Fakultə: Siyasi İdarəetmə İXTİsas: Beynəlxalq münasibətlər qrup



Yüklə 35,71 Kb.
səhifə1/2
tarix22.12.2023
ölçüsü35,71 Kb.
#154232
növüQaydalar
  1   2
referat 5677


AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI


FAKULTƏ: Siyasi İdarəetmə
İXTİSAS: Beynəlxalq münasibətlər
QRUP: BM151
KURS: I
FƏNNİN ADI: Mülki müdafiə
MÖVZUNUN ADI: Radiasiya və kimya kəşfiyyatının təşkili və aparılması üsulları və dozorunun fəaliyyəti qaydaları
TƏLƏBƏ: Yusif Məmmədli
MÜƏLLİM: Aydın Pənahov
Radiasiya və kimyəvi kəşfiyyat(RKK) xüsusi kəşfiyyatın bir növü olub, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (ARFHN) orqanlarının qüvvələrinin qarşısında qoyulan vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi məqsədi ilə düşmənin hücum vasitələrinin təsirində, təbii fəlakətlərdə və güclü sənaye qəzalarında yaranan radiasiya və kimyəvi şərait haqqında məlumatların əldə edilməsi,toplanması və ümumiləşdirilməsi üçün tədbirlər kompleksidir.
RKK yerin, havanın, suyun və xarici mühitin digər obyektlərinin radioaktiv maddələrlə və QKTM zəhərlənməsinin (çirklənməsinin) vaxtında aşkar edilməsi, zəhərlənmənin xarakterinin və dərəcəsinin təyini, şüalanma dozasının gücü az olan və kimyəvi zəhərlənmə sahələrinin yandan ötmə yollarının və istiqamətlərinin axtarılması məqsədi ilə aparılır.
RKK-nın əsas vəzifələri aşağıdakılardır:

  • ətraf mühitin radioaktiv maddələrlə və QKTM-lə zəhərlənməsinin (çirklənməsinin) aşkarlanması və xəbərdarlıq siqnallarının verilməsi;

  • ətraf mühitdə şüalanma dozasının gücünün, radioaktiv maddələrinin və QKTM-in tipi və onların konsentasiyasının təsiri;

  • ətraf mühitdə şüalanma dozasının gücünün enməsinə (qalxmasına), radionuklidlərin və QKTM-in konsentrasiyasına nəzarət;

  • sudan, ərzaqdan, bitkidən, qruntdan və digər maddi vasitələrdən nümunələrin götürülməsi, onların müşahidə və laboratoriya nəzarət şəbəkəsi müəssisələrinə (MLNŞM) çatdırılması, analizi və təyinatına görə istifadəyə yararlığı haqqında rəyin verilməsi;

  • zəhərlənmə sahələrinin sərhədlərinin nişanlanması;

  • radioaktiv maddələrlə və QKTM-lə zəhərlənmiş hava buludunun hərəkət istiqamətinin təyini;

  • yerin zəhərlənmə sahəsinin yandan ötmə yollarının və istiqamətinin axtarılması;

  • ARFHN orqanlarının qüvvələrinin şəxsi heyətinin radiasiya və kimyəvi nəzarətinin yerinə yetirilməsi;

  • Meteoroloji nəzarət.

RKK aparılmasına aşağıdakı qüvvələr cəlb edilir:

  1. MM mülki təşkilatları (dəstələri)

  1. Ümumi kəşfiyyat dəstələri:

  • Kəşfiyyat qrupları

  • Hava, su (dəniz, çay) və dəmiryolu nəqliyyat vasitələrində kəşfiyyat manqaları.

  1. Xüsusi kəşfiyyat dəstələri:

  1. RKK dəstələri:

  • RKK qrupları (14 nəfər). Yerin, havanın və xarici mühitinin digər maddi obyektlərin radioaktiv və kimyəvi zəhərlənmə xarakteri haqqında məlumatların alınması üçün təyin edilir. Kimyəvi təhlükəli obyektlərin, elmi tədqiqat institutlarının bazasında hər bir kimyəvi təhlükəli obyekt üçün bir qrup, kimyəvi təhlükəli şəhər üçün iki qrup və hər bir dərəcəli şəhər üçün iki-üç qrup hesabından yaradılır. RKK qrupunun hərəsi dörd nəfərdən ibarət olan üç manqadan ibarətdir.

  • Radiasiya və Kimyəvi Nəzarət (RKN) məntəqəsi (postu) 3 nəfər məntəqə ətrafında radiasiya və kimyəvi şəraiti müşahidə etmək üçün təyin edilir. İqtisadiyyat obyektlərində yaradılır;

  1. Xüsusi kəşfiyyatın digər növlərinin dəstələri (baytarlıq və futapataloji kəşfiyyat manqası, epidemkəşfiyyat qrupları və s.). Xüsusi kəşfiyyatın aparılması ilə bərabər onlar eyni vaxtda RKK da apara bilərlər.

Ümumi təyinatlı dəstələrdə, eləcə də, bəzi digər hərbiləşməmiş dəstələrdə RKK həmin dəstələrin tərkibindəki kəşfiyyat qrupların (manqaların), rabitə və kəşfiyatın, idarəetmə və kəşfiyyatın kəşfiyyatçı-kimyaçı və kəşfiyyatçı-dozimetrçi tərəfindən aparılır.

  1. MLNŞ müəssisələri:

  • Hidrometeoroloji stansiyalar;

  • Sanepidnəzarət mərkəzləri;

  • Obyekt laboratoriyaları, kimya-radiometrik laboratoriyaları daxil olmaqla ;

  • Baytarlıq laboratoriyaları;

  • Aqrokimyəvi laboratoriyalar.

RKK təşkilinə zədələnmə ocaqlarında, təbii fəlakətlər və güclü sənaye qəzaları rayonlarında radioaktiv və kimyəvi şərait haqqında bütöv və düzgün məlumatların əldə edilməsi üçün yönəldilən tədbirlər kompleksi daxildir. Bu tədbirlərin əsasları aşağıdakılardır:

  • RKK məqsədlərinin, vəzifələrinin və obyektlərinin təyini;

  • Mövcud olan qüvvə və vasitələrin müvafiq paylaşdırılması;

  • RKK qüvvələrinin vəzifələrinin təyini;

  • RKK qüvvələrinin fəaliyyətə hazırlığı və vəzifələrinin onlara çatdırılması;

  • RKK qüvvələrinin fəaliyyətinin təminatının təşkili;

  • Birgə fəaliyyətin təşkili;

  • RKK qüvvələrinin idarə edilməsinin təşkili;

  • RKK qüvvələrinin qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsinə nəzarət;

  • Məlumatların toplanmasının və işlənməsinin təşkili;

  • Əldə edilən məlumatarın müvafiq vəzifəli və digər marağı olan şəxslərə vaxtında çatdırılması.

RKK tədbirləri FH-ın bütün dərəcəli orqanlarının və MM qoşunlarının fəaliyyəti planlarında planlaşdırılır və eləcə də:

  • Kəşfiyyat planında, AR-nın şəhər və rayon FH-ı idarəetmə orqanının əməliyyat planlaşdırma şöbəsinin rəisinin iş qovluğunda əsas bir sənəd kimi;

  • Radiasiya və kimyəvi mühafizə planlarında , FH-ı idarəetmə orqanının radiasiya, kimyəvi və bioloji mühafizəsi(RKBM) şöbəsinin rəisinin iş qovluğunda əsas bir sənəd kimi saxlanılır.

RKK dəstələrində bilavasitə aşağıdakı tərkibdə olan “plan-tapşırıq” hazırlanır:

  • Ştat üzrə vəzifələrin siyahısı;

  • Hazır vəziyyətə gətirilməsi planı;

  • RKK aparılmasına tapşırıq;

  • Təcili məlumatlandırılmanın tabeli;

  • Vəzifəli şəxslərin telefon nömrələri və çağırış siqnalları

  • Zədələnmə ocaqlarına gedən tapşırıqlarda RKK aparılması sxemi;

  • Obyektlərdə RKK aparılması sxemi.

RKK iki əsas metodla aparılır: müşahidə ilə və zəhərlənmiş rayonların bilavasitə müayinəsi ilə.

Yüklə 35,71 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə