F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə26/71
tarix26.09.2017
ölçüsü5,04 Kb.
#1440
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   71

43 
 
 
 
V FƏSİL 
 
SOSİAL STRUKTURUN SOSİOLOGİYASI 
 
 
1. Sosial struktur anlayışı 
 
Müasir şəraitdə sosial strukturun sosioloji baxımdan öyrənilməsi xüsusi aktuallıq kəsb edir. Sosial struktur 
hər  şeydən  əvvəl, ictimai münasibətlərin inkişafının, onun yetkinlik dərəcəsinin  ən mühüm göstəricisidir. O, bir 
tərəfdən cəmiyyətin iqtisadi, siyasi və  mənəvi inkişafının yekunu kimi çıxış edir, digər tərəfdən isə  həmin 
proseslərin inkişafına fəal təsir göstərir. Buna görə  də yerli və dünya təcrübəsinin qəbul etdiyi kimi, cəmiyyətin 
sosial strukturunda baş verən dəyişiklikləri öyrənmədən, ictimai fəaliyyət sahəsində  uğur qazanmaq və sosial 
proseslərə şüurlu tənzimedici təsir göstərmək qeyri-mümkündür. 
Struktur (latınca structura - quruluş, yerləşmə, qayda) tamı  təşkil edən hissələrin həmin tamın daxilində 
yerləşməsi, əlaqələri və daxili quruluşu deməkdir. 
Sosial struktur cəmiyyətdə müvafıq sosial mövqe (status) tutan və mövcud sosial sistemdə qəbul olunmuş 
normalar və dəyərlər məcmusuna uyğun olaraq sosial funksiyalar yerinə yetirən elementlərin əlaqəsi və qarşılıqlı 
təsirinin müəyyən üsuludur
1
. Sosial struktur cəmiyyətin obyektiv surətdə birliklərə, siniflərə və s. ayrılmasını ifadə 
edir və bununla insanların bir-birinə münasibətində bir çox meyarlara görə müxtəlif vəziyyətdə olduqlarını göstərir. 
«Sosial struktur» anlayışı məhdud və geniş  mənada işlənilir. Birinci halda sosial struktur dedikdə konkret 
sistem, onun struktur elementləri (siniflər, sosial qruplar və  təbəqələr, digər birlik formaları) arasındakı 
münasibətlər başa düşülür. Geniş mənada götürülən sosial struktur isə sosial-sinfı, sosial-demoqrafik, sosial-ərazi, 
sosial-etnik, sosial-peşə strukturlarının məcmusunu əhatə edir. 
Sosial strukturun əsas xassələrini aşağıdakı göstəricilərdən çıxış etməklə nəzərdən keçirmək olar: 
1) strukturluluq yaradan əsas elementlərin təbiəti və mahiyyəti; 
2) onların ümumi, qarşılıqlı münasibətləri və asılılığı; 
3) strukturun ünsürlərinin nizamlılığı, daxili rəngarəngliyi və dayanıqlığı; 
4) ünsürlərin fundamentallıq səviyyəsi, mühümlülük dərəcəsi; 
5) sözügedən ünsürlərin empirik müşahidə olunan hadisələrə münasibətdə göstərdiyi  şərtləndirici, 
məhdudlaşdırıcı və nəzarətedici təsiri. 
Yuxarıda qeyd olunan və digər meyarlar əsasında sosial struktur bu növlərə ayrılır: 
- inamı, əqidəni, idealları və təxəyyülü bütöv bir tam kimi əlaqələndirən ideal (arzuolunan) struktur; 
- özündə dəyərləri, normaları, tələb olunan sosial rolları əhatə edən normativ struktur; 
- mövqelərin (statusların) qarşılıqlı əlaqəsi üsulunu müəyyən edən təşkilati struktur; 
- bu və ya digər konkret anda mövcud olan və müəyyən amillər (şəxsiyyətin cari marağı, gözləmədən 
yaranan resurslar və s.) üzündən sosial struktura qoşulan ünsürləri birləşdirən təsadüfi xarakterli struktur. 
Yuxarıdakılardan üçüncüsü, yəni təşkilati sosial struktur sosioloji tədqiqatların məqsəd və  vəzifələri 
baxımından həlledici əhəmiyyət kəsb etdiyi üçün biz əsas diqqəti məhz həmin növə yönəldəcəyik. Sosial strukturun 
digər növlərinə gəlincə qeyd etməliyik ki, onlardan adətən təşkilati sosial strukturun mahiyyətinin və dinamikasının 
açılması üçün və bu vəzifənin tələb etdiyi səviyyədə istifadə olunur. 
[103 - 104]
 
Sosial strukturun öyrənilməsində ən azı aşağıdakı iki paradiqma geniş yayılmışdır: 
a)  Sosial institutlar nəzəriyyəsi  (institutsional paradiqma). Bu paradiqmaya görə, sosial institutlar yalnız 
bütövlükdə götürdükdə  cəmiyyəti müəyyən edir, onlar öz-özlüyündə personifıkasiyasız,  şəxssiz təbiətə malikdir. 
Tədqiqatçı sosial strukturu institutsional baxımdan mənalandırarkən təkamülçü metodoloji mövqedən çıxış etməyə 
bilməz, çünki hər bir sosial institut ictimai əhəmiyyət kəsb edən funksiya yerinə yetirir, bu funksiyanı isə bütöv və 
ümumi sistemdən ayrılıqda götürmək qeyri-mümkündür. 
b)  Sosial bərabərsizlik nəzəriyyəsi  (funksional və konfliktoloji paradiqma). Bu qəbildən olan 
paradiqmalara görə, sosial bərabərsizlik sosial qrupların və fərdlərin funksional ölçülən göstəricilərindən daha çox 
onların bir-birinə nəzərən tutduqları vəziyyətlərini səciyyələndirir. Belə yanaşma subyektlərin müqayisə edilməsini, 
qiymətləndirilməsini, konkretləşdirilməsini və personlaşdırılmasını nəzərdə tutur. 
Sözügedən paradiqma daxilində cəmiyyətin strukturlara ayrılması əmək bölgüsü ilə (funksionalizm), yaxud 
diferensiasiyaedici mülkiyyət münasibətləri və hakimiyyət ilə (marksizm) əlaqələndirilir. 
                                                 
1
 Энциклопедический социологический словарь. М., 1995, c. 778. 


44 
 
Müasir sosiologiyada cəmiyyətin sosial strukturu problemi üzrə ən nüfuzlu, evristik əhəmiyyət kəsb edən və 
daha geniş yayılmış aşağıdakı dörd klassik nəzəri-metodoloji yanaşma mövcuddur: 
 
1. Marksist yanaşma 
Bu yanaşma cəmiyyət və onun strukturu haqqında sistemli, inteqral təsəvvürlərə  əsaslanır. Bu nöqteyi-
nəzərin mahiyyətini və başlıca məzmununu aşağıdakı əsas müddəa təşkil edir: 
sinfı (sosial-sinfı) bölgüyə sosial fərqlərin bütün məcmusunu anlamağın özülü kimi yanaşılması, onun 
cəmiyyəti, hətta fərdlərin özünü də qruplara və təbəqələrə ayırmağın əsası kimi götürülməsi. Marksizm, əlbəttə, bu 
tipdən olan 
[104 - 105]
 (yəni müxtəlif sosial qruplara bölünməni əsas tutan) digər strukturları (sosial-demoqrafık, 
ərazi, sosial-peşə, sosial-mədəni, milli-etnik və s.) inkar etmir. Lakin həmin təlimdə bütün bu bölgülər tam müstəqil 
vəziyyətdə deyil, sosial-sinfı struktur ilə bu və ya digər dərəcədə əlaqədə anlaşılır. 
 
2. M. Veberin nəzəriyyəsi 
Bu nəzəriyyəyə görə, sosial struktur elə bir çoxölçülü sistemdir ki, burada siniflər və onları törədən 
mülkiyyət münasibətləri ilə yanaşı sosial status və hakimiyyət də mühüm yer tutur. Başqa sözlə, cəmiyyət gəlir, 
hakimiyyət və nüfuz kimi meyarlara görə ayrılan insan qrupları kimi özünü göstərən müxtəlif ünsürlərdən 
ibarətdir. 
Bu modeldə aşağıdakı fərqlər əsas götürülür: 
1) iqtisadi; 2) iqtisadi-siyasi; 3) sosial-psixoloji. 
M. Veberin nəzəri baxışlarında zəif cəhət, yuxarıda göstərilən üç qrup əlamət, yəni sosial fərqlərin növləri 
arasında daxili əlaqələr məsələsinin işlənilməməsidir. Bu vəziyyət isə istər-istəməz həmin  əlaqələrin zahiri və 
təsadüfi xarakter daşıması haqqında fikrə gətirib çıxarır. 
 
3. Struktur-funksional təhlil (T. Parsons, R. Merton, E. Şilz və b.) 
T. Parsonsun  fıkrincə, sosial struktur fərdlərin sosial davranış normaları, sosial mövqeləri və yerinə 
yetirdikləri sosial rolları ilə şərtlənən qarşılıqlı təsirinin nəticəsidir. Başqa sözlə, cəmiyyətin bütövlüyü və vəhdəti 
fərdlər tərəfındən ümumi yüksək dəyərlərin anlamalarının yekunu kimi göstərilir. Sosial struktur cəmiyyətdə 
statuslar sistemi kimi çıxış edir. 
Cəmiyyətin struktur təşkilinin T. Parsons tərəfindən verilən funksional modelinə görə, hər bir sosial sistem 
dörd struktur iyerarxiyadan ibarətdir: 
a) ilkin pillə - ünsürlərin, fərdlərin bilavasitə və «üzbəüz» qarşılıqlı təsiri ilə səciyyələnir; 
[105 - 106]
 
b) idarəedici pillə. Burada ünsürlərin ilkin səviyyədə qarşılıqlı  təsiri tənzim edilir və bu pillə strukturun 
xarici vəziyyətinə münasibətdə vasitəçi kimi çıxış edir; 
c) institusional səviyyə. O, müxtəlif idarəçilik institutlarını, inzibati və bələdiyyə orqanlarını və s. əhatə edir; 
d) cəmiyyətin təşkilinin ali, ümumdövlət (sosietal) səviyyəsi. Buraya əvvəlki aşağı səviyyələrə münasibətdə 
nəzarətedici və tənzimləyici funksiyalar yerinə yetirən dövlət və hakimiyyət orqanları daxıldir. 
A. Radkliff-Braun da hesab edir ki, sosial struktur, həmin konkret zaman anında bütün fərdlərin daxil 
olduğu hər cür sosial münasibətlərin ümumi məcmusundan ibarətdir
1
. Onun fıkrincə, sosial struktur sosial sistemin 
qeyri-prosesual səpkisidir. Qeyd edək ki, sosial antropologiyanın və struktur funksionalizmin sonrakı 
nümayəndələri sözügedən müəllifin bu barədəki mövqeyini təshih edərək göstərirlər ki, «struktur prinsipləri» 
reallıq olmayıb, abstraksiyalardır və buna görə  də onlar empirik gerçəkliyin müxtəlif zaman kəsiklərinə  tətbiq 
oluna bilər. 
Struktur-funksional təhlil nəzəriyyəsinin digər nümayəndəsi R. Merton sosial strukturu cəmiyyətin  əsası 
kimi götürür. O, aşağıdakı struktur növləri irəli sürür: 
a) böyük əhəmiyyət kəsb edən normativ-mədəni struktur; 
b) ehtimal olunan struktur. Burada müəyyən resurslara, güzəştlərə  və  dəyərlərə malik olmağın müxtəlif 
imkanlar iyerarxiyası əhatə olunur; 
c) ideal struktur - «ictimai rəyin vəziyyəti». Mertona görə, «funksiyalar və disfunksiyalar, yəni ümumi 
orqanizmin qorunub saxlanılmasına verdikləri töhfə baxımından nəzərdə tutulan həyati və yaxud üzvi proseslər» 
cəmiyyətdə aparıcı rol oynayır. 
Sosial strukturun daxili əlaqələri sosial sistemin üzvlərinin xassələri ilə müqayisədə daha mühüm sosial 
məna 
[106 - 107] 
kəsb edir. Sosial strukturlar fərdlər arasındakı münasibətlərin xarakterini müəyyən edir. 
 
4. P. Sorokinin «qarşılıqlı təsir» nəzəriyyəsi 
                                                 
1
 Лайсон Т. , Гэррод Д.  Социология. Словарь – справочник. M., 2000, c. 464. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə