www.vivo-book.com
562
Biz çox danışdıq. O az qala, bütün həyatını açıb mənə
söylədi, mənim dediklərimi də böyük həvəslə dinləyirdi. Elə
hey tələb edirdi ki, mən Nataşa və Alyoşa haqqında daha
çox şey danışım. Saat on iki olmuşdu, knyaz mənə
yaxınlaşdı, işarə ilə bildirdi ki, getmək vaxtıdır. Mən
xudahafizləşdim. Katya bərk-bərk əlimi sıxıb, mənalı-
mənalı mənə baxdı. Qrafinya yenə də gəlməyimi xahiş etdi,
mən knyazla bərabər evdən çıxdım.
Bəlkə də məsələyə heç dəxli olmayan qəribə bir şeyi
qeyd etməkdən özümü saxlaya bilmirəm. Katya ilə olan
üçsaatlıq söhbətdən mən, eyni zamanda, qəribə bir nəticəyə
gəldim, bir şeyə tamamilə əmin oldum: Katya o qədər uşaq
idi ki, hətta kişi ilə arvad arasında olan əlaqə sirlərini
qətiyyən
bilmirdi.
Bu
onun
bəzi
mülahizələrinə,
ümumiyyətlə, bir sıra çox mühüm şeylər haqqında danışdığı
ifadəsinə, ifadə ciddiliyinə fövqəladə bir məzəli rəng
verirdi...
X FƏSİL
Biz faytona minərkən knyaz dedi:
www.vivo-book.com
563
– Bilirsiniz nə var, gedib indi axşam yeməyi yesək,
necə olar? Hə? Siz buna necə baxırsınız?
Mən tərəddüd içində ona belə cavab verdim:
– Knyaz, vallah, heç özüm də bilmirəm, mən heç
axşam yeməyi yemirəm...
Knyaz diqqətlə, bic-bic düz gözümün içinə baxaraq
əlavə etdi:
– Əlbəttə, yeyə-yeyə söhbət də edərik.
Məsələ aydındır! Düşünərək öz-özümə dedim: “O,
ürəyindəkini açıb söyləmək istəyir, mənə də elə bu
lazımdır”. Razılaşdım.
– Lap yaxşı! Bolşaya Morskaya küçəsinə, B-ə.
Mən bir az karıxmış halda soruşdum:
– Restorana?
– Bəli. Necə? Mən axşam yeməyini çox nadir hallarda
evdə yeyirəm. Yoxsa, sizi dəvət etməyə mənə icazə
verməzsiniz?
– Mən axı sizə dedim ki, heç vaxt axşam yeməyi
yemirəm.
www.vivo-book.com
564
– Bir dəfə yeyəndə nə olar ki? Bir də ki, axı sizi mən
dəvət edirəm...
Yəni sizin pulunuzu mən verəcəyəm... Mən əminəm ki,
bunu o qəsdən əlavə etdi. Məni aparmağına ona icazə
verdim, lakin öz-özlüyümdə bu qərara gəldim ki, restoranda
öz pulumu özüm verim. Gəlib çatdıq. Knyaz xüsusi bir otaq
tutdu, zövqü olan, işdən başı çıxan bir adam kimi, üç növ
xörək sifariş etdi. Xörəklər də bahalı xörəklər idi, sifariş
etdiyi bir şüşə yaxşı süfrə şərabı da. Bu şeylərə mənim
gücüm çatmazdı. Mən menyuya baxdım, tapşırdım ki, mənə
meşə çilinin yarısını, bir qədəh də lafit gətirsinlər. Knyaz
özündən çıxdı:
– Siz mənimlə yemək istəmirsiniz? Bu hətta gülməlidir.
Pardon, mon ami
1
, bu axı... adamı acıqlandıra bilən bir
vasvasılıqdır. Bu ən xırda bir xudbinlikdir. Bu məsələyə,
deyəsən, ictimai təbəqələr ənənəsi də qarışmışdır, lap mərc
gələrəm ki, bu elə belədir ki, var. Mən lap yəqin deyirəm.
Siz mənim qəlbimə toxunursunuz.
Lakin mən dediyimin üstündə durdum.
1
Üzr istəyirəm, dostum(frans.)
www.vivo-book.com
565
Sonra o əlavə etdi:
– Hər halda, özünüz bilərsiniz. Mən sizi məcbur
etmirəm... İvan Petroviç, deyin görüm, sizinlə lap dostcasına
danışmaq olarmı?
– Mən bunu sizdən xahiş edirəm.
– Yaxşı, məncə, belə bir vasvasılıq sizin özünüzə ziyan
gətirə bilər. Sizinkilər də, eynilə elə bununla özlərinə ziyan
yetirirlər. Siz ədəbiyyatçısınız, siz gərək kübar həyatına
bələd olasınız, amma siz hər şeydən qaçırsınız. Mən indi
meşəçilikdən danışmıram, siz bizim dairə ilə heç bir əlaqədə
olmaq istəmirsiniz, bu tamamilə sizə ziyandır. Bir də ki, siz
çox şey itirməkdən başqa, bir sözlə, karyeranızı itirməkdən
başqa, hər halda o şeyi ki təsvir edirsiniz, siz gərək bunu
özünüz biləsiniz, çünki sizin povestlərdə qraf da var, knyaz
da, buduarlar da... Mən bunu axı sizə niyə deyirəm? İndi
sizin kitablarda təsvir edilən yalnız yoxsulluqdur, itirilmiş
şinellərdir, müfəttişlərdir, məğrur zabitlərdir, məmurlardır,
keçmiş illərdir, təfriqəçilər həyatıdır, bilirəm, bilirəm.
– Knyaz, siz yanılırsınız! Əgər mən sizin dediyiniz o
“ali dairəyə” getmirəmsə, bunun başqa səbəbi var. Mən ona
www.vivo-book.com
566
görə getmirəm ki, əvvəla, orada adam darıxır, ikincisi də,
orada axı mənim bir işim yoxdur! Bununla belə, mən hər
halda gedirəm...
– Bilirəm, ildə bir dəfə knyaz R.-in yanına gedirsiniz.
Mən sizə elə orada rast gəlmişəm. İlin qalan vaxtlarını isə
demokratik qürur içərisində donub qalırsınız, öz
çardağınızda sozalırsınız. Amma sizin yazıçıların hamısı
belə hərəkət etmir, elə sərgüzəşt axtaranlar da var ki, onları
görəndə ürəyim bulanır...
– Knyaz, mən sizdən xahiş edirəm ki, söhbəti
dəyişəsiniz, bir daha bizim çardağa qayıtmayasınız.
– Ah, ilahi, budur, siz incidiniz. Axı siz özünüz mənə
dostcasına danışmağa icazə verdiniz. Lakin üzr istəyirəm,
mən hələ sizinlə dost olmaq dərəcəsinə gəlib çatmamışam.
Yaxşı çaxırdır. Bir için.
O öz şüşəsindən mənə yarım stəkan şərab tökdü.
– Mənim əzizim İvan Petroviç, bilirsinizmi, mən axı
çox yaxşı başa düşürəm ki, adamın zorla özünü başqasına
dost eləmək istəməsi nalayiq bir hərəkətdir. Axı biz
hamımız sizinlə kobudca, həyasızca rəftar etmirik, siz bizi
Dostları ilə paylaş: |