F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə27/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   71

45 
 
P. Sorokinin  fıkrincə, sosial strukturun əsasında fərdlərin qarşılıqlı  təsiri durur. Bu, cəmiyyəti stratlara 
(təbəqələrə) ayırmağın aparıcı meyarını  təşkil edir. Qarşılıqlı  təsirlər birtərəfli, ikitərəfli, antaqonist və  həmrəy 
xarakterli ola bilir. İnsanların stabil mövcud olan təşkilatları (sosial birlik, qrup tipli) elə bir yüksək inkişaf etmiş 
orqanizmə bənzəyir ki, onun «möhkəm sümük-əzələ sistemi, dayanıqlı və elastik forması vardır». 
Sorokinə görə, qarşılıqlı  təsir mərkəzlərinin sıx funksional və yaxud səbəbiyyət qarşılıqlı asılılığı  həmin 
qarşılıqlı  təsiri xüsusi növ kollektiv vəhdətli hadisə kimi öyrənməyə imkanı verir. Funksional və ya səbəbiyyət 
əlaqələrinin olmadığı yerdə formal vəhdət özünü göstərir. 
Fərdlərarası qarşılıqlı təsir və kollektiv vəhdət (birlik) sosial strukturun təhlilinin «birinci pilləsini»ni təşkil 
edir. «İkinci pillə» kollektiv birliklərin, real mövcud olan məcmuların, bölgülərin, çarpazlaşmaların, 
kumulyasiyaların, təbəqələşmələrin, bir sözlə, mürəkkəb sosial aqreqatların qarşılıqlı təsirini öyrənir. 
Kollektiv birliklərin yaranması, qorunub saxlanılması və məhv olması amillərini kosmik, bioloji və sosial-
psixoloji şərtlər təşkil edir. 
Göründüyü kimi, cəmiyyətin sosial strukturu haqqında çoxsaylı  nəzəriyyələr, konsepsiyalar, müxtəlif 
yanaşmalar formalaşmış, təkmilləşmiş  və inkişaf etmişdir. Bu proses müasir dövrümüzdə  də davam edir. Sosial 
strukturda baş verən mütərəqqi dəyişikliklər, inkişaf meylləri həmin nəzəriyyələrin daim təkmilləşməsini və 
yeniləşməsini şərtləndirir. 
[107 - 108]
 
 
2. Sosial strukturun əsas tərkib hissələri 
 
Cəmiyyətin sosial strukturunda bir neçə səviyyəni ayırmaq olar. Birinci səviyyə özündə sinifləri ehtiva edir. 
İkinci səviyyəyə siniflərə yaxın olan, lakin onların bütün əlamətlərinə malik olmayan sosial qruplar, mütəxəssis 
olmayan qulluqçular, eləcə də sosial təbəqələr daxil edilir. Sosial strukturun bu səviyyəsi elmi ədəbiyyatda sosial-
sinfı struktur adlandırılır. Sosial strukturun üçüncü səviyyəsi özündə yalnız sosial-sinfi strukturun elementlərini 
yox, həm də şəhər və kənd əhalisini, zehni və fiziki əmək sahəsində çalışan sosial qrupları ehtiva edir. 
Siniflər sosial strukturun mühüm elementlərindən biridir. Qeyd etmək lazımdır ki, «sinif» termini elmi 
ədəbiyyata Gene tərəfindən siyasi-iqtisadi anlayış kimi daxil edilmişdir. Lakin XIX əsrin sonlarında Fransada baş 
vermiş burjua inqilablarının təsiri ilə bu anlayış sürətlə siyasiləşmişdir. XIX əsrin sonlarından 1953-cü ilə kimi bu 
termin Rusiyada da siyasi mənada işlənmişdir («sinfı düşmən», «qolçomaq» və s.). 
Marksist sosiologiyasında sosial strukturda siniflərin mövqeyi xüsusi vurğulanırdı. K. Marks və F. Engels 
cəmiyyətin siniflərə bölünməsinin əsas səbəblərini ictimai əmək bölgüsünün və xüsusi mülkiyyət münasibətlərinin 
formalaşmasının nəticəsi kimi izah edirdilər. Marksizm sinif anlayışına aşağıdakıları ehtiva edən mühüm məna 
verirdi: 
-tarixən qərarlaşmış müəyyən ictimai istehsal sistemində tutduğu yerə görə bir-birindən fərqlənən böyük 
insan qrupları kimi götürülür; 
-istehsal vasitələri üzərində mülkiyyət münasibətləri, fəaliyyət nəticələrinin mübadiləsi (ictimai əməyin 
təşkili) və bölgü münasibətləri üzərində qərarlaşdığı bildirilir; 
-siniflərin mənafelərində ziddiyyət vardır, çünki onlardan biri digərinin əməyini mənimsəyə bilir. 
Sinfin qeyd olunan mənası ümumilikdə götürülən sinfı 
[108 - 109]
 fərqləri anlamaq üçün prinsipcə kifayət 
edir. Belə ki, o, siniflər arasında əsas etibarilə şüurdan asılı olmayaraq qərarlaşan obyektiv fərqləri açıb göstərir. 
Marksizmə görə, siniflər arasında iqtisadi fərqlər əsasında onların siyasi həyatda və mədəniyyətdə fərqliliyi 
formalaşır. Beləliklə, bu təlim siyasi, mədəni, ideoloji, sosial-psixoloji fərqlərin olduğunu qəbul edir, lakin o bütün 
bu fərqləri iqtisadi sahədəki fərqlərin davamı kimi götürür. 
Qeyd etmək lazımdır ki, marksizm tərəfındən cəmiyyətin strukturunun məhz sosial-sinfı struktur kimi şərhi 
istehsal münasibətləri sistemindəki vəziyyətinə görə bir-brindən fərqlənən (yəni sosial fərqlərin başlıca meyarına 
uyğun gələn) təkcə siniflərin deyil, həm də bütün sosial qruplar və  təbəqələr arasındakı  fərqlərin izahına mane 
olmur. 
Müxtəlif tədqiqatçılar sinifləri təhlil edərkən onları böyük insan qrupu hesab edir, lakin onun əlamətlərini 
müxtəlif cür izah edirlər. Məsələn, görkəmli sosioloq P. Sorokinin fıkrincə,  sinif - üç əsas  əlamət baxımından 
fərqlənən (peşə, əmlak və hüquqi), öz zəmanəsi üçün tipik olan insanlar qrupudur. 
Sorokinin belə bir qeydi metodoloji baxımdan mümkündür ki, hər bir konkret tarixi şəraitdə sinfın  əsas 
skeleti «əlavə göstəricilər, törəmə xassələr ilə tamamlanır». Peşə üzrə, təminata və hüquqa görə ümumilik eyni bir 
sinfə daxil olan insanların təhsil səviyyəsində, zövqlərində, simpatiyalarında və bütünlükdə  həyat tərzində oxşar 
cəhətlərin olmasına gətirib çıxarır. Bu oxşarlıqlar sinfə sosial tip keyfiyyəti verir. 
Elmi  ədəbiyyatda belə bir tərifə  də tez-tez rast gəlinir ki, sinif ümumi şəraitə  və istehsal prosesindəki 
roluna görə birləşən, bunun nəticəsi kimi bölgü münasibətləri yaradan böyük sosial qrupdur. 
Bu  əsas sosial-iqtisadi əlamətlərdən başqa, siniflər üçün həm də ikinci dərəcəli törəmə  əlamətlər 
səciyyəvidir. Bunlara həyat tərzi, məişət, maraqlar, ictimai davranış, fəallıq, sosial-siyasi təşkilatçılıq, təhsil, 


46 
 
mədəniyyət, şüur, ideologiya, ictimai psixologiya və s. daxildir. Bu əlamətlər sosial strukturun digər elementlərini 
də öyrənərkən nəzərə alınmalıdır. 
Sosial qruplar ictimai istehsalda müəyyən yer tutan və obyektiv surətdə mövcud olan dayanıqlı insan 
kateqoriyalarıdır. Bu məsələni xüsusi fəsildə ətraflı şərh edəcəyik. 
Sosial strukturda mühüm elementlərdən biri də ziyalılardır. Ziyalılar ali və ya orta ixtisas təhsili tələb edən 
və ixtisaslı zehni əmək fəaliyyəti ilə peşəkar surətdə  məşğul olan insanların birliyidir. Ədəbiyyatda ziyalılar 
anlayışının geniş izahı da mövcuddur. Bu halda həmin qrupa zehni əməklə məşğul olan bütün işçilər daxil edilir: 
yəni həm ziyalı-mütəxəssislər, həm də yüksək təhsil tələb etməyən və mürəkkəb olmayan zehni əməklə  məşğul 
olan qulluqçular -qeyri-mütəxəssislər (hesabdarlar, xəzinədarlar, katibə-makinaçılar,  əmanət xəzinələrinin 
nəzarətçiləri və s.) bu kateqoriyaya aid edilirlər. 
Ziyalıların cəmiyyətdəki rolu, yeri və strukturu onların aşağıdakı  əsas funksiyaları yerinə yetirməsi ilə 
müəyyənləşdirilir: 
- maddi istehsalın elmi-texniki və iqtisadi təminatı; 
- istehsalatın, bütövlükdə, cəmiyyətin və onun ayrı-ayrı altstrukturlarının peşəkarlıqla idarə edilməsi; 
- mənəvi mədəniyyətin inkişaf etdirilməsi; 
insanların tərbiyəsi
- ölkənin zehni və fıziki sağlamlığının təminatı. 
Ədəbiyyatda elmi-pedaqoji, mədəni-bədii, tibbi, idarəedici və hərbi ziyalıları fərqləndirirlər. Ziyalılar həm 
də ixtisas dərəcəsinə və sosial-demoqrafık əlamətlərinə görə təsnif edilirlər. 
Qeyd etmək vacibdir ki, zehni və  fıziki  əmək işçiləri aşağıdakı göstəricilərə görə  fərqlənirlər:  1)  icra 
etdikləri işin məzmununa, fıziki və intellektual qüvvələrin sərfınin nisbətinə,  əməyin mürəkkəblik dərəcəsinə  və 
davametmə  şəraitinə görə;  2)  fıziki və zehni əmək işçilərinin mədəni-texniki səviyyəsinə (təhsilinə, ixtisas 
dərəcəsinə, peşə tərkibinə) görə; 
[110 - 111]
 
