##Fakultənin adı: Coğrafiya və Çqh ##İxtisas: Coğrafiya


##num=8// level= 1// sumtest=80 // name= Dünyanın iqtisadi və sosial coğrafiyası”nın tədrisi zamanı təbii şəraitinin və ehtiyatların iqtisadi cəhətdən iqymətləndirilməsi metodikası. Yanacaq energetika



Yüklə 0,92 Mb.
səhifə7/14
tarix23.01.2018
ölçüsü0,92 Mb.
#22337
1   2   3   4   5   6   7   8   9   10   ...   14

##num=8// level= 1// sumtest=80 // name= Dünyanın iqtisadi və sosial coğrafiyası”nın tədrisi zamanı təbii şəraitinin və ehtiyatların iqtisadi cəhətdən iqymətləndirilməsi metodikası. Yanacaq energetika kompleksi //


1. Hansı coğrafi anlayışlar ilk dəfə VII sinifdə «Materiklər və okeanların fiziki coğrafiyası» kursunda formalaşdırılmır?

1 - geosinklinal

2 - denudasiya

3 - akkumulyasiya

4 - platforma

5 - eroziya

6 - litosfer tavaları

A) 2. 3. 5

B) 1. 4. 6

C) 2. 4. 5

D) 1. 3. 6

E) 1. 2. 4

2. Sovet dövründə Azərbaycan coğrafiyasının tədrisinin vəziyyəti necə idi?

A) SSRİ coğrafiyasının tərkibində öyrənilirdi

B) Ayrıca dərsliklər yox idi

C) Dərs ilinin əvvəlində tədris olunurdu

D) Eyni vaxtda tədris olunurdu

E) Tədrisinə ayrıca vaxt ayrılırdı

3. Azərbaycan məktəbləri üçün ilk milli coğrafiya dərsliyi və onun müəllifi:

A) Qafur Rəşad Mirzəzadə, “Qafqazın coğrafiyası”

B) Qafur Rəşad Mirzəzadə, Ümumi coğrafiya

C) Bağır Axundov, “Azərbaycan coğrafiyası”

D) Osman Osmanov, “Azərbaycan coğrafiyası”

E) Ənvər Şıxlinski, “Azərbaycan coğrafiyası”

4. Azərbaycan Respublikasında orta məktəblər üçün coğrafiya dərsliklərinin müəllifləri olmuşlar:

A) Qafur Rəşad, Qasım Gül

B) Ənvər Şıxlinski, Mehdi Mehdizadə

C) Nurəddin Kərəmov, Budaq Budaqov

D) Osman Osmanov, Mirəli Qaşqay

E) Budaq Budaqov, Əsgər Əyubov

5. Azərbaycan dilində ilk milli dərslik və onun yazılma tarixi:

A) “Qafqazın coğrafiyası” – 1909 - cu ul

B) “Qafqazın coğrafiyası” – 1911 - ci il

C) “Ümumi coğrafiyası” – 1903 - cü il

D) “Azərbaycan coğrafiyası” – 1921 - ci il

E) “Coğrafiya” – 1920 - ci il

6. Xəzərdə ən məhsuldar təbii qaz yataqlarını qeyd edin:

A) Şahdəniz, Bahar

B) Bakı buxtası

C) Neft daşları

D) Xərə - Zirə

E) Böyük – Zirə

7. Xəzərin neft ehtiyatlarının mənimsənilməsinə nə vaxt başlanılmışdır:

A) 1947 - 1949 – cu illər

B) 1940 - 1942 - ci illər

C) 1945 - 1947 - ci illər

D) 1942 - 1945 - ci illər

E) 1960 - 1965 - ci illər

8. Xəzərin suları altında neft ehtiyatlarının olması nə vaxtdan aşkarlanmışdır:

A) 1922 - ci ildə

B) 1918 - ci ildə

C) 1917 - ci ildə

D) 1920 - ci ildə

E) 1925 - ci ildə

9. Xəzərdə nadir məməli heyvan növü:

A) suiti

B) nərə

C) balina

D) kütüm

E) xəşəm

10. Xəzərin Azərbaycan sahilində xüsusi əhəmiyyət kəsb edən kurort – rekreasiya ehtiyatı ilə seçilən sahillərini müəyyən edin:

A) Yalama - Nabran

B) Giləzi - Yaşma

C) Cənub - Şirvan

D) Qızılağac körfəzi

E) Qaraboğazgöl körfəzi

11. CTM tədqiqatlarının empirik metodlarına aiddir:

A) müşahidə, anket sorğusu, məktəb sənədlərinin öyrənilməsi, eksperiment

B) çöl təcrübəsi, laborator eksperiment, riyazi

C) riyazi, statistik, müqayisə tarixi

D) kartoqrafik, müqayisə, eksperiment, söhbət, qabaqcıl təcrübənin öyrənilməsi

E) müsahibə, izah, nağıletmə, mühazirə

12. CTM tədqiqatlarının nəzəri metodlarına aiddir:

A) riyazi, müqayisə, tarixi

B) şifahi şərh, əyani, praktik

C) müşahidə, anket sorğusu, eksperiment

D) müsahibə, məktəb mühazirəsi, nağıletmə

E) kartoqrafik, şifahi şərh, eksperiment

13. Didaktik məqsədindən asılı olaraq müsahibənin hansı növləri var:

A) bərpaedici, aydınlaşdırıcı, ümumiləşdirici

B) giriş, cari, ümumiləşdirici

C) şifahi, şərh, nağıletmə, söhbət

D) evrestik, ümumiləşdirici, yekunlaşdırıcı

E) əyani, şifahi şərh, praktik

14. Evrestik müsahibənin əsas məqsədi nədən ibarətdir:

A) şagirdləri müstəqil nəticələr çıxartmağa yönəltmək

B) şagirdlərin faktiki materialları təkrar etməyə istiqamətləndirir

C) keçmiş biliklərin yada salınmasından

D) şagirdlərin xəritə biliklərinin soruşulmasından

E) müstəqil və praktik işlərin yerinə yetirilməsi

15. Ənənəvi təlim metodları hansılardır:

A) söz, əyani, praktik

B) müsahibə, izahat, mühazirə

C) izah, nağıletmə, ucadan oxu

D) müstəqil işlər, praktik işlər, xəritə ilə iş

E) şifahi şərh, interaktiv, kartoqrafik

16. Xəzəri çirkləndirən təbii amilləri göstərin:

A) palçıq vulkanları

B) neft tullantıları

C) kanalizasiya suları

D) heyvan qalıqları

E) cərəyanların gətirdiyi tullantılar

17. Xəzərdə nərəkimilərin həcminin azalmasına nə səbəb olmuşdur.

A) Qanunusuz balıq ovu və kürünün mümkün artımının qarşısının alınması.

B) Dənizin neftlə həddindən artıq dərəcədə çirklənməsidir.

C) Ekoloji tarazlığın pozulması.

D) Nərəkimilərin qırmızı kitaba salınmasıdır.

E) Balıq artırma məntəqələrinin olmamasıdır.

18. Xəzərdə ən perspektivli neft yataqlarını müəyyən edin:

A) Azəri, Çıraq

B) Səngi, Muğan

C) Qum, Pirallahı

D) Balaxanı, Suraxanı

E) Ramana, Çilov

19. Dünyada tanker ilə neftin daşınmasına ilk dəfə nə vaxt, harada başlanmışdır:

A) 1887 - ci ildə Xəzər dənizində

B) 1880 - ci ildə Qara dənizdə

C) 1910 - cu ildə Meksika körfəzində

D) 1976 - cı ildə İran körfəzi

E) 1972 - ci ildə Xəzər dənizində

20. Gəmi bərə nədir:

A) qatarı limandan limana aparan gəmi

B) gəmilərin dayandığı yer

C) liman

D) sərnişin gəmilərinin dayandığı yer

E) yük gəmilərinin dayandığı yer

21. Katexizi müsahibəsinin əsas məqsədi nədən ibarətdir:

A) şagirdlərin faktiki biliklərinin aşkar edilməsindən

B) şagirdlərin müstəqil nəticələr çıxarmaları

C) şagirdlərin qismən tədqiqat işlərinə cəlb edilməsi

D) müstəqil və praktik işlərin yerinə yetirilməsi

E) riyazi hesablamaların yerinə yetirilməsi

22. Dərketmə qabiliyyətinə görə təlim metodları hansılardır:

A) izahlı - illüstrativ, reproduktiv, problemli şərh, qismən axtarış, tədqiqat

B) söz, əyani, praktik

C) şifahi şərh, praktik, müsahibə, mühazirə

D) izahlı illüstrativ, interaktiv, ənənəvi, praktik

E) müsahibə, nağıletmə, mühazirə, izahat, söhbət

23. Aşağı siniflərdə coğrafiyanın tədrisində anlayış və təsəvvürlərin formalaşmasında hansı yol məqsədəuyğundur:

A) fərdi anlayış və təsəvvürlərdən ümumi anlayış və təsəvvürlərin formalaşdırılması

B) ümumi anlayış və təsəvvürlərdən fərdi anlayış və təsəvvürlərin formalaşması

C) müxtəlif müstəqil və praktik işlərin yerinə yetirilməsi

D) fərdi və ümumi anlayış və təsəvvürlərin ayrı - ayrılıqda öyrənilməsi ilə

E) yalnız diyarşünaslıq prinsipindən istifadə ilə

24. Yuxarı siniflərdə coğrafiyanın tədrisində anlayış və təsəvvürlərin formalaşdırılmasında hansı yol məqsədə müvafiqdir:

A) ümumi anlayış və təsəvvürlərdən fərdi anlayış və təsəvvürlərin formalaşdırılmasına

B) fərdi anlayış və təsəvvürlərdən ümumi anlayış və təsəvvürlərin formalaşdırılmasına

C) müxtəlif müstəqil və praktik işlərin yerinə yetirilməsi

D) yalnız diyarşünaslıq materiallarından istifadə edilməsi

E) fəndaxili və fənlərarası əlaqə yolu

25. Təlim prosesinin deduktiv yolu müvafiq gəlir:

A) ümumi anlayış və təsəvvürlərdən fərdi anlayış və təsəvvürlərin formalaşdırılmasına

B) kartoqrafik və qrafik vasitələrdən istifadəyə

C) diyarşünaslıq və elmilik prinsipinin istifadəsinə

D) fərdi anlayış və təsəvvürlərdən ümumi anlayış və təsəvvürlərin formalaşdırılmasına

E) hadisə və proseslərin siniflər üzrə bərabər paylanmasına

26. Gəmi bərə hansı limanlar arasında fəaliyyət göstərir:

A) Bakı – Türkmənbaşı

B) Bakı - Mahaçkala

C) Bakı – Ənzəli

D) Bakı – Həştərxan

E) Bakı – Lənkəran

27. Xəzərdən dünya okeanına çıxmaq üçün hansı kanallardan istifadə olunur:

A) Volqa - Don

B) Volqa - Dnepr

C) Volqa - Dnestr

D) Volqa - Peçora

E) Volqa – Amur

28. Xəzərin ən işlək limanları:

A) Bakı, Həştərxan

B) Bakı, Lənkəran

C) Bakı, Ənzəli

D) Abşeron, Lənkəran

E) Mahaçkala, Ənzəli

29. Xəzərdə axınların fəaliyyəti ilə saat əqrəbinin əksi istiqamətində yaranan dövrələr:

A) Lənkəran, Dərbənd

B) Abşeron, Qobustan

C) Dərbənd, Qobustan

D) Lənkəran, Çirvan

E) Dərbənd, Abşeron

30. Xəzər dənizi üçün ən xarakterik balıq növlərini müəyyən edin:

A) nərə, qızıl balıq

B) kütüm, xəşəm

C) çəki, kilkə

D) xul, çapaq

E) çəki, xəşəm

31. Təlim prosesinin induktiv yolu müvafiq gəlir:

A) fərdi anlayış və təsəvvürlərdən ümumi anlayış və təsəvvürlərin formalaşdırılmasına

B) diyarşünaslıq və elmilik prinsipinin tətbiqinə

C) kartoqrafik və qrafik vasitələrdən istifadəyə

D) hadisə və proseslərin siniflər üzrə bərabər paylanmasına

E) ümumi anlayış və təsəvvürlərdən fərdi anlayış və təsəvvürlərin formalaşdırılmasına

32. CTM hansı elmlərlə daha çox əlaqəlidir:

A) pedaqogika, coğrafiya, psixologiya

B) biologiya, tarix, iqtisadiyyat

C) fəlsəfə, psixologiya, məntiq

D) etika, estetika, politologiya

E) tarix, astronomiya, pedaqogika

33. Orta məktəb coğrafiya proqramı məzmununda öz əksini tapmışdır:

1– şagirdlər bilməli və bacarmalıdırlar

2– istifadə edilən təlim metodları

3 - praktik işlər

4 - təlim prinsipləri və əyani vəsaitlər

5 - kursun məzmunu

6 - bölmənin tədrisinə verilən saatların miqdarı

7 - coğrafiya dərsinin tipləri

A) 1, 3, 5, 6

B) 2, 4, 6, 7

C) 1, 3, 4, 7

D) 1, 2, 3, 5

E) 2, 4, 5, 6

34. Coğrafiya dərslərində məktəb mühazirəsi istifadə edilir:

A) böyük mövzuların öyrənilməsində, yuxarı siniflərdə

B) praktik işlərin yerinə yetirilməsində, yuxarı siniflərdə

C) kartoqrafik vəsaitlərlə işlərdə, aşağı siniflərdə

D) təkrar dərslərində, bütün siniflərdə

E) böyük mövzuların öyrənilməsində, aşağı siniflərdə

35. Coğrafiya dərslərinin tipləri hansılardır:

1 - kombinə edilmiş /mürəkkəb/ dərs

2 - əyani vəsaitlərdən istifadə edilməsi dərsi

3 – yeni bilik verən dərs

4 – bilik və bacarıqların formalaşdırıldığı dərs

5 – çöl təcrübəsi və fakültətiv məşğələ dərsi

6 – təkrar və biliklərin yoxlanılması dərsi

A) 1, 3, 4, 6

B) 2, 4, 5, 6

C) 1, 2, 3, 5

D) 2, 3, 5, 6

E) 3, 4, 5, 6

36. Xəzər dənizi üçün ən xarakter balıq növləri:

A) kilkə, kütüm

B) kepal, siyənək

C) çapaq, xəşəm

D) kepal, çəki

E) siyənək, kepal

37. Xəzərin başlıca problemlərini müəyyən edin:

A) ekoloji

B) canlı aləmin məhvi

C) suyun səviyyəsinin enməsi

D) neftlə çirklənməsi

E) balıq növlərinin azalması

38. Kilkə balığı ovunun kəskin azalmasına səbəb nə olmuşdur.

A) Qanunsuz ovlanma və Qara dənizdən daxil olan mneopsisdir.

B) Ekoloji gərginliyin artmasıdır

C) Kilkə balıqlarının nəslinin kəsilməsi təhlükəsinin olmasıdır

D) Qırmızı kitaba salınmasıdır.

E) Qara dənizdən berol balığının Xəzərə gəlməsidir.

39. Xəzərin dibinin bölünməsi hansı prinsipə uyğun gəldiyