmazsınız. O özü sizi çox görmək, sizi tanımaq istəyir, bu
ona lazımdır, ona görə lazımdır ki, heç olmasa, Alyoşanı
kimə verdiyini bilsin. Bu iş barəsində çox da fikir çəkməyin.
Siz fikir çəksəniz də, çəkməsəniz də, vaxt özü bunu həll
edəcəkdir. Siz ki kəndə gedirsiniz.
– Bəli, bu yaxında gedəcəyik, bəlkə də bir aydan sonra,
bilirəm ki, bunu da tələb edən knyazdır.
www.vivo-book.com
559
– Necə bilirsiniz, Alyoşa da sizinlə gedəcəkmi?
Katya diqqətlə mənə baxıb dedi:
– Mən də bu barədə fikirləşirəm. O axı gedəcək!
– Bəli gedəcək.
– İlahi! Heç bilmirəm bunun axırı nə olacaq! İvan
Petroviç, qulaq asın. Mən hər şeyi sizə yazacağam. Tez-tez
yazacağam, özü də çox yazacağam. İndi də mən sizə əzab
verməyə başlayacağam. Siz tez-tez bizə gələcəksinizmi?
– Katerina Fyodorovna, bilmirəm, bu, vəziyyətdən asılı
olacaq. Bəlkə heç gəlməyəcəyəm.
– Niyə?
– Bu bir çox şeylərdən asılı olacaq, əsas məsələ də
mənim knyazla olan əlaqəmdir.
Katya qəti bir ifadə ilə dedi:
– O, təmiz adam deyil. İvan Petroviç, bilirsiniz nə var,
bəlkə mən sizin yanınıza gəlim? Bu yaxşı olardı, ya yox?
– Siz özünüz necə bilirsiniz?
– Məncə, yaxşı olardı, – gülümsəyərək əlavə etdi: –
Elə-belə gəlib sizi yoxlayardım... Mən bunu ona görə
deyirəm ki, sizə hörmət etməkdən başqa, mən sizi həm də
www.vivo-book.com
560
çox sevirəm... Sizdən çox şey öyrənmək olar. Axı mən sizi
sevirəm... Mən ki bu şeyləri sizə deyirəm, bu ayıb deyil ki?
– Ayıb niyə olur? Siz indi mənim üçün yaxın bir
qohum kimi əzizsiniz.
– Siz mənim dostum olmaq istəyirsinizmi?
– Əlbəttə, əlbəttə, istəyirəm!
– Amma onlar mütləq deyirdilər ki, ayıbdır, cavan bir
qız belə eləməz! – bunu deyərək o yenə də mənə, çay süfrəsi
ətrafında oturub söhbət edən adamları göstərdi.
Bir şeyi də qeyd etməliyəm ki, knyaz, deyəsən, qəsdən
bizi tək buraxmışdı ki, biz istədiyimiz qədər danışaq.
Katya əlavə etdi:
– Mən axı çox yaxşı bilirəm ki, knyaza mənim pulum
lazımdır, mənim barəmdə onlar elə fikirləşirlər ki, guya mən
lap uşağam, bunu hətta mənim üzümə deyirlər. Amma mən
bu fikirdə deyiləm. Mən daha uşaq deyiləm. Onlar qəribə
adamlardır, özləri eynilə uşaqdırlar, axı onlar nə üçün
əlləşirlər?
www.vivo-book.com
561
– Katerina Fyodorovna, yadımdan çıxıb, sizdən bir şey
soruşacağam: o Lyovinka və Borinka deyilən kimlərdir,
Alyoşa onların yanına belə tez-tez gedir?
– Onlar mənim uzaq qohumlarımdır. Çox ağıllı, çox da
düz adamlardır, ancaq çox danışırlar... Mən onları tanıyıram.
Katya bunu deyib gülümsədi.
– Deyirlər ki, sonralar siz onlara bir milyon pul
bağışlamaq istəyirsiniz, bu doğrudurmu?
– Bax, görürsünüzmü, elə bu bir milyon olsun, onlar bu
barədə o qədər boşboğazlıq edirlər ki, adamın daha lap
zəhləsi gedir. Mən, əlbəttə, lap sevinə-sevinə bütün xeyirli
işlərə pul verirəm, bu qədər pul axı mənim nəyimə lazımdır,
elə deyilmi? Ancaq burası var ki, mən onu nə vaxt
verəcəyəm, amma onlar indi bu pulu bölüşdürürlər,
fikirləşirlər, çığır-bağır salırlar, mübahisə edirlər, nə üçün?
Bu pulu nəyə xərcləsək yaxşı olar, hətta bunun üstündə
dalaşırlar da, bu çox qəribədir. Çox tələsirlər. Amma onlar
çox səmimidirlər, bir də ki... ağıllıdırlar. Özləri də
oxuyurlar. Bu hər halda, başqalarının yaşamasından
yaxşıdır. Elə deyilmi?
Dostları ilə paylaş: |