3) mədəni və maddi rifahına, həyat  şəraitinə görə  də  fərqlənirlər. Bu sosial fərqlərdən sosioloji 
araşdırmalarda sosial göstəricilər kimi istifadə etmək olar. 
Sosial təbəqələr müəyyən sinfin, sosial qrupun hissələridir. Onların ayrılması  və sosial siması mövcud 
istehsal üsulunun yetkinliyindən asılıdır. Məsələn, ziyalıların tərkibində  təhsilin səviyyəsinə görə (orta və ali 
ixtisas, elmi dərəcəsi olanlar və olmayanlar və s.) təbəqələri, eləcə də, «praktikləri», ixtisas hazırlığı tələb etməyən 
zehni əməklə məşğul olan və müvafıq diplomu olmayan şəxsləri ayırmaq olar. 
Yuxarıdakı mülahizələri ümumiləşdirərkən ədəbiyyatda ziyalı anlayışı ilə bağlı fərqli fıkirlərin də mövcud 
olduğunu bildirmək yerinə düşər. Məsələn, Azərbaycan fılosofu S. Xəlilova görə, ziyalı sadəcə savadlı, bilikli, 
elmli adam deyil. Böyük alim, şair, bəstəkar da hələ ziyalı olmaya bilər. Ziyalı sadəcə olaraq ayrı-ayrı adamların, 
qrupların, tayfaların yox, bütövlükdə millətin yoluna işıq saçan adamdır.

İşçilərin  əməyin xarakteri və  məzmunu meyarına görə  təsnifatı onların peşəyə görə bölünməsinə, yəni 
sosial-peşə strukturunun formalaşmasına gətirib çıxarır. Bu əsasda aşağıdakı qruplar fərqləndirilir: zehni və fıziki 
əməklə, idarəetmə  və icraetmə  əməyi ilə, sənaye və  kənd təsərrüfatı  əməyi ilə məşğul olanlar, əmək qabiliyyətli 
əhali və ictimai istehsalla məşğul olmayanlar. 
Sosial-peşə strukturu əməyin peşələr üzrə bölünməsinə, onun sahə strukturuna əsaslanır. İstehsalatın yüksək, 
orta və  zəif səviyyədə inkişaf etmiş sahələrinin mövcudluğu işçilərin qeyri-bərabər sosial vəziyyətini 
müəyyənləşdirir. Bu, konkret olaraq, sahələrin texniki inkişafının səviyyəsindən,  əməyin mürəkkəblik 
dərəcəsindən, ixtisas səviyyəsindən, əmək şəraitindən və s. asılıdır. 
Sosial strukturun mühüm bir səpkisini  əhalinin sosial-demoqrafik göstəricilər üzrə bölünməsi təşkil edir. 
Bunlara qadınlar, kişilər, gənclər, pensiyaçılar, məktəblilər və b. daxildir. 
[111 - 112]
 Sosial-demoqrafik qrupların 
ayrılması üçün meyarlar cins və yaş  fərqləridir. Bu təbii fərqlər öz-özlüyündə, sözün həqiqi mənasında sosial 
fərqlər olmasa da, siniflərə  və qruplara bölünmüş  cəmiyyətlərdə sosial fərq xarakteri ala bilir. Buna cəmiyyətdə 
kişilərin və qadınların, müxtəlif nəsillərin nümayəndələrinin fərqli, qeyri-bərabər vəziyyəti, qocaların,  əmək 
veteranlarının, bir qayda olaraq, nisbətən ağır sosial vəziyyəti və s. dəlalət edir. Əhalinin yaş strukturunda qocalma 
prosesi yalnız bioloji, təkamül xarakterli bir proses deyildir. Qocalma iqtisadi fəallığın azalması, dövlətin ahıllara 
maddi-maliyyə xərcləri, ərzaq təminatı kimi problemlərlə bağlıdır. 
Sosial-demoqrafık strukturun mühüm elementlərindən biri gənclərdir. Azərbaycanda gənclərin sosial 
strukturda xüsusi çəkisi xeyli artmışdır. Belə ki, 2006-cı ilin yanvar ayına olan məlumata görə, respublikamızın 
əhalisinin 8,4 milyon nəfərindən 5,1 milyonu və ya 60,4%-ini 34 yaşına qədər olan əhali təşkil edir.
2
 Perspektivdə 
əhalinin yaş strukturunda bu prosesin getdikcə artması gözlənilir. Bu isə ölkəmizdə  əmək qabiliyyətli  əhalinin 
artmasını şərtləndirir. 
                                                 
1
 Xəlilov S.S. Lider. Dövlət. Cəmiyyət. B., 2001, s. 226. 
2
 Azərbaycan əhalisi 2006. B., 2006, s. 22. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə