Fakultə: Siyasi İdarəetmə İXTİsas: Beynəlxalq münasibətlər qrup


Radiasiya və kimyəvi müşahidəsinin



Yüklə 35,71 Kb.
səhifə2/2
tarix22.12.2023
ölçüsü35,71 Kb.
#154232
növüQaydalar
1   2
referat 5677

Radiasiya və kimyəvi müşahidəsinin aparılması üçün respublikada vahid qayda müəyyən edilmişdir. Sülh dövründə müşahidə daimi olaraq idarəetmə məntəqələrinin əməliyyat növbətçisi, MM hissələrində və FH idarəetmə orqanlarında növbətçi tərəfindən sutka növbətçiliyində olan şəxs və istifadə olunan RKK cihazlarının istifadə edilməsi ilə aparılır. Şüalanma dozasının gücünün ölçülməsi sutkada iki dəfə saat 6.00 və 18.00-da,radiasiya təhlükəli obyektlərin 100 km zonasında yerləşdikdə isə sutkada dörd dəfə saat 6.00, 12.00, 18.00 və 24.00-da aparılır.
MM sülh rejimindən hərbi rejimə keçən zaman kütləvi qırğın silahlarının tətbiqinin miqyasının və nəticələrinin aşkarı və qiymətləndirilməsi üzrə Vahid Dövlət Sisteminin(KQSTAQVDS) alt sistemi hazır vəziyyətə gətirilir.
FH idarəetmə orqanlarının və MM hissələrinin daimi dislokasiya məntəqələrində,ehtiyyat idarəetmə məntəqələri rayonlarında radiasiya və kimyəvi şəraitə müşahidə təşkil edilir, MLNŞ müəssisələri və RKM postları sutkalıq növbətçiliyə keçirilir. Bütün qüvvələr sutkada azı iki dəfə zəhərlənmiş obyektlərin xarici mühitindən nümunələr götürməklə radiasiya və kimyəvi şəraitinin monitorinqini həyata keçirirlər.
Hərbi dövrdə əlavə olaraq MLNŞ müəssisələrinin qüvvələri ümumi RKK dəstələri və nazirliklərin, idarələrin, obyektlərin, FH idarəetmə orqanlarının növbətçiləri, eləcə də, MM qoşunlarının yerləşdiyi rayonlarda kimyəvi müşahidə postları tərəfindən daimi müşahidə keçirilir.
Müşahidə sutkada azı iki dəfə saat 6.00 və 18.00-da( radiasiya təhlükəli obyektlərdən 100 km zonasında yerləşən FH idarəetmə orqanları və MM hissələri üçün sutkada dörd dəfə 6.00, 12.00, 18.00 və 24.00-da) həyata keçirilir.
Zəhərlənmiş rayonların bilavasitə müayinəsi ilə RKK əsasən RKK dəstələrinin qrupları (manqaları) və ya MM qoşunlarının RKK bölmələri tərəfindən aparılır. Bunun üçün RKK hər bir dəstəsinin şəxsi heyəti müvafiq FMV, RKK və DN cihazları, rabitə vasitələri, çəpərləmə nişanlarının komplektləri, yüksək keçmə qabiliyyəti olan nəqliyyat vasitəsi və digər vasitələrlə təchiz olunur.
Marşrutun RKK-si əsasən avtomobillərdə aparılır. Nəzərə almaq lazımdır ki, radiasiya kəşfiyyatı bir qayda olaraq, avtomobilin hərəkəti zamanı, kimyəvi kəşfiyyat isə dayanacaqlarda aparılır.
Marşrutun dozanın gücü 0,5 rad/san olan hissəsinə çatdıqda qısa dayanacaq edilir və kəşfiyyatçılardan biri zəhərlənmiş zonanın ön sərhədini nişanlayır. Aydın görünən topoqrafik oriyentirlərdə ölçmələr yolun hər 1-1,5 km-dən bir təkrarlanır. Çəpərləmə nişanları yolun sağında aydın görünən yerlərdə qoyulur. Şüalanma dozasının gücünün qiyməti kəskin dəyişildikdə çəpərləmə nişanları bilavasitə ölçü aparılan yerdə qoyulur. Zəhərlənmə zonasının sonuna çatandan sonra sərhəddə çəpərləmə nişanı qoyulur və şəxsi heyət yığma məntəqəsinə qayıdır.
Zəhərlənmə zonasından çıxandan sonra qismən sanitariya təmizlənməsi, sonra isə lazım gəldikdə tam sanitariya təmizlənməsi aparılır.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:
Ocaqov Həbib Osman oğlu – Fövqəladə halların nəticələrinin aradan qaldırılması- Bakı, Təhsil, 2011
Yüklə 35,71 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə