Fakültə: Geoloji kəşfiyyat Qrup: 25. Müəllimin adı



Yüklə 0,62 Mb.
səhifə25/30
tarix25.09.2023
ölçüsü0,62 Mb.
#123798
1   ...   22   23   24   25   26   27   28   29   30
Lito konspekt

Humin turşuları – üzvi birləşmələrin çürüməsi zamanı əmələ gəlir. Onlar müxtəlif mineral törəmələri ilə qarşılıqlı təsiri sayəsində asan hərəkət edə bilən birləşmələr əmələ gətirir.
Su – vacib və aktiv həlledici olub, mineralların parçalanmasında fəal rol oynayır. Onun müxtəlif birləşmələrə nisbətdə həlletmə qabiliyyəti hidrogen ionlarının konsentrasiyasına görə təyin olunur.
2) Çökmə materialın daşınması – çökmə materialı yarandığı yerdə qalmır və nəql vasitələri ilə yer qabığının müxtəlif sahələrinə aparılaraq çökdürülür və basdırılır. Materialın daşınması əsas etibarı ilə suyun və küləyin vasitəsilə ilə olur. Ondan əlavə hərəkət edən buzlaqlar aysberqlər, sahilyanı buzlaqlar vasitəsi ilə hərəkət edir, həmçinin ağırlıq qüvvəsinin təsiri nəticəsində baş verən yamaclardakı sürüşmələr, uçqunlar, dağıntılar və eksploziv (partlayış) proseslərlə əlaqədardır. Orqanizmlərin rolunu da qeyd etmək lazımdır. Hərəkət edən materialın kütləsi və daşınma məsafəsi axınların sürətindən, səthin meyl bucağından və hərəkətin xarakterindən (laminar və turbulent) asılıdır. Bunun nəticəsi yüksək, –orta və aşağı energetik çöküntülərin meydana gəlməsi hesab olunur. Qırıntılı hissəciklər diyirlənir, ölçülərinə görə onların differensasiyası baş verir. Üzvü maddələr sürtülür, parçalanır və həll olurlar.
3) Çöküntü toplanma - davamsız tarazlıq halında olan çökmə materialı, qazabənzər və həllolmuş hissəciklər ətraf mühitlə, bir-birləri ilə qarşılıqlı təsir zamanı çöküntüyə çevrilə bilər. Onun toplanma yeri – su hövzələri və qurunun səthidir, lakin su hövzələrinin əhəmiyyəti daha önəmlidir.

*****
1.Vulkanogen-çökmə və çökmə-vulkanogen süxurlar


Bunlar vulkanik və çökmə süxurlar arasında aralıq mövqeyə malik süxur törəmələridir və piroklastik süxurlar da adlanır. Tərkibində çökmə və vulkanogen hissəciklər arasında nisbətə görə 2 növə ayrılır:
1)Tuffitli süxurlar-burada qırıntı materialı 10-50%, vulkanogen material 50-90% olur.
2)Tufogen süxurlar-qırıntı hissə 50-90%, vulkanogen hissə isə 10-50% təşkil edir.
Vulkanogen hissənin ölçü və forması müxtəlif ola bilər. Bununla əlaqədar vulkanogen-çökmə süxurun başlıca qrupunun bölgüsü bunun əsasında aparılır. Qırıntı hissə kvars, çöl şpatı, mika və digər minerallarla təmsil olunur. Ora həmçinin süxur qırıntısı da aid edilir. Vulkanogen hissə yerüstü və yeraltı vulkan fəaliyyətinin məhsulu hesab olunur və vulkan şüşəsi, mineral qırıntısı və effuziv süxur qırıntısından ibarətdir. Hissəciyin forması bucaqlı, bəzən damcıvari formada olur. Tuflarda sementləyici material az miqdarda olur və dispers şüşəvari kütlə ilə təmsil olunur. Bəzən də törəmə karbonatlar, xlorit, seolit ilə təmsil olunur. Tuffitdə isə sement 20-30% və çox ola bilər. Qırıntı süxurdan əsas etibarilə gilli material və karbonatla, həmçinin terrigen materialın parçalanma məhsulu ilə, xlorit, silisit və s. minerallarla, həmçinin qırıntı minerallar və s. ilə təmsil olunur.
Vulkanogen-çökmə süxurun rəngi olduqca müxtəlifdir. Vulkanogen materialın miqdarı yüksək olduqda qonur rəng və onun müxtəlif çalarları, bozumtul-yaşıl rəng üstünlük təşkil edir. Həmçinin sarı, qara və s. rəngdə də rast gəlinir. Bu qrupun süxuru intensiv vulkan fəaliyyəti zonasında piroklastik və qırıntı materialın eyni vaxtda toplanması və sonradan dəyişilməsi nəticəsində yaranır. Bununla yanaşı elə hal da mövcuddur ki, həmin süxurlar vulkan ocağından 1000 km uzaqlarda əmələ gəlir. Məsələn, Rusiyanın Tambov və Voronej vilayətindəki Kaynazoy və lV Dövr çöküntüsündə tufogen süxurun linza və araqatı saxlanılır ki, onların tərkib hissəsi Qafqazdan gətirilmiş vulkan külləri hesab olunur. Püskürmə zamaı atılan vulkanik məhsulların miqdarı çox nəhəng ola bilər. Zond adalarındakı Tamboro vulkanının püskürməsi zamanı mütəxəssislərin hesablamalarına görə təqribən 100 - 150 km3 bərk hissəciklər atılıb. Bu material İslandiya adasında bərabər olan ərazini 1 – 15 m qalınlıqda layla örtmək üçün kifayətdir.Vulkanogen-çökmə süxur geniş tətbiq sahəsinə malikdir deyil, bəzi növləri inşaat materialı kimi istifadə olunur.Vulkanik proseslərin çöküntü əmələgəlməyə təsiri səth zonasında bərk püskürmə materiallarının peydə olması ilə məhdudlaşmışdır. Onları müşaiyət edən qazlar və termal suların halında ayrılmaları ( daxil olmaları ) maqmanın sualtı axımı halında su hövzələrinin istilik rejimini və suların duz tərkibini də olduqca dəyişir. Alimlərin təsəvvürlərinə görə bu dəyişikliklər dəniz hövzələrinin suyundan bəzi kimyəvi birləşmələrin ( məsələn silsit, fosfatlar və b. ) çökməsinə gətirib çıxara bilər. Bu proseslərin miqyası hələlik kifayət dərəcədə öyrənilmiyib.

2.Fasiya və formasiya anlayışlarının izahı


Fasiya
Fasiya müəyyən fiziki-coğrafi şəraitdə yaranmış, müəyyən tipli çökmə süxurlar başa düşülür ki, A.Qresslinin deyiminə görə eyni yaşlı istənilən lay ətraf laylardan öz petroqrafik tərkibi və üzvi qalıqlarına görə fərqlənən sahələrdir. Fasiya və qalınlıqlar geotektonikasının ənənəvi metodlarından biridir. Bu metodun əsasında aktualizm prinsipi dayanmışdır. Bunun məğzi ondan ibarətdir ki, müasir hadisələr keçmişdə oduğu kimi təqribən eyni vəziyyətdə və eyni sürətdə baş verir. Bu təstiqi müəyyən ehtiyyatda qəbul etmək lazımdır. Çünki o, təbiətin qanunu hesab olunmur. Fasial analizin məğzi ondan ibarətdir ki, belə fiziki-coğrafi şəraitlər çöküntülərin tərkibinə görə bərpa etməyə kömək edir. Fasial analiz və ya fasial bərpa genetik prosedura olub, çöküntülərin tərkibində müəyyən edilən dəyişikliklərin genetik mənası hesab olunur. Seçilmiş əlamətlərdən asılı olaraq öyrənilən obyektin və tədqiqatın məqsədindən asılı olaraq fasial analiz ya çöküntü toplanma şəraitini bərpa etməyə, ya da mühitin şəraitlərinin hidrodinamikasını müəyyənləşdirməyə, bərpa etməyə imkan verir.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə