www.vivo-book.com
644
– Nelli, get bir az uzan, sən axı yorulmusan: gör nə
qədər oyan-buyana qaçmısan, – zarafat deyil ki! Bu axı,
xəstəlikdən sonra sənə ağır olur: uzan, əzizim, uzan. İvan
Petroviç, biz də hələlik burdan gedək, buna mane olmayaq,
qoy yatsın. – Aleksandra Semyonovna göz vurdu ki, mən də
onunla bərabər mətbəxə gedim.
Ancaq Nelli uzanmadı, divanın üstündə oturub, əlləri
ilə üzünü örtdü.
Biz mətbəxə getdik. Aleksandra Semyonovna ayaqüstü
mənə məsələnin nə yerdə olduğunu söylədi. Sonra bu barədə
mən daha ətraflı məlumat aldım. Məsələ belə olmuşdu.
Nelli mənim gəlməyimə iki saat qalmış kağızı yazıb
stolun üstünə qoyur, əvvəl qaça-qaça qoca həkimgilə gedir.
Onun adresini əvvəlcədən öyrənibmiş. Həkim deyirdi ki,
mən Nellini evimdə görəndə donub qaldım, nə qədər ki, o
mənim yanımda idi “mən öz gözlərimə inanmırdım”. Sonra
sözünü qurtararaq əlavə etdi: – “Mən indi də buna
inanmıram, heç inanmayacağam da!” Amma Nelli doğrudan
da onlara gedibmiş. Həkim əynində xələt, öz kabinetində,
kresloda sakitcə oturub qəhvə içirmiş, birdən Nelli yüyürə-
www.vivo-book.com
645
yüyürə içəri girib onun boynuna atılır. O ağlayırmış, qocanı
bağrına basıb üzündən, əllərindən öpürmüş, sözləri rabitəsiz
söyləsə də yalvarırmış ki, məni götürün, öz yanınızda
saxlayın: mən daha onun yanında yaşamaq istəmirəm,
yaşaya da bilmirəm: bu mənim üçün ağırdır, mən daha sizə
gülməyəcəyəm, təzə paltardan danışmayacağam, özümü
yaxşı aparacağam, oxuyacağam, “sizin manişkalarınızı
yumağı, ütüləməyi öyrənəcəyəm” (görünür, o nə deyəcəyini
yol uzunu düşünmüş, ya bəlkə, daha əvvəldən fikirləşibmiş),
sizin sözünüzdən çıxmayacağam, hər gün də hər cür paroşok
içəcəyəm. Onda ki mən demişdim sizə ərə gedəcəyəm – mən
bunu zarafat üçün demişdim, belə bir şey mənim heç ağlıma
da gəlmir. – Qoca alman o qədər özünü itiribmiş ki, Nelli
danışıb qurtarana kimi, ağzı açıq oturmuş, siqar tutduğu əli
də havada qalıbmış, siqar yadından çıxmış, elə-belə də
sönüb getmişdi.
Nəhayət, o bir az danışmaq qabiliyyətini əldə edərək
demişdi:
– Madmazel, madmazel, mən sizin söylədiklərinizdən
belə başa düşdüm ki, siz xahiş edirsiniz ki, mən sizi öz
www.vivo-book.com
646
yanımda saxlayım. Ancaq bu mümkün olan şey deyil! Siz
görürsünüz ki, mən çox sıxıntı içində yaşayıram, həm də elə
bir gəlirim yoxdur… Nəhayət, heç düşünmədən, birdən-
birə… Bu dəhşətdir! Nəhayət, mən belə görürəm ki, siz öz
evinizdən qaçmısınız. Bu heç də tərifə layiq bir şey deyil,
heç mümkün olan şey deyil… Nəhayət, mən sizə az
gəzməyə, həm də günəşli bir gündə, öz vəli-nemətinizin
nəzarəti altında gəzməyə icazə vermişdim: amma siz öz vəli-
nemətinizi atıb mənim yanıma qaçırsınız, bir halda ki, siz
gərək özünüzü qoruyasınız... Özü də... dərman içəsiniz.
Nəhayət... nəhayət, mən heç bir şey başa düşə bilmirəm...
Nelli ona sözünü qurtarmağa macal vermir. O yenə də
ağlamağa, yalvarmağa başlayır, lakin bunun heç bir nəticəsi
olmur. Qoca get-gedə buna daha artıq heyrət edir, heç bir
şey başa düşə bilmir. Axırda Nelli qocadan əl çəkir: “Ah,
ilahi!” deyərək çığırıb otaqdan qaçır. Həkim başına gələn
əhvalatı söyləyib qurtardıqdan sonra əlavə etdi: “Mən bütün
günü xəstələndim, gecə yatandan qabaq dekokt içdim…”
Nelli
oradan
Masloboyevgilə
qaçır.
O,
Masloboyevgilin də adresini öyrənibmiş, çətinlik çəksə də,
www.vivo-book.com
647
onların da evini axtarıb tapır. Masloboyev evdə imiş. Nelli
xahiş edəndə ki, məni öz yanınızda saxlayın, Aleksandra
Semyonovna əlini əlinə çırparaq quruyub qalır. Soruşur ki,
sən niyə axı, gəlib burda qalmaq istəyirsən, orada sənin üçün
pis keçirmi? – Nelli cavab vermir, hönkür-hönkür ağlayaraq
özünü stula yıxır. Aleksandra Semyonovna bu əhvalatı nəql
edərkən deyirdi ki: “O elə hönkür-hönkür ağlayırdı ki,
deyirdim ki, indicə bundan ölər”. Nelli yalvarıb deyirmiş ki,
məni heç olmasa, qulluqçu ya aşpaz götürün, mən evinizi
süpürərəm, paltar yumağı öyrənərəm (o paltar yumağa
xüsusi bir ümid bağlayır, qəbul olunması üçün bunu ən əsas
bir şey hesab edirmiş). Aleksandra Semyonovnanın fikri bu
imiş ki, məsələni aydınlaşdırana kimi, onu öz yanında
saxlasın, lakin bu barədə mənə məlumat versin. Filipp
Filippıç isə buna qəti etiraz edir, tapşırır ki, qızı bu saat geri
aparsın. Yolda Aleksandra Semyonoviç onu qucaqlayıb
öpürmüş, Nelli də bu vaxt daha artıq ağlamağa başlayıbmış.
Aleksandra Semyonovna da ona baxıb ağlamışdı. Bu qayda
ilə arabada gələ-gələ bütün yol uzunu ağlamışdır.
www.vivo-book.com
648
Aleksandra
Semyonovna
gözyaşı
tökə-tökə
soruşurmuş:
– Niyə axı, Nelli, niyə sən onunla yaşamaq istəmirsən?
Yoxsa, o səni incidir?
– Yox, incitmir...
– Bəs onda niyə yaşamırsan?
Nelli hönkür-hönkür ağlayaraq deyirmiş:
– Elə-belə, yaşamaq istəmirəm... Yaşaya bilmirəm...
Mən onunla həmişə acıqlı oluram... Amma o rəhmli
adamdır... Sizdə mən acıqlı olmayacağam, işləyəcəyəm...
– Nelli, niyə axı sən onunla acıqla olursan?..
– Elə...
Aleksandra Semyonovna gözyaşını silərək sözünü
tamamladı:
– Mənim ondan aldığım cavab ancaq bu “elə” oldu. Bu
nə başıbəlalı qızdır! Ürəkgetməsi var, nədir? İvan Petroviç,
siz nə fikirdəsiniz?
Biz Nellinin yanına qayıtdıq, o uzanaraq, üzünü balışa
qoyub ağlayırdı. Mən onun qarşısında diz çökdüm, əllərini
əlimə alıb öpməyə başladım. O, əllərini geri çəkərək, daha
Dostları ilə paylaş: |