F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə29/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   71

49 
 
Bəzən də əhalinin müəyyən bir qismi özündən asılı olmayan səbəblərə görə tez-tez 
[117 - 118]
 yerini dəyişməsi 
nəticəsində eyni vaxt ərzində bir neçə sosial statusda yaşamağa məcbur olur. 
Beləliklə, diferensiasiyanın üstünlük təşkil etməsi meyli göz qabağındadır. Bununla əlaqədar olaraq qeyd 
etmək lazımdır ki, beynəlxalq standartlara görə, gəlirlər (ən varlıların 10%-nin və ən yoxsulların 10%-nin gəlirləri) 
arasında fərq 4-5 dəfədən artıq olmamalıdır. 
Bu modeli rəhbər tutduqda, aparıcı Qərb ölkələrindən (orta sinfın üstünlük təşkil etdiyi - 60-70%-ə qədər) 
fərqli olaraq, Azərbaycan əsasən aşağı siniflə (təxminən 20-22%) təmsil olunmuşdur ki, onun da böyük hissəsini 
qaçqınlar və gənclər təşkil edir
1
. Lakin son dövrdə Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar nəticəsində orta 
sinfin formalaşması və inkişafı prosesi güclənir. Hazırda bu və ya digər ölkələrin xüsusiyyətindən asılı olaraq orta 
sinfə daxil etmənin müxtəlif meyarları  təklif olunur. Məsələn, L. Belyayeva orta sinfı müəyyənləşdirərkən 
aşağıdakı üç göstəricini əsas meyar kimi götürür
2

1) özünü identifikasiya; 2) həyat səviyyəsi; 3) təhsil səviyyəsi. 
Elmi ədəbiyyatda orta sinfı səciyyələndirən digər meyarlara da təsadüf edilir: 1) mövcud konkret cəmiyyət 
üçün götürülən gəlir səviyyəsi; 2) əhalinin maddi cəhətdən orta səviyyədə  təmin olunmuş qrupları; 3) xırda 
mülkiyyətçilər və xırda firmaların rəhbərləri; 4) ali təhsilli mütəxəssislər (təhsil səviyyəsi və peşə bilikləri meyarı 
üzrə); 5) ali təhsili olmayan qulluqçular (aşağı orta sinif) və s. 
Azərbaycanda orta sinfin möhkəmlənməsinə maneçilik yaradan əsas səbəblərdən biri odur ki, həyata 
keçirilən özəlləşdirmə  xırda və orta mülkiyyətçilərin deyil, iri mülkiyyət sahiblərinin formalaşmasına kömək 
etmişdir. Fikrimizcə, aşağıdakı amillər orta təbəqənin formalaşmasını sürətləndirəcəkdir: 
[118 - 119]
 
1) sosial meyarların kristallaşması, dəyərlər, normalar və sanksiyaların mədəni formalarla şərtlənən 
sisteminin inkişafı; 
2) cəmiyyət institutlarının stabilləşməsi, onların öz sabitliyini təkrar istehsal etmək qabiliyyəti, hakimiyyətin 
demokratikləşməsi və aşkar xarakteri. 
Müasir dövrdə Azərbaycanda sosial strukturun inkişafının xarakterik meyllərindən biri də yeni sosial 
qrupların yaranmasıdır. Yeni sosial qruplar sırasına sahibkarları, fermerləri, bankirləri, aksionerləri, kooperatorları 
və  fərdi  əmək fəaliyyəti ilə  məşğul olanları aid etmək olar. Sənaye sahəsində, maliyyə  və vasitəçilik biznesində 
məşğul olan sahibkarları, xüsusi, birgə  və kiçik müəssisələrin mülkiyyətçilərini xüsusi qeyd etmək lazımdır. Bu 
sosial qruplar hazırda Azərbaycanda aktiv fəaliyyət göstərirlər. 
2005-ci ilin yanvar ayına olan məlumata görə, son 15-16 ildə iri və orta müəssisələrin əsasında yaradılmış 
səhmdar cəmiyyətləri, fərdi sahibkarlar, xarici və müştərək müəssisələrin sayı artaraq müvafiq surətdə 10-a, 2681-
ə, 796-ya, kiçik müəssisələrin sayı isə 2463-ə çatmışdır
3

Azərbaycanın sosial struktur sosiologiyasında ən mühüm meyllərdən biri də onun tranzit (keçid) cəmiyyət 
strukturu kimi tədqiq olunmasıdır (Azərbaycan sosiumu nəzərdə tutulur). 
Azərbaycanın sosial strukturunu təxminən aşağıdakı kimi təsvir etmək olar: 
1. Yuxarı sinif (dövlət idarəetmə sistemində  və inzibati orqanlarda aparıcı yerləri tutan elita, bankların, 
tikinti, hasiletmə və emaletmə müəssisələrinin, təhsil, səhiyyə, ticarət, xidmət və məişət müəssisələrinin sahibləri). 
2. Orta sinif (xırda mülkiyyətçilər, fərdi kəndli sahibkarlar, məmurlar, menecerlər, hüquqşünaslar, 
professorlar və s.). 
[119 - 120]
 
3. Kooperatorlar (sənaye istehsalında, xidmət sferasında və kənd təsərrüfatında). 
4. Fəhlə sinfi: a) iri dövlət miqyaslı sənayedə, tikintidə, ticarətdə, kənd təsərrüfatında işləyənlər; b) qarışıq 
və xüsusi müəssisələrdə çalışanlar və s. 
5. Aşağı sinif (mülkiyyətə sahib olmayanlar, işsizlər, yoxsullar və s.). 
Müəssisələrin özəlləşdirilməsi nəticəsində onların mülkiyyət formasının dəyişdirilməsi cəmiyyətin 
təbəqələşməsini, bununla da sosial bərabərsizlik problemini gücləndirir. Hazırda Azərbaycanda özəl bölmənin payı 
istehsalda 80%, o cümlədən sənayedə 70%, kənd təsərrüfatında isə 99%-i təşkil edir. Analoji meyl həmçinin 
əməyin peşə bölgüsündə, onun sahə üzrə diferensiasiyasına  əsaslanan sosial-peşə strukturunda da mövcuddur. 
Azərbaycanın indiki vəziyyətində istehsalatın yüksək inkişaf etmiş, orta və  zəif inkişaf etmiş sahələrə  kəskin 
ayrılması burada çalışan işçilərin qeyri-bərabər sosial vəziyyətini müəyyən edir. Bu, aqrar bölmənin işçiləri ilə neft-
qaz sənayesində çalışanların və ya ali məktəb işçiləri ilə dövlət strukturunda işləyənlərin  əmək haqqı arasındakı 
fərqi müqayisə etdikdə daha aydın görünür. Doğrudur, bazar münasibətləri şəraitində əhalinin sosial bərabərliyinin 
əvvəlki anlamı utopiya olardı. Lakin əhalinin  əksəriyyəti hələ  də yeni şəraitdə müasir stimullaşdırma sisteminin 
fəaliyyətdə olması faktını lazımınca qəbul etmək istəmir. 
                                                 
1
 «Respublika» qəzeti. 23 yanvar 2007-ci il. 
2
 Беляева Л.  Критерии выделения российского среднего класса. // Средний класс в современном российском обществе. M., 1999, 
c.11-16. 
3
 Azərbaycanın statistik göstəriciləri 2006. B., 2006, səh. 125-127.
 


50 
 
Keçid dövründə cəmiyyətin bəzi sosial qruplarının hüquqlarının pozulması hesabına öz maraqlarını ictimai 
marağa qarşı qoymağa çalışan eqoizm qrupu formalaşır. Bu, cəmiyyətin sosial strukturunda mütərəqqi 
dəyişikliklərin baş verməsi yolunda ciddi maneəyə çevrilməkdədir. Belə  vəziyyətdə bu və ya digər sosial qrupa 
mənsubluq vətəndaşlıq maraqları ilə deyil, utilitar maraqlarla müəyyən edilir. 
[120 - 121]
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə