www.vivo-book.com
602
O susdu, bayaqkı kimi sınayıcı bir nəzərlə kinli-kinli
mənə baxdı, əlimi də əlindən buraxmırdı, sanki mənim çıxıb
gedəcəyimdən qorxurdu. Mən əmin idim ki, bu anda o
fikrini toplayır, təsəvvür etməyə çalışırdı ki, mən bu şeyi
haradan eşidə bilərəm, axı bu çox az adama məlumdur,
bunda təhlükə-filan yoxdurmu? Bu vəziyyət azca davam
etdi. Birdən onun üzü yenə dəyişdi, bayaqkı istehzalı,
sərxoşcasına şən ifadə gözlərində göründü. O, qəhqəhə ilə
güldü.
– Ha-ha-ha! Taleyran, özüdür ki var! Bəli, o, doğrudan
da, heç çəkinmədən mənim gözümün içinə deyəndə ki, sən
mənim var-dövlətimi oğurlamısan, mən biabır olmuş bir
adam kimi, onun qarşısında durmuşdum. Bundan nə olsun
axı?! Onda o necə çığırırdı, necə söyürdü! Elə bil dəli
olmuşdu... Heç çəkinib eləmirdi. İndi siz özünüz bir
fikirləşin: əvvəla, budur ki, siz indi deyən kimi, mən heç də
onun var- dövlətini oğurlamamışam. O özü öz pulunu mənə
bağışlamışdı, bu pul da daha mənim idi. Tutaq ki, siz ən
yaxşı frakınızı mənə bağışlayırsınız (Bunu söyləyərkən o
mənim əynimdəki fraka baxdı, bundan başqa mənim frakım
www.vivo-book.com
603
yox idi, özü də çox pis frak idi, üç il bundan əvvəl dərzi İvan
Skornyakin tikmişdi.), mən də sizə təşəkkür edirəm, frakı
geyinirəm, lakin bir ildən sonra, birdən siz mənimlə
dalaşırsınız, dalaşdığımız üçün də frakı geri istəyirsiniz, mən
də ki, frakı geyinib dağıtmışam. Axı frakı geri istəmək
nanəciblikdir, onda daha niyə bağışlamışdın? İkincisi də, pul
mənim olsa da, mən mütləq onu geri qaytarardım, axı bir
özünüz fikirləşin: bu qədər pulu mən birdən haradan tapa
bilərdim? Lakin işin başlıca cəhəti bir ayrıdır. Mənim
pastorallıqdan, şillerçilikdən zəhləm gedir, bunu sizə
demişəm, işə əngəl qatan da bu oldu. O çığıra-çığıra
deyəndə ki, bu pulu sizə bağışlayıram (mənim öz pulumu!),
siz görəydiniz ki, o necə lovğalanırdı. Mən bərk acıqlandım,
birdən çox düzgün fikirləşə bildim, çünki mən heç vaxt
özümü itirmirəm. Fikirləşdim ki, pulu ona versəm, bəlkə də
onu bədbəxt edərəm. Məndən ötrü tamamilə bədbəxt olmaq,
bütün ömrü boyu məni qarğımaq zövqünü onun əlindən
alardım. Ancaq dostum, inanın ki, bu cür bədbəxtliyin
özündə hətta yüksək bir nəşə vardır, bu da adamın özünün
tamamilə alicənab olduğunu dərk etməsində, onu incidən
www.vivo-book.com
604
adamı əclaf deyə adlandırmaqda bütünlüklə haqlı
olmasındadır. Hiddətdən bu cür nəşələnmək Şiller təbiətli
şəxslərdə vardır. Bəlkə də sonradan o qızın yeməyə heç bir
şeyi olmamışdır, amma mən qəti inanıram ki, o xoşbəxt
olmuşdur. Mən onu bu xoşbəxtlikdən məhrum etmək
istəmədiyim üçün pulu ona göndərmədim. Bu qayda ilə
mənim düsturum tamamilə doğru çıxdı, insan alicənablığı nə
qədər gurultulu, nə qədər böyük olarsa, ən iyrənc xudbinlik
də onda bir o qədər çox olar. Bu sizə aydın deyilmi?
Amma... Siz məni sancmaq istəyirdiniz, ha-ha-ha! Düzünü
deyin, sancmaq istəyirdiniz ya yox?.. Ey Taleyran!
Mən ayağa qalxıb dedim:
– Xudahafiz!
Birdən o öz iyrənc ifadə tərzini dəyişərək ciddi halda
dedi:
– Bir balaca dayanın! İkicə kəlmə ilə sözümə yekun
vurum. Mənim son sözümə qulaq asın. Mənim bu
dediklərimdən aydın-aşkar görünür ki (zənnimcə, siz özünüz
də bunu başa düşürsünüz), mən heç vaxt, heç kəs üçün öz
xeyrimdən keçmək istəmərəm. Mənim puldan xoşum gəlir,
www.vivo-book.com
605
pul mənə lazımdır. Katerina Fyodorovnanın pulu çoxdur,
onun atası on il şərab iltizamçısı olmuşdur. Onun üç milyon
pulu var, bu üç milyon mənim işimə lap yaxşı yarayar.
Alyoşa ilə Katya tamamilə bir-birinin tayıdır: ikisi də son
dərəcə axmaqdır, mənə də elə bu lazımdır. Ona görə də mən
arzu edirəm və istəyirəm ki, onların evlənməsi mütləq baş
tutsun, mümkün qədər tez olsun. İki-üç həftədən sonra
qrafinya ilə Katya kəndə gedəcəklər. Alyoşa da onlarla
gedəcək. Natalya Nikolayevnaya xəbərdarlıq edin, deyin ki,
qoy o pastorallıq, şillerçilik etməsin, mənim əleyhimə
qalxmasın. Mən adamdan qisas alanam, özü də kinliyəm,
mən dediyimdən dönməyəcəyəm. Mən ondan qorxmuram,
hər şey, heç şübhəsiz, mənim istədiyim kimi olacaq, buna
görə də əgər indi mən ona xəbərdarlıq edirəmsə, bu onun
xeyrinədir. Bax, deyirəm sizə: qoy onun tərəfindən heç bir
səfehlik-filan olmasın, özünü ağıllı aparsın. Yoxsa, onun
üçün pis olar, çox pis olar. Hər şey dursun bir kənara, qoy o
elə bircə bunun üçün mənə minnətdar olsun ki, mən onunla
lazımi qayda ilə, qanunla rəftar etmədim. Şairim, bilin ki,
qanun ailə sakitliyini mühafizə edir. Qanun oğulun ataya
www.vivo-book.com
606
tabe olmasına təminat verir, o şəxslər ki, uşaqları ata-anasına
göstərdikləri müqəddəs vəzifələrdən uzaqlaşdırırlar, qanun
buna yol vermir. Bunu da nəzərə alın ki, mənim nüfuzlu
adamlarla əlaqələrim var, amma onun belə adamlarla heç bir
əlaqəsi yoxdur, bir də ki... Heç bilirsiniz mən onun başına nə
oyun aça bilərdim, yoxsa, siz bunu başa düşmürsünüz?..
Mən bunu etmədim, ona görə ki, bu vaxta qədər o hələ
özünü ağıllı aparmışdır. Arxayın olun, bu altı ayda onların
hər bir hərəkətinə, hər dəqiqə çox ciddi göz qoyan olmuşdur,
mən hər şeyi ən cüzi təfsilatına qədər bilirdim. Buna görə də
mən Alyoşanın özünün onu atmasını sakitcə gözləyirdim, bu
da ki, başlanır. Hələlik bu Alyoşa üçün xoş bir əyləncədir,
qoy əylənsin. Mən onun təsəvvüründə ədalətli bir ata kimi
qalmışam, mənə də lazımdır ki, o mənim haqqımda belə
düşünsün. Ha-ha-ha! O axşam az qala ona kompliment
söyləməyim, onun son dərəcə alicənab olması, öz xeyrini
güdməməsi, Alyoşaya ərə getmək istəməməsi yadıma düşür,
mən bilmək istərdim, görüm o, Alyoşaya necə ərə
gedəcəkdi! O ki qaldı mənim o axşam onun yanına
gəlməyim, bunu ancaq bir şey üçün etmişdim: onların bir-
Dostları ilə paylaş: |