www.vivo-book.com
649
bərkdən ağlamağa başladı. Mən bilmirdim ona nə deyim. Bu
zaman qoca İxmenev içəri girdi. Bizim hamımızı gözdən
keçirtdi, məni dizi üstə görüb təəccüb etdi:
– Mən sənin yanına iş üçün gəlmişəm. İvan, xoş
gördük! – İxmenev son vaxtlarda həmişə xəstə olurdu.
Arıqlamışdı, rəngi solmuşdu, lakin o elə bil ki, kiminsə
qarşısında özünü qoçaq göstərərək, öz xəstəliyindən
qorxmurdu. Anna Andreyevnanın sözünə baxıb yatmırdı, öz
işindən ötrü harasa gedib-gəlirdi.
Aleksandra Semyonovna diqqətlə qocaya baxıb dedi:
– Hələlik sağ olun! Filipp Filippıç mənə tapşırıb ki,
mümkün olduqca tez qayıdım. İşimiz var. Axşam, hava
qaralanda gəlib bir-iki saat sizdə oturaram.
Görünür, qocanın fikrinə başqa bir şey gəlmişdi:
pıçıldayaraq soruşdu:
– Bu kimdir? – mən onun kim olduğunu izah etdim.
– Bəli, İvan, mən sənin yanına iş üçün gəlmişəm...
Mən bilirdim o nə iş üçün gəlmişdir; onun gəlməsini
gözləyirdim. O gəlmişdi ki, mənimlə və Nelli ilə danışsın.
Onu məndən alsın. Nəhayət, Anna Andreyevna bu yetim
www.vivo-book.com
650
qızı evlərinə gətirməyə razı olmuşdu. Mən onunla gizlincə
danışaraq onu razı salmışdım: mən onu başa salıb demişdim
ki, bu yetim qızın da anasına atası qarğımışdır, bəlkə də
qoca bu qızın halını görüb ürəyi yumşaldı. Nataşa haqqında
öz fikrini dəyişdi. Mən öz planımı ona elə aydın surətdə izah
etdim ki, indi özü yetim qızı gətirib saxlamaq üçün ərinə
dinclik vermirdi. Qoca məmnuniyyətlə işə girişdi: o istəyirdi
ki, əvvəla, Anna Andreyevnanın könlünü alsın, ikincisi də,
onun öz fikri vardı... Bunu mən sonra ətraflı surətdə izah
edərəm...
Mən demişdim ki, Nelli elə ilk dəfə qocanı görəndə
ondan xoşu gəlməmişdi. Sonra gördüm ki, Nellinin yanında
İxmenevin adını çəkəndə onun üzündə hətta nifrət hissi ifadə
olunur. Qoca başqa yollara əl atmayaraq elə o saat işə
başladı. Nelli üzünü balışa qoyaraq hələ də uzanmışdı;
İxmenev birbaş ona yaxınlaşdı, onun əlini əlinə alıb soruşdu:
“İstəyirmi mənim qızımın yerinə gəlib bizdə yaşasın?”
– Mənim bir qızım vardı, mən onu özümdən çox
istəyirdim, indi daha o mənim yanımda deyil. O ölmüşdür.
www.vivo-book.com
651
İstəyirsənmi, sən gəlib bizim evdə... mənim qəlbimdə onun
yerini tutasan?
Qocanın qızdırmadan qızarmış gözləri yaşardı.
– Yox, istəmirəm, – dedi.
– Bala, niyə axı? Sənin heç kəsin yoxdur. İvan da
həmişə səni öz yanında saxlaya bilməz, mənim evimdə də
sən elə olacaqsan ki, elə bil öz ana yurdundasan.
Ona görə istəmirəm ki, siz kinlisiniz, – sonra başını
qaldırdı, öz yatağında qoca ilə qabaq-qənşər oturaraq əlavə
etdi: – Bəli, sin kinlisiniz, kinlisiniz! Mən özüm də
kinliyəm, hamıdan kinliyəm, amma siz məndən də
kinlisiniz!.. – bunu söyləyərkən Nellinin rəngi ağardı,
gözləri parıldadı; hətta onun titrəyən dodaqları da ağardı,
qüvvətli bir hissin təsiri ilə əyildi. Qoca heyrətlə ona baxırdı.
– Bəli, siz məndən də kinlisiniz, çünki siz öz qızınızı
bağışlamaq istəmirsiniz; istəyirsiniz ki, onu lap yaddan
çıxarasınız, ayrı bir uşaq götürüb saxlayasınız; adam da heç
öz doğma balasını yaddan çıxarar? Siz yoxsa elə bilirsiniz
ki, məni sevəcəksiniz? Siz mənə baxan kimi yadınıza
düşəcək ki, mən özgə bir qızam, sizin özünüzün bir qızınız
www.vivo-book.com
652
vardı, bu qızı siz yaddan çıxartmısınız, ona görə yaddan
çıxartmısınız ki, siz zalım adamsınız. Mən zalım adamların
yanında yaşamaq istəmirəm, istəmirəm, istəmirəm!
Nelli birdən qızarıb gözucu mənə baxdı.
– Sabah yox o birisi gün İsanın dirilən günüdür. Hamı
öpüşür, qucaqlaşır, barışır, bütün günahlar bağışlanır... Mən
axı, bilirəm... Ancaq tək siz, siz... Ax! Zalımsınız! Gedin
burdan!
Nellinin gözündən yaş sel kimi axdı. Görünür, bu
sözləri o çoxdan düşünmüş, dəfələrlə təkrar edib yadında
saxlamışdır ki, qoca bir də onu öz evinə çağırsa – söyləsin.
Qoca quruyub qalmışdı; rəngi ağarmışdı. Onun üzündə xəstə
bir hissin ifadəsi vardı.
– Niyə hamı məndən ötrü belə narahat olur, niyə, niyə?
– birdən o özündən çıxaraq həyəcanla dedi: – Mən bunu
istəmirəm, istəmirəm! Mən gedib dilənəcəyəm!
Mən qeyri-ixtiyari olaraq bərkdən dedim:
– Nelli, sənə nə olub! Nelli, əzizim! – Lakin mənim bu
sözüm onu daha da qızışdırdı.
O hönkür-hönkür ağlayaraq çığırırdı:
www.vivo-book.com
653
– Hə, mən gedib küçələri gəzib dilənəcəyəm, burda
qalmayacağam. Mənim anam da dilənirdi; öləndə mənə dedi
ki, kasıb ol, get dilən, amma gedib... Dilənmək ayıb deyil:
dilənəndə mən bir adamdan pul istəmirəm, hamıdan
istəyirəm, hamı bir adam deyil; bir adamdan dilənmək
ayıbdır, hamıdan dilənmək ayıb deyil, – bir dilənçi arvad
bunu mənə dedi. Mən axı balacayam, pulu haradan tapım.
Ona görə də hamıdan dilənərəm. Burda qalmaq istəmirəm,
istəmirəm, istəmirəm; mən kinliyəm, acıqlıyam, mən
hamıdan kinliyəm; mən bax, belə kinliyəm!
Birdən o, fincanı stolun üstündən götürüb yerə atdı.
– Budur, sındı. İkicə fincan vardı, o birisini də
sındıracağam... Onda nədə çay içəcəksiniz?
Nelli elə bil ki, çılğınlaşmışdı, o elə bil ki, öz
çılğınlığından həzz alırdı; o sanki bunun ayıb olduğunu, həm
də yaxşı bir iş tutmadığını bilirdi, eyni zamanda elə bil ki,
daha başqa yaramazlıqlar etmək üçün özünü qızışdırırdı.
Qoca dedi:
– Vanya, mən elə bilirəm ki, bu qız xəstədir, ya da...
Heç başa düşə bilmirəm ki, bu nə uşaqdır. Sağ ol!
Dostları ilə paylaş: |