www.vivo-book.com
440
Nataşanın acıqdan gözləri parıldadı, o, həyəcanla dedi:
– Yaxşı, qulaq asın, mən hamısını açıb deyəcəyəm!
III FƏSİL
O ayağa qalxıb danışmağa başladı, lakin duyduğu
həyəcandan ayağa qalxdığını hiss etmədi. Knyaz xeyli qulaq
asdı, sonra o da ayağa qalxdı. Hər şey həddindən artıq
təntənəli bir şəklə düşürdü.
Nataşa:
– Çərşənbə günü söylədiyiniz sözünüzü yadınıza salın,
– dedi. – Siz dediniz ki, mənə pul lazımdır, mənə adət
edilmiş hazırca yol lazımdır, kübar cəmiyyətində ad
qazanmaq lazımdır, yadınızdadırmı?
– Yadımdadır.
– Bəli, siz bu pulu, sizin əlinizdən çıxmaqda olan bütün
bu şeyləri əldə etmək üçün çərşənbə günü bura gəlmişdiniz,
bu evlənmək məsələsini də bu məqsədlə uydurmuşdunuz,
belə hesab etmişdiniz ki, bu zarafat, sizin əlinizdən
çıxmaqda olan şeyləri tutub saxlamaqda sizə kömək
edəcəkdir.
www.vivo-book.com
441
Mən bərkdən dedim:
– Nataşa, bir fikirləş gör nə danışırsan?
Knyaz özünü son dərəcə təhqir olunmuş kimi
göstərərək, Nataşanın sözlərini təkrar etdi:
– Zarafat! Hesab etmək!
Alyoşa dərdli-dərdli oturub baxırdı, bəlkə də heç bir
şey başa düşmürdü.
Nataşa acıqlı-acıqlı sözünə davam etdi:
– Bəli, bəli! Mənim sözümü kəsməyin, and içmişəm ki,
hamısını danışacağam. Sizin yadınızdadır, Alyoşa sizin
sözünüzə qulaq asmırdı. Onun diqqətini məndən
yayındırmaq üçün siz altı ay çalışdınız. Lakin o sizin
dediyinizə baxmırdı. Birdən elə bir vaxt gəlib çatdı ki, siz
daha bu vəziyyətə dözə bilmədiniz. Bu vaxtı əldən
buraxsaydınız, qız da, pul da, xüsusilə pul, üç milyon cehiz
əlinizdən çıxacaqdı. Bircə yol qalırdı: Alyoşa sizin
seçdiyiniz qızı sevsin! Siz belə fikirləşirdiniz: “Alyoşa o qızı
sevsə, bəlkə Nataşadan əl çəkər...”
Alyoşa qəmgin halda çığırdı:
– Nataşa! Nataşa! Sən nə deyirsən!
www.vivo-book.com
442
Nataşa Alyoşanın çığırmasına əhəmiyyət verməyərək
sözünə davam etdi:
– Siz belə də etdiniz. Lakin yenə də əvvəlki məsələ
meydana çıxdı! Hər şey düzələ bilərdi, ancaq mən yenə də
mane olurdum! Bircə şey sizə ümid verə bilərdi: siz
təcrübəli, hiyləgər adamsınız, bəlkə də hələ onda
duymuşdunuz ki, Alyoşa bəzən elə bil mənimlə bir yerdə
olmaqdan sıxılır, mənə etinasızlıq göstərməyə, məndən
bezməyə başlayır, günlərlə mənim yanıma gəlmir, siz bunu
görməyə bilməzdiniz. Fikirləşirmişsiniz ki, Nataşa bəlkə
onun zəhləsini tökər, o da Nataşanı atar, amma çərşənbə
günü Alyoşanın qəti hərəkəti sizi lap mat qoydu. Siz nə
etməli idiniz?!
Knyaz həyəcanla dedi:
– İcazə verin, əksinə, bu hadisə...
Nataşa onun sözünü kəsdi:
– Mən danışıram! Siz o axşam öz-özünüzdən
soruşdunuz: “İndi mən nə edim?” Qərarınız da bu oldu:
Alyoşanı sakit eləmək üçün ona Nataşa ilə evlənməyə
həqiqətdə deyil, elə-belə, sözdə icazə verim. Siz
www.vivo-book.com
443
fikirləşirdiniz ki, toy vaxtını istədiyiniz qədər uzatmaq olar,
yeni sevgi də bu zaman başlanmışdı, siz bunu başa
düşmüşdünüz. Öz işinizi də bu yeni başlanan sevgi üzərində
qurmuşdunuz.
Knyaz öz-özünə danışırmış kimi astadan dedi:
– Romanlar, romanlar, təklik, xəyal, roman oxumaq!
Nataşa knyazın sözünü eşitmədi, onun dediyinə heç
əhəmiyyət də vermədi, o sanki qızdırma içində idi, həyəcanı
get-gedə artırdı.
– Bəli, siz öz işinizi bu yeni sevginin üzərində
qurmuşdunuz. Bu yeni sevgi müvəffəqiyyət qazanacaqmı?!
Axı bu sevgi o zaman başlanıb ki, Alyoşa hələ onda bu qızın
bütün gözəl cəhətlərinə bələd deyildi! O axşam ki Alyoşa öz
ürəyini açıb ona deyir, deyir ki, mən sizi sevə bilmərəm,
çünki mənim vəzifəm və başqa bir sevgi sizi sevməyi mənə
qadağan edir, qız da bunun cavabında, birdən ona, həm də
onun rəqibinə böyük bir nəciblik, böyük bir hüsn-təvəccöh
göstərir, onları ürəkdən əfv edir, belə ki, Alyoşa onun
gözəlliyinə valeh olsa da, hələ o vaxta qədər onun belə gözəl
bir insan olduğunu heç ağlına da gətirmirdi!.. Alyoşa onda
www.vivo-book.com
444
mənim də yanıma gəldi, danışdığı da ancaq o qız haqqında
idi, qız onu həddindən artıq valeh etmişdi. Bəli, o elə ertəsi
gün, yalnız elə minnətdarlıq cəhətdən də olsa, bu gözəl
insanı görmək ehtiyacını hiss etməli idi. Yaxşı, axı onun
yanına niyə getməsin? Axı əvvəlki qız daha əzab çəkmir,
onun taleyi həll olunmuşdur, Alyoşa bütün vaxtını ona verir,
bu qıza da bircə dəqiqəsini... Görün Nataşa gərək nə qədər
nanəcib olaydı ki, bu bir dəqiqəni də ona qısqanaydı! Sonra
isə, heç hiss edilmədən, Nataşadan bu bir dəqiqə əvəzinə bir
gün, iki gün, üç gün almağa başlayırlar... Lakin bu zaman
həmin o qız, heç gözlənilmədiyi halda, tamamilə yeni bir
cəhətdən özünü Alyoşaya göstərir, o çox nəcib, çox fəal bir
qızdır, eyni zamanda, sadəlövhcə bir tifildir, bu cəhətdən də
onun xasiyyəti Alyoşanın xasiyyətinə çox oxşayır. Onlar
dost olmağa, qardaş olmağa and içirlər, bütün ömürləri boyu
bir-birindən ayrılmaq istəmirlər. “Beş-altı saat söhbət
etməklə” Alyoşanın bütün varlığı yeni duyğuları qəbul
etməyə hazır olur, onun qəlbi bu duyğulara təslim olur... Siz
də fikirləşib deyirsiniz ki, Alyoşa bir gün öz əvvəlki
sevgisini yeni, təravətli duyğuları ilə müqayisə edər və görər
Dostları ilə paylaş: |