www.vivo-book.com
623
ağıllıdır... amma... ərə getmək məsələsi... Çox qəribə
şıltaqlıqdır...
Həkim bunu deyib yenə də ona dərman vermək istədi.
Lakin bu dəfə Nelli heç biclik də etmədi, qaşığı əli ilə altdan
yuxarı itələdi, dərmanın hamısı yazıq qocanın manişkasına,
üzünə töküldü. Nelli bərkdən güldü, lakin onun bu gülüşü
bayaqkı kimi sadə, şən bir gülüş deyildi. Onun üzündə sərt,
acıqlı bir ifadə göründü. Bayaqdan bəri o, elə bil ki, heç
məni görmək istəmirdi, ancaq həkimə baxırdı, özü də istehza
ilə baxırdı, lakin onun bu baxışında bir narahatlıq duyulurdu,
gözləyirdi ki, görsün bu “gülməli” qoca nə edəcəkdir.
Qoca yaylığı ilə üzünü, manişkasını silib dedi:
– Ba! Siz yenə də... Nə pis oldu! Eybi yoxdur, yenə də
paroşok hazırlamaq olar.
Nelli buna heyrət etdi. O gözləyirdi ki, biz
acıqlanacağıq, onu danlamağa, məzəmmət etməyə
başlayacağıq; bəlkə də elə bu anda o qeyri-şüuri olaraq
istəyirmiş ki, bir bəhanə olsun, ağlasın, lap hönkür-hönkür
ağlasın, paroşoku yenə də dağıtsın, hətta acığından bir şey
sındırsın, bununla da öz şıltaq, çox-çox əzab çəkmiş dərdli
www.vivo-book.com
624
ürəyini ovundursun. Belə şıltaqlar, elə bir xəstədə, bir
Nellidə olmur. Çox vaxt olardı ki, görərdin, mən otaqda var-
gəl edirəm, özümdə qeyri-şüuri olaraq belə arzu vardır:
tezliklə bir adam məni incitsin, ya da elə bir söz desin ki,
mən onu təhqir edə bilim. Elə o saat, həmin adamın üstünə
acığımı töküm, ürəyimi boşaldım. Qadınlar da ürəklərini bu
qayda ilə “boşaldarkən” lap səmimi olaraq ağlamağa
başlayırlar. Onlardan çox həssas olanları hətta özlərindən də
gedirlər. Bu çox adi, çox həyati bir məsələdir: bu da ən çox
o zaman olur ki, adamın ürəyində çox vaxt başqalarının
bilmədiyi bir dərdi olur, bu dərdi də özgəsinə söyləmək
istəsə də söyləyə bilmir, çünki bunu söyləmək olmaz.
Lakin həkim Nelliyə bir kəlmə də söz demədi, onu
danlamadı, yenə də səbir ilə paroşok hazırlamağa başladı:
Nelli onun bu mələkcəsinə rəhmdilliyini, səbrini görüb
heyrət etdi: birdən sakitləşdi. Dodaqlarındakı istehza silindi,
üzü qızardı, gözləri yaşardı: gözucu mənə baxdı, elə o saat
da üzünü yana çevirdi. Həkim dərmanı gətirdi, Nelli sakitcə
dərmanı içdi, qoca həkimin qırmızı, kök, yumşaq əlini tutdu,
yavaş-yavaş onun gözlərinə baxdı.
www.vivo-book.com
625
– Sizin... acığınız tutur ki... mən hirsliyəm... Lakin
sözünü tamamlamadı, adyalın altına girdi, adyalı başına
çəkib bərkdən, hönkür-hönkür ağlamağa başladı.
– Ah, mənim tifil balam, ağlamayın... Bunun eybi
yoxdur... Bu əsəbdəndir. Alın su için. – Lakin Nelli ona
qulaq asmırdı.
– Sakit olun... Özünüzü üzməyin. – Qoca özü də az
qalırdı ki, ağlasın, çünki o çox həssas adamdı. – Mən sizi
bağışlayıram, sizi alacağam da, əgər siz tərbiyəli, yaxşı bir
qız olub...
– Paroşokları qəbul etsəniz! – Adyalın altından, bu
sözlə bərabər, hönkürtülərlə kəsilən, xırdaca zəng səsi kimi,
nazik, əsəbi bir gülüş eşidildi, – mən bu gülüşə çox yaxşı
bələd idim.
Həkimin az qaldı ki, gözləri yaşarsın: o sevinə-sevinə
dedi:
– Qədir-qiymət bilən yaxşı bala! Yazıq qız!
O gündən həkimlə Nelli arasında çox qəribə bir rəğbət
hissi əmələ gəldi. Lakin Nelli get-gedə mənə qarşı
qaşqabaqlı, acıqlı, əsəbi olurdu. Mən bunun səbəbini
www.vivo-book.com
626
bilmirdim, ona baxıb təəccüb edirdim, həm də bu dəyişiklik
onda birdən əmələ gəlmişdi. Xəstəliyinin ilk günləri o
mənimlə son dərəcə mehriban, nəvazişkar oldu, həmişə gözü
məndə idi, sanki mənə baxmaqdan doymurdu, məni özündən
uzağa buraxmırdı, öz isti əli ilə mənim əlimi tutub, məni öz
yanında oturdurdu, əgər görsəydi ki, mən qaşqabaqlıyam,
həyəcanlıyam – mənim kefimi açmağa çalışırdı, mənimlə
zarafat edirdi, oynayırdı, mənə baxıb gülümsəyirdi, görünür,
bununla öz çəkdiyi əzabı susdurmağa çalışırdı. O mənim
gecələr işləməyimi, ya da oturmağımı istəmirdi, məni güdür,
ona qulaq asmadığımı gördükdə kədərlənirdi. Bəzən mən
onu fikirli görürdüm: o məndən nə üçün qəmli olduğumu,
nələr düşündüyünü soruşur, bunun səbəbini bilmək istəyirdi:
qəribə burasıdır ki, söhbət gəlib Nataşaya çatanda o dərhal
susur, ya da başqa bir şeydən danışmağa başlayırdı. O sanki
Nataşa barəsində danışmaqdan çəkinirdi, bu isə məni son
dərəcə təəccübləndirirdi. Mən evə gələndə o sevinirdi:
şlyapanı götürüb getmək istəyəndə qəmgin-qəmgin mənə
baxıb, qəribə bir halda, sanki məzəmmət edə-edə gözləri ilə
məni yola salırdı.
www.vivo-book.com
627
Xəstəliyinin dördüncü günü mən bütün axşamı, hətta
gecədən xeyli keçənə qədər, Nataşanın yanında oldum.
Onda bizim danışmalı sözümüz çox idi. Evdən gedəndə
Nelliyə demişdim ki, tez qayıdıb gələcəyəm, doğrudan da
tez gələcəyimi nəzərdə tutmuşdum. Lakin heç gözləmədiyim
halda, Nataşanın yanında çox qalsam da, Nelli barəsində
arxayın idim. O, tək deyildi. Masloboyev birdəqiqəliyə
yanıma gəlmişdi, Aleksandra Semyonovna ondan bilmişdir
ki, Nelli xəstədir, mənim də başım çox qarışıqdır. Özüm də
tək qalmışam, gəlib Nellinin yanında oturmuşdu. İlahi! Bu
Aleksandra Semyonovna nə gözəl insanmış! O mənim nə
kimi bir vəziyyətdə olduğumu eşidəndə çox bərk əl-ayağa
düşmüşdü:
– Deməli, belə olanda bizə nahar eləməyə də
gəlməyəcək!.. Ah, ilahi! O tək qalıb, yazıq, lap təkcə qalıb!
Belə bir vaxtda biz gərək onun qeydinə qalaq, yaxşıca fürsət
düşüb, bunu əldən buraxmaq olmaz!
O saat da durub gəlib, özü ilə də faytonda bir iri
bağlama gətirib. Gələn kimi də ilk sözü bu oldu ki, daha sizi
tək qoymayacağam, gəlmişəm sizə kömək eləməyə: bunu
Dostları ilə paylaş: |