www.vivo-book.com
456
hərəkət olardı. Nataşanı inandırırdı ki: “Əgər sən Katya ilə
tanış olsan, elə o saat dostlaşarsınız, elə dostlaşarsınız ki, bir
də heç ayrılmazsınız, onda daha bizim aramızda heç bir
anlaşılmazlıq olmaz”. Bu fikir Alyoşanın xüsusilə xoşuna
gəlirdi. Zavallı heç də yalan demirdi. O, Nataşanın nə üçün
qorxduğunu başa düşmürdü, ümumiyyətlə, bayaq Nataşanın
onun atasına dediyi sözləri yaxşı başa düşməmişdi. Yalnız
onların dalaşdığını başa düşmüşdü, xüsusilə, bu bir daş kimi
onun ürəyinə düşüb qalmışdı.
Nataşa ondan soruşdu:
– Sən məni atandan ötrü təqsirləndirirsən?
Alyoşa acı bir hiss ilə cavab verdi:
– Mən səni təqsirləndirə bilərəmmi, bir halda ki, bütün
bu şeylərə özüm səbəb olmuşam, hər şeyə də müqəssir
özüməm?! Sənin bu qədər acıqlanmağına mən səbəb
olmuşam, sən də acıqlandığın üçün onu müqəssir görürdün,
çünki məni təmizə çıxarmaq istəyirdin. Sən həmişə məni
təmizə çıxarırsan, mən buna layiq deyiləm! – o
həyəcanlanaraq bərkdən dedi. – Amma o, vallah, vallah,
www.vivo-book.com
457
müqəssir deyil! Bu məqsədləmi o bura gəlmişdi?! O
bunumu gözləyirdi?!
Lakin Nataşanın ona dərdli-dərdli, məzəmmətlə
baxdığını görüb dərhal susdu:
– Daha heç bir şey, heç bir şey deməyəcəyəm, bağışla
məni! Bu şeylərə səbəb mənəm!
Nataşa ağır bir hiss ilə sözünə davam etdi:
– Alyoşa, o indi bizim aramızdan keçdi, həmişəlik
bizim həyatımızı pozdu! Sən həmişə hamıdan çox mənə
inanırdın, amma indi o sənin qəlbində mənə qarşı şübhə,
etimadsızlıq yaratmışdır, sən məni müqəssir görürsən, o
sənin qəlbinin yarısını mənim əlimdən almışdır. Bizim
aramızdan qara pişik keçib.
Bu ifadə Alyoşanın xoşuna gəlmədi:
– Nataşa, elə demə. Niyə sən “qara pişik” deyirsən?
Nataşa sözünə davam etdi:
– O, saxta bir mehribanlıqla, yalançı bir alicənablıqla
səni özünə cəlb etmişdir, indi bundan sonra o səni getdikcə
mənim əleyhimə daha çox qaldıracaq.
Alyoşa daha artıq qızğınlıqla dedi:
www.vivo-book.com
458
– And olsun sənin canına ki, yox! O acıqlanmışdı, ona
görə də “tələsmişik” dedi, sən özün görəcəksən, lap sabah,
bu günlərdə, o nə etdiyini başa düşəcək. Əgər o çox
acıqlandığı üçün, doğrudan da, bizim evlənməyimizə icazə
verməsə, onda, and olsun sənin canına, mən ona qulaq
asmayacağam. Mənim bəlkə də, buna qüvvəm çatacaqdır... –
birdən onun ağlına bir fikir gəldi, bundan ruhlanaraq çığırdı.
– Bilirsən bizə kim kömək edəcək? Katya bizə kömək
edəcək! Sən də görəcəksən, sən də görəcəksən ki, o necə
gözəl insandır! O sənin rəqibin olmaq, bizi bir-birimizdən
ayırmaq istəyirmi? Özün görəcəksən ki, o belə insan deyil!
Sən bayaq bir söz dedin: guya mən elə adamam ki, elə
evlənən günün səhəri aldığım qızı sevməyə bilərəm, sən bu
barədə çox haqsız idin! Bunu eşidəndə mən yaman pis
oldum! Yox, mən elə adam deyiləm, əgər mən Katyanın
yanına tez-tez gedirdimsə də...
– Alyoşa, bu nə sözdür? Nə vaxt istəyirsənsə, get onun
yanına! Mən bayaq bunu demirdim. Mənim dediklərimin
hamısını sən başa düşməmisən. Kim ilə istəyirsənsə, get
www.vivo-book.com
459
yaşa, xoşbəxt ol. Mən sənin qəlbindən, sənin qəlbinin mənə
verə biləcəyindən artıq şey tələb edə bilmərəm...
Mavra içəri girdi.
– Yaxşı, çay gətirimmi? Zarafat deyil, iki saatdır
samovar qaynayır, saat on birdir.
Mavra bu sözləri kobud bir şəkildə, acıqlı-acıqlı dedi,
aydın görünürdü ki, onun ovqatı təlxdir, Nataşaya da acığı
tutmuşdur. Məsələ burasındadır ki, o, xanımı ərə getdiyi
üçün (Nataşanı o çox sevirdi), çərşənbə günündən bəri
böyük bir sevinc içində idi, gedib bunu evdə, məhəllədə,
dükanda hamıya demişdi, hətta dalandara da demişdi. O
lovğalana-lovğalana iftixarla deyirdi ki, knyaz çox mötəbər
adamdır, generaldır, özü də yaman dövlətlidir, xanım qızdan
razılıq almaq üçün özü xahişə gəlmişdi, bunun hamısını
özüm öz qulağımla eşitdim, amma indi gör nə oldu, hamısı
puça çıxdı. Knyaz acıqlanıb getdi, heç çay da vermədilər,
məlum şeydir ki, bunun hamısının günahı xanım qızdadır.
Mavra onun knyazla necə sərt-sərt danışdığını, ona necə
hörmətsizlik etdiyini eşitmişdi.
Nataşa:
www.vivo-book.com
460
– Yaxşı, gətir, – dedi.
– Bəs yeməyi necə, onu da gətirim?
Nataşa özünü itirdi:
– Yeməyi də gətir.
Mavra deyirdi:
– Hazırladıq, hazırladıq! Dünəndən bəri ayaq üstəyik,
qıçlarımız qırılıb. Çaxır üçün Nevskiyə qaçmışam, indi də...
– qapını acıqlı-acıqlı çırpıb getdi.
Nataşa qızarıb qəribə halda mənə baxdı. Bu arada çay
gətirdilər, yemək verdilər, süfrəyə qızardılmış quş, balıq, iki
şüşə də gözəl Yeliseyev şərabı qoydular. Mən düşünərək öz-
özümə dedim: “Görəsən, bu hazırlıq nə üçündür?”
Nataşa stola yaxınlaşdı, hətta məndən də utanaraq dedi:
– Vanya, bilirsənmi, bunu mən hazırlamışam. Hiss
etmişdim ki, bu gün bizim söhbətimiz elə belə də
qurtaracaq, necə ki qurtardı. Amma yenə fikirləşirdim,
deyirdim ki, bəlkə belə qurtarmadı, bəlkə Alyoşa gələr,
barışmaq istəyər, biz də barışarıq, mənim bütün şübhələrim
əsassız olar, məni inandırarlar, bir də ki... hər ehtimala qarşı,
Dostları ilə paylaş: |