www.vivo-book.com
537
Biz uduzmarıq, əksinə, daha da udarıq. Biz yenə də vurub
meydana çıxacağıq, meydana çıxacağıq, hal-hazırda bizim
şüarımız bu olmalıdır: «Pire ça va mieux çaest»
1
.Nə qədər
pis olsa bir o qədər yaxşıdır (frans.). Knyaz onun dediklərinə
nifrətə layiq bir hüsn-rəğbət göstərərək gülümsədi. Natiq öz-
özündən tamamilə razı idi. Mən elə axmaq idim ki,
istəyirdim ona etiraz edim, hirs məni boğurdu. Lakin
knyazın zəhərli baxışları məni bu fikirdən döndərdi. O,
gözucu mən tərəfə baxdı, mənə elə gəldi ki, knyaz mənim,
mütləq gəncliyə xas olan belə bir qəribə hərəkət edəcəyimi
gözləyir. O elə bəlkə də, mənim belə bir hərəkət etməyimi
istəyirdi. İstəyirdi ki, mən özümü biabır edim, o da bundan
həzz alsın. Eyni zamanda, mən möhkəm əmin idim ki,
diplomat mütləq mənim etirazıma heç bir əhəmiyyət
verməyəcək. Hətta, bəlkə də, mənim orada olub-olmadığımı
heç nəzərə almayacaq. Onların yanında oturmaq məni təngə
gətirmişdi. Alyoşa məni bu əzabdan qurtardı. Yavaşca mənə
yaxınlaşıb, çiynimə toxundu, bir-iki kəlmə söz demək üçün
kənara çağırdı. Mən başa düşdüm ki, onu Katya
www.vivo-book.com
538
göndərmişdir. Doğrudan da, o göndəribmiş. Gedib onun
yanında oturdum. Əvvəl o məni diqqətlə başdan-ayağa
süzdü, elə bil ki, bu zaman öz-özünə deyirdi: “Hə, sən belə
imişsən!” Söhbətə başlamağa ilk anda söz tapmadıq. Lakin
mən əmin idim ki, çətini onun sözə başlamasıdır, başladımı
– dayanmayacaq, lap sabaha kimi danışacaq. Alyoşanın:
“Beş-altı saat söhbət etsəniz...” sözü bir anda fikrimdən
keçdi. Alyoşa da bizim yanımızda oturmuşdu, bizim necə
söhbətə başlayacağımızı səbirsizliklə gözləyirdi.
Gülümsünə-gülümsünə bizə baxıb dedi:
– Niyə danışmırsınız? Bir-birinizə baxıb susursunuz.
Katya:
– Ah, Alyoşa, – dedi, – sən necə... Bu saat danışacağıq.
İvan Petroviç, bizim bir yerdə danışılası o qədər sözümüz
var ki, heç bilmirəm nədən başlayım. Biz çox gec tanış
olmuşuq, hərçənd, mən sizi, uzaqdan-uzağa lap çoxdan
tanıyıram, amma əvvəldən tanış olmaq lazım idi. Mən sizi
çox görmək istəyirdim. Hətta sizə məktub yazmaq
istəyirdim...
Mən qeyri-ixtiyari olaraq gülümsədim:
www.vivo-book.com
539
– Nə barədə?
Katya ciddi bir ifadə ilə cavab verdi:
– Deyiləsi söz azdırmı? Elə bircə bunu götürək:
Natalya Nikolayevna haqqında bu doğru deyirmi ki, onu
belə bir vaxtda tək qoyanda o incimir? Belə də iş eləmək
olarmı ki, Alyoşa eləyir? Sən axı indi niyə burdasan, bir de
görüm?
– Ah, ilahi! Mən bu saat gedəcəyəm. Mən dedim axı,
burda bircə dəqiqə qalacağam, sizin bir yerdə necə
danışdığınıza baxacağam, sonra da birbaşa ora!
– Budur, biz bir yerdəyik, bir yerdə oturmuşuq, gördün
ki? O həmişə belədir, – deyərək əlavə etdi, azca qızarıb,
barmağı ilə Alyoşanı göstərdi. – “Bircə dəqiqə, deyir, bircə
dəqiqə”, amma baxırsan ki, gecəyarısına kimi oturdu, bəzən
daha da çox. Deyir ki: “Onun acığı tutmur, o çox
mərhəmətlidir” – görürsünüz necə düşünür?! Bəs onda sənin
bu tutduğun iş yaxşı işdir, nəcib işdir?
Alyoşa qəmgin halda dedi:
– Yaxşı, onda gedim. Ancaq mən çox istəyirdim ki,
sizdən ayrılmayım...
www.vivo-book.com
540
– Axı bizimlə oturub nə edəcəksən? Əksinə, biz gərək
təkliklə oturub danışaq, danışılmalı söz də çoxdur. Mənə
bax, sən incimə, mütləq belə lazımdır, başa düş.
– Əgər belə lazımdırsa, onda mən bu saat... Daha burda
inciməli nə var ki! Ancaq bir dəqiqəliyə Levinkaya
dönəcəyəm, ordan da dərhal onun yanına gedəcəyəm, –
şlyapasını götürərək sözünə davam etdi: – İvan Petroviç,
bilirsiniz nə var? Atam məhkəmə vasitəsilə udduğu pulu
İxmenevə qaytarmaq istəyir.
– Bilirəm. O özü bunu mənə deyib.
– Görürsünüz nə nəcib iş tutur? Amma Katya onun
nəcib iş tutduğuna inanmır. Onunla bu barədə danışın.
Katya, sağ ol, xahiş edirəm, mənim Nataşanı sevdiyimə
şübhə etməyəsən. Niyə axı siz hamınız mənə bu şeyləri
güclə qəbul etdirirsiniz, məni danlayırsınız, mənə göz
qoyursunuz, elə bil ki, mən sizin nəzarətiniz altındayam!
Nataşa bilir ki, mən onu necə sevirəm. O mənə inanır, mən
də inanıram ki, o mənə inanır. Mən onu qeydsiz-şərtsiz
sevirəm, üzərimə heç bir vəzifə götürmədən sevirəm. Mən
heç bilmirəm onu necə sevirəm. Elə-belə sevirəm. Buna
www.vivo-book.com
541
görə də məni müqəssir adam kimi sorğu-suala tutmaq lazım
deyil. İvan Petroviçdən soruş, o indi burdadır, o mənim
sözümü təsdiq edər. Nataşa qısqancdır, o məni çox sevsə də,
onun sevgisində çox-çox xudbinlik vardır, çünki o heç
nəyini mənə fəda etmək istəmir.
Mən öz qulaqlarıma inanmayıb təəccüblə soruşdum:
– Necə?
Katya əlini əlinə çırparaq, az qala çığıraraq dedi:
– Alyoşa, sən nə danışırsan?
– Doğru deyirəm, burda təəccüblü nə var ki? İvan
Petroviç bilir. Nataşa həmişə tələb edir ki, mən onun
yanında olum. O bunu tələb etməsə də, üzündən görünür ki,
o bunu istəyir.
Katya acığından qıpqırmızı qızardı:
– Belə sözləri demək sənin üçün ayıb deyilmi, ayıb
deyilmi?!
– Niyə ayıb olur? Katya, vallah, sən qəribə adamsan! O
özü təsəvvür etdiyindən artıq mən onu sevirəm. Əgər o məni
həqiqətən sevmiş olsaydı, necə ki mən onu sevirəm, onda
yəqin ki, öz həzzini mənə fəda etmiş olardı. Doğrudur, o özü
Dostları ilə paylaş: |