Fakültə: Geoloji kəşfiyyat Qrup: 25. Müəllimin adı



Yüklə 0,62 Mb.
səhifə23/30
tarix25.09.2023
ölçüsü0,62 Mb.
#123798
1   ...   19   20   21   22   23   24   25   26   ...   30
Lito konspekt

Allotigen komponentlər - qırıntı və bəzi gilli süxurların əsas kütləsini təşkil edir və qarışıq şəklində bir çox digər süxurlara daxil olurlar. Onlar mineralların və müxtəlif süxurların qırıntılları ilə təmsil olunur.
Autigen komponentlər – çöküntü və çökmə süxurlarda 200-dən artıq autigen mineral təsvir edilib. Onların arasında gil mineralları, karbonatlar, sulfatlar, duzlar, xloritlər, dəmir, manqan, aliminium oksidləri və hidroksidləri, silisium oksidi, fosfatlar və digərləri daha böyük əhəmiyyətə malikdir. Autigen minerallar karbonat, sulfat, fosfat, dəmirli, manqanlı, aliminiumun oksidli süxurların əsas kütləsini, gil süxurlarının bir hissəsini təşkil edir, həmçinin qırıntılı süxurların sementində və konqresiyalarda geniş yayılmışdır.
Üzvi(orqanik) qalıqlar (Cüzv). Çökmə süxurlarda üzvi qalıqlar və ya orqanizmlərin həyat fəaliyyətinin izləri iştirak edir. Biogen mənşəli süxurlarda üzvi qalıqlar üstünlük təşkil edən kopmonentlər sayılırlar, bəzi hallarda isə onlar (əksər əhəngdaşları, təbaşir, diatomitlər, daş kömür və b.) tamamilə üzvi qalıqlardan təşkil olunur.
Vulkanogen material. Çöküntü və çökmə süxurların əksər hissəsində, bu və ya digər miqdarda vulkanogen material iştirak edir. O, adətən piroklastika – vulkan şüşəsi qırıntıları, effuziv və digər süxurların qırıntıları ilə və müxtəlif mineralların qırıntılarından: piroksenlər, amfibollar, kvars, kristobalit, feldşpatlar (çox vaxt sanidin və anortoklaz), biotit, leysit və b. ilə təmsil olunub.
Kosmogen material. Kosmogen material çöküntü və çökmə süxurlarda əhəmiyyətli rol oynamır, lakin meteorit hissəcikləri və kosmik toz həmişə Yer səthinə gətirilir. Lakin kosmik material o qədər də böyük deyil. Kosmik fəzadan Yerə çökmə material meteoritlər, meteorit və kosmik tozlar şəklində daxil olur. Tərkibinə görə meteoritlər dəmirli, dəmirli-daşlı, daşlı(xondritlər) və şüşəvari(tektitlər) növlərə ayrılır.
Çökmə süxurların mineraloji tərkibi:

Minerallar



Miqdarı %-lə

Çökmə
süxurlar

Kvars

34,80

Feldşpatlar

11,02

Plagioklazlar

4,55

Mikalar

15,2

Gil mineralları

9,2

Karbonat mineralları

13,32

Piroksenlər və amfibollar

4,0

Dəmirli minerallar

0,97

Sulfatlı minerallar

0,35

Fosfatlar

5,86

Digər minerallar

0,73

Üzvi maddələr







Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə