Fakültə: Geoloji kəşfiyyat Qrup: 25. Müəllimin adı


Torf, sapropel, yanan kömürlər



Yüklə 0,62 Mb.
səhifə28/30
tarix25.09.2023
ölçüsü0,62 Mb.
#123798
1   ...   22   23   24   25   26   27   28   29   30
Lito konspekt

Torf, sapropel, yanan kömürlər

Birinci qrupa Sapropelitlər də deyirlər.
Sapropelitlər – Bu qrupa daxil olan yanar süxurlar, torf, sapropel, yanar şist, daş kömürdən ibarətdir.
Torf –müxtəlif bitki qalıqlarından ibarət olub, onların fərqli çürüməsi və gelləşməsi nəticəsində əmələ gəlir. Kimyəvi analizlər nəticəsində torfda qətranlar, müxtəlif turşular, karbon qazı, Liqnit və onun çevrilməsi məhsulları olan humin turşular, tam çürüməmiş bitki qalıqları, sellüloza və s. müəyyən edilib. Onun quruluşu lifli, torpaqlı, rəngi qonur olub adətən tərkibində terrigen qarışıqlar və yeni mineral törəmələri; Məs: siderit, vivionit və s. üzvi tərkibli kütlələr, karbon qazının miqdarı, su və kül daxil olmadan 55-60%-ə yaxın təşkil edir.
Sapropel – Bunlar əsasən lil hesab olunur və onların tərkibində külli miqdarda üzvi maddələr iştirak edir. Onun əsas kütləsi narın və kobud yosun detritlərindən, müxtəlif bitki və heyvan qalıqlarından ibarətdir. Bu heyvanlar mikroorqanizmlər və həşəratlardan təşkil olunur. Sapropelin tərkibində həmişə terrigen qarışıqlar, yeni mineral törəmələri, (30-50%) rast gəlinir. Ümumi halda bu süxur tünd, yumşaq, yağlı, həmcins kütləyə malikdir və quruluşu mikrolaylı olan və tərkibində müxtəlif üzvi birləşmələr və 60-70% CO2 saxlayır. Bunlar bataqlıqlarda və göllərdə yosunların, canlı planktonların və digər orqanizmlərin basdırılması və onların çürüməsi nəticəsində əmələ gəlir. Belə bataqlıqlar torflarla yanaşı olur. Sapropillərdə humin hissəciklərin qarışığı olmadığı halda rast gəlinən təmiz növləri adətən nadir rast gəlinir. Məs: Balxaş gölündə Balxaşit adlanır. Bundan əsasən gübrə kimi və tibdə müalicəvi palçıqlar kimi istifadə edilir.
Yanar şistlər – Bunlar gilli və ya əhəngli süxurlar olub nazik laylılığa malikdir. Rəngi qonuru boz və yaşılımtıl bozdur. Tərkində 20-60% üzvi maddələr saxlayır. Bu maddələr yosun və canlı planktonların qalıqları hesab edilir, sapropelitli kalloid kütlənin sonradan dəyişməsi və çürümə proseslərini təmsil edir. Beləliklə yanan şistlər əslində külli sapropelitlər hesab edilir. Kibrid vasitəsilə asan alışır, hislə yanır, yanmış rezin iyin xatırladan qoxuya malikdir. Şistlərdən üzvi maddələrin çıxarılması quru ayırma prosesi vasitəsilə aparılır. Bunlarda 60-80%-ə qədər CO2, 10% H2 iştirak edir. Yuxarıda qeyd etdiklərimizlə yanaşı şistlərin neftli bitumlarla doymuş növləri də rast gəlinir. Neft sırası bitumları üzvi həlledicilər vasitəsilə şistlərdən çıxarılır. Bu növ şistlər praktiki əhəmiyyət daşımırlar.
Daş kömür – Daş kömür litobiolit-humidlərin sonrakı dəyişilmə məhsulu olur. Daş kömürün əmələgəlməsi haqqında bir neçə biokimyəvi hipotez mövcuddur. Məs: Jemçujinikovun, Dupak, Metenzi, Teylor və b. alimlərin nəzəriyyələrini göstərə bilərik. Bütün bu nəzəriyyələrin əsas mahiyyəti bundan ibarətdir ki, daş kömürlər çökmə süxurların ayrılmaz bir hissəsi olub, onları əmələ gətirən geoloji proseslərin təsirindən kənarda düşünülə bilməz. Qum-qumdaşına, gil-argillitə çevrildiyi kimi, torfda-liqnit-boz kömür-daş kömür-antrasitə çevrilir.


  1. Yüklə 0,62 Mb.

    Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə