www.vivo-book.com
633
nifrəti – o mənim yanımdan tamamilə gedənə qədər, bizim
romanı nəticələndirən o fəlakət baş verənə qədər davam etdi.
Bu barədə sonra bəhs edəcəyik.
Bəzən görərdin ki, o birsaatlığa mənimlə əvvəlki kimi
mehriban olurdu. Bu anda onun mehribanlığı sanki daha da
artırdı, amma çox vaxt bu zaman dərdli-dərdli ağlayırdı:
lakin bu hal tez keçib gedirdi: o yenə də əvvəlki kimi
qəmgin olurdu, yenə də mənə kinli-kinli baxırdı, ya həkimin
yanında olduğu kimi, şıltaqlıq edirdi, ya da görəndə ki, onun
yeni bir şıltaqlığı xoşuma gəlmir – qəhqəhə ilə gülməyə
başlayırdı, çox vaxt da bu hal gözyaşı ilə qurtarardı.
O hətta bir dəfə Aleksandra Semyonovna ilə dalaşdı da,
dedi ki, sənin mənə heç bir şeyin lazım deyil. Mən
Aleksandra Semyonovnanın yanında onu danlayanda, o
birdən acıqlandı, ürəyi kinlə, ədavətlə dolu bir adam kimi,
mənə sərt cavab qaytardı, lakin sonra birdən susdu, iki gün
mənimlə bircə kəlmə də danışmadı, nə dərman qəbul etmək,
nə yeyib-içmək istədi, ancaq qoca həkim öyüd-nəsihət verə-
verə onu birtəhər yola gətirə bildi.
www.vivo-book.com
634
Mən demişdim ki, dərman içməyə başladığı gündən
həkimlə onun arasında qəribə bir rəğbət hissi əmələ
gəlmişdi. Nelli onu çox sevirdi, nə qədər qəmgin olsa da,
həkim gələndə həmişə onu gülərüzlə qarşılayırdı. Qoca da
hər gün bizə gəlməyə başladı, hətta bəzən elə olurdu ki,
gündə iki dəfə gəlirdi: Nelli gəzməyə başlayandan, lap
sağalandan sonra da gəlirdi, o sanki həkimi ovsunlamışdı:
qoca, elə bil Nellinin gülüşünü, çox vaxt qəribə olan
zarafatlarını eşitməsə, bircə gün də yaşaya bilmirdi. Həkim
ona şəkilli kitablar gətirirdi, kitabların da hamısı öyüd-
nəsihət verən kitablardı. Bir kitabı onun adına almışdı. Sonra
ona şirniyyat, qəşəng qutularda konfet gətirməyə başladı. Bu
cür şeylər gətirəndə o həmişə təntənə ilə içəri girərdi, elə bil
ki, Nellinin ad günü idi: Nelli də o saat başa düşərdi ki, qoca
hədiyyə gətirmişdir. Amma həkim gətirdiyi hədiyyəni ona
göstərməzdi, bic-bic gülərək, Nellinin yanında oturar,
eyhamla deyərdi ki, əgər bir qız, mən burda olmayanda,
özünü yaxşı aparmağı bacarırsa, hörmətə layiq ola bilirsə,
belə bir cavan qız mükafat almağa layiqdir. Bunu
söyləyərkən qoca sadədilliklə, mehribanca Nelliyə baxar,
www.vivo-book.com
635
Nelli də lap açıqca ona gülərdi, eyni zamanda onun
parıldayan gözlərində səmimi, nəvazişli bir əlaqənin ifadəsi
duyulardı. Nəhayət, qoca həkim təntənə ilə stuldan qalxar,
konfet qutusunu cibindən çıxarıb Nelliyə verər, həmişə də:
“Mənim gələcəkdə sevimli arvadım olacaq qıza” – sözlərini
əlavə edərdi. Bu zaman o bəlkə Nellinin özündən daha çox
sevinərdi.
Sonra söhbət başlardı, hər dəfə də qoca ona səhhətini
qoruması üçün, ciddi, inandırıcı bir şəkildə öyüd-nəsihət
verər, tibbi məsləhətlər söyləyərdi.
Qəti bir ifadə ilə deyərdi:
– Hər şeydən çox, adam gərək öz səhhətini qorusun,
əvvəla, başlıca olaraq, ona görə qorusun ki, sağ qalsın,
ikincisi də, həmişə sağlam olsun, beləliklə də həyatda
xoşbəxtliyə çatsın. Mənim əziz balam, əgər sizin bir dərdiniz
varsa – onu yadınızdan çıxarın, ya da yaxşısı budur ki,
çalışın, o barədə fikirləşməyin. Əgər heç bir dərdiniz yoxsa,
onda... yenə də onun barəsində fikirləşməyin, çalışın zövq
və nəşə haqqında... şən, oynaq bir şey haqqında fikirləşin...
Nelli ondan soruşardı:
www.vivo-book.com
636
– O hansı şən, oynaq şeylərdir ki, onun barəsində
fikirləşim?
Həkim o saat çıxılmaz bir vəziyyətə düşərdi.
– Nə deyim axı... Sizin yaşınıza layiq olan zərərsiz bir
oyun, ya da... buna bənzər bir şey...
Nelli:
– Mən oynamaq istəmirəm, – deyərdi, – mənim oyun
oynamaqdan xoşum gəlmir. Amma mənim təzə paltardan
xoşum gəlir.
– Təzə paltar!? Bəli. Bu bir az yaxşı olmadı. Adam
gərək həyatda hər bir şeyə yanaşanda təvazökarlıq göstərsin.
Amma... niyə ki... adamın təzə paltardan da xoşu gələ bilər...
– Mən sizə ərə gedəndə, siz mənə çox paltar
tikdirəcəksiniz?
– Bir fikrə bax! – Həkim qeyri-ixtiyari olaraq
qaşqabağını tökürdü. Nelli isə bic-bic gülümsəyirdi, hətta bir
dəfə mənə olan əlaqəsini unudaraq, gülümsəyə-gülümsəyə
mənə də baxdı. – Sözüm yox... sizə paltar tikdirərəm... Əgər
siz öz hərəkətlərinizlə buna layiq olsanız...
www.vivo-book.com
637
– Mən sizə ərə gedəndə hər gün gərək paroşok da
içəm?
Həkim gülümsəməyə başlardı:
– Onda həmişə içməmək də olar.
Nelli söhbəti gülüşlə kəsərdi. Qoca da gülər, onun belə
gülşad olmasına məhəbbətlə baxardı. Sonra mənə tərəf
dönərək deyərdi:
– Oynaq zəkalı qızdır! Ancaq hələ də şıltaqlığı var, bir
az da – inad eləyir, əsəbilik göstərir.
O doğru deyirdi. Mən heç bilmirdim onunla nə edim. O
elə bil mənimlə heç danışmaq istəmirdi, sanki mən onun
haqqında pis bir iş tutmuşdum. Bu mənə çox ağır gəlirdi.
Hətta mən özüm də qaşqabaqlı oldum, bir gün onunla heç
danışmadım, lakin ertəsi gün bu tutduğum işdən xəcalət
çəkdim. O, tez-tez ağlayırdı, heç bilmirdim onu necə
ovundurum. Bir gün o özü mənimlə danışdı.
İkindi vaxtı idi, evə qayıtmışdım, içəri girəndə gördüm
ki, Nelli tez balışın altında bir kitab gizlətdi. Bu mənim
romanım idi: mən evdə olmayanda stolun üstündən götürüb
oxuyarmış. Fikirləşdim ki: kitabı axı, o niyə gizlətdi? Elə bil
Dostları ilə paylaş: |