Fakültə: Geoloji kəşfiyyat Qrup: 25. Müəllimin adı



Yüklə 0,62 Mb.
səhifə27/30
tarix25.09.2023
ölçüsü0,62 Mb.
#123798
1   ...   22   23   24   25   26   27   28   29   30
Lito konspekt

Atmosfer qatı- üst mantiyanın deqazasiya məhsullarının zonal əriməsi nəticəsində yaranıb. Yer təkindən bəzi qazlar ayrılaraq yerin atmosferini əmələ gətiriblər (cədvəl 7). CO2-in atmosferdə sonradan azalması onun asılı vəziyyətə keçməsilə izah olunur. Onun böyük hissəsi qalın əh/daşı, dolomit, tabaşir laylarını əmələ gətirən (100, hətta 1000 m) karbonat minerallarının (kalsit, dolomit) tərkibinə daxil olur.
Hidrosfer- təbəqəsi. Yer kütləsinin 0,025%-ni təşkil edir və yer kürəsi səthinin 70,8%-ni örtür. Bunun 98,3%-i okean və dənizlərin, 1,6%-i materik buzlaqlarının hesabına düşür. Təbii suların duzluluğu müxtəlif olmaqla (3,3%-3,7%ə kimi) Dünya okeanında orta hesabla 3,5%-ni təşkil edir. Maksimal duzluluq kontinentlərin ekvatora yaxın quraq zonalarında müşahidə edilir. Okean suyunda duzluluğun azacıq dəyişməsi, dərinliyin artması ilə minerallaşmanın da artmasına ümumi meylliyin olması ilə müşayət olunur.
Yer qabığı- litosferin üst hissəsi- çökmə süxur yaranması üçün mühüm material-xammal mənbəyi sayılır. Altdan yuxarıya doğru onlar bazalt, qranit (metamorfik süxurlar da daxil olmaqla) və çökmə qatlardan təşkil olub. Yerin geoloji tarixi ərzində yer qabığı müxtəlif tərkibli çökmə material vermişdir. Əvvəllər çökmə materialın əsas mənbəyi lavalar və vulkan tufları olmuşlar. Müəyyən zaman keçdikdən sonra metamorfik süxurlar meydana çıxmışdır. Su meydana gələndən sonra planetdə hemogen kimyəvi törəmələr, sonra isə biogen törəmələr yaranmağa başlayıb. Zaman ötdükcə onların çoxu denudasiya sahələrinə düşmüş, nəticədə çökmə material mürəkkəbləşmiş, çox çeşidli olmuşdur. İnteqrasiya və differensiasiya çökmə materialların daşınma yollarında, onun dəfələrlə təkrar çökməsi və yetişməsi çökmə prosesin təkamülünün mühüm faktorları olmuşlar.
Biosfer- çökmə prosesinin təkamülündə əhəmiyyətli rolu vardır. Proterozoydan başlayaraq çöküntü yaranmada orqanizmlərin rolu daha da artır. Hazırda Yerdə 500 minə yaxən bitki növü və 1500 minə qədər canlı orqanizm növü (o cümlədən 1 milyondan çox sürünənlər) mövcuddur. Biosferdə orqanizmlər qeyri-bərabər yayılıb, yəni əsasən hidrosferin üst mərtəbələrində (100 m dərinliyə qədər), qurunun səthində və torpaqlarda yaşayır, səhra və buzlaq zonalarda üzvi aləm kasaddır və məhvə düçardır. Orqanizmlərin həyat fəaliyyəti məhsulları olan mineral skelet qalıqları və üzvi maddələr çox süxurların əsas tərkib hissələridir.

5.Çöküntü toplanmanın periodikliyi (dövrülüyü)



Yerin çökmə qatının kəsilişində öz zarici görünüşünə və tərkibinə görə bir – birinə yaxın süxur laylarının və komplekslərinin çox saylı təkrarı baş verir. Layların və süxur komplekslərinin ( dəstə, qat formasiyalar ), təkrarlanması çöküntü toplamada periodiklik adlanır. O, müxtəlif miqyaslara malikdir və müəyyən ardıcılıqla yatmış tam süxur dəstindən ibarət nazik ( sm və mm - lə ) litoloji cəhətdən həmcins olan laycıqlar, laylar və litoloji komplekslərin bir – biri ilə növbələşməsidir. ( qalınlığı 10 – larla m olan qatların ). Bu hadisənin müxtəlif miqyaslı olması, yuxarı və aşağı dərəcəli periodikliyin ayrılmasına əsas verir. Aşağı dərəcəli periodikliyə qalınlığı sm – in hissələrindən onlarla sm - ə qədər olan, laycıq və layların növbələşməsi aiddir. Geoloji ədəbiyyatda buna ritm deyilr. Yüksək dərəcəli periodikliyə 10 və 100 – lərlə m qalınlığa malik litoloji komplekslər ( qatlar, formasiyalar ) aiddir. Buna geoloji tsikl deyilir. Çöküntü toplamada periodiklik geolojikəsilişlərdə, bir neçə laycıq, lay və çökmə qatları düzümünün dəfələrlə və qanunauyğun əvəzolunması kimi nəzərə çarpır. Periodikliyin ( ritmin ) sadə təzahür formalarından biri nazik iki süxur laycıqlarının ( argillit və alevritin, terrigen və karbonatlı süxurların və ya müxtəlif tərkibli hemogen süxurların ) növbələşməsi hesab olunur.
Ritm qalınlığı m - ə qədər və daha çox olan bir neçə laycıqdan və laydan ( 3 və daha çox ) ibarət ola bilər. Vahid litoloji kompleksdəki sadə ritmlərin sayı 10 minlərə qədər çata bilər. Buna misal olaraq flişi göstərə bilərik ki, onun tərkibində terrigen ( qumlu, alevritli, gilli ) və karbonatlı süxurlar ( əhəngdaşları, mergellər ) üstünlük təşkil edir. Fliş çöküntülərini ( formasiyaların ümumi qalınlığı bir neçə yüzlərlə m olan ) və hətta 1 km - ə qədər çatır. Ritmikliyi yaradan bir sıra səbəblər vardır: onlardan günəş aktivliyinin təkilləri ilə əlaqədar olan mövsümü illik və çox illik iqlim dəyişikliklərini qeyd etmək olar. Məs: 11, 22, 35, 105, 150 illik və daha çox. Belə periodiklik ağacların, mərcanların, yosunların kəsimlərindədə müşahidə olunur.
Tsiklin ümumi qalınlığı 9 – 23 m arasında dəyişir. Akademik N.Straxov Rifeydən sonrakı çöküntülərdə davamiyyəti 40 – 60 mln ilə bərabər olan, 12 – 13 əsas çökmə ritmləri ayıraraq, onların yaranması orogenik fazalarla əlaqələndirir. Bu zaman ardıcıl olaraq hövzənin ( okeanın ) tranzqressiyası rejimin stabilləşməsi, reqressiyası və yenidən stabilləşməsi baş verir. Ritmin hər bir mərhələsində, özünə uyğun çöküntülər kompleksi toplanır. Hər bir ritmdə eyni adlı mərhələlər təkrar olunur ki, buna görə də çöküntülər dəsti və onların sonrakı hər bir mərhələdə yatma ardıcıllığı özündən əvvəlki ilə çox oxşarlığa malikdir. İlk dəfə ən yüksək dərəcəli periodikliyi L.Pustavalov fanerozoy çöküntülərdə öyrənmişdir.
Onun nəticlərinə görə 150 – 200 mln il davam edən çöküntü toplama periodlarıiri tektonik fazalarla ( kaledon, hersin və Alp ) ayrılır: Yüksək dərəcəli periodikliyin ilkin səbəbi; qalaktikanın mərkəzi kütlələrinin günəş sisteminə oyadıcı hərəkət verici təsiri hesab edirlər. Nəticədə günəş orbitinin formasının, hərəkət sürətinin, fiziki proseslərin aktivliyinin deltası (∆) , yerin hərəkət parametrlərinə, tektonik fəallığına və iqliminə təsir edir. Bu isə öz növbəsində sedimentogenez şəraitlərinin və toplanan çöküntülərin təsirinin deltasına (∆) gətirib çıxarır.
6.Kaustobiolitlər və onların növləri
Süxurun adı “kaustos” yanar bitki qalıqlarının mənasını verir və əsasən özündə bir sıra nümayəndələrini saxlayır. Məs: torf, sapropel, yanan şistlər, kömür, adi kömür, neft, bərk bitumlar, yanan qazlar, antrasit, qonur kömür və s. Onlar tərkibinə, xassələrinə və əmələgəlmə şəraitlərinə görə 2 yarımqrupa bölünürlər:


  1. Yüklə 0,62 Mb.

    Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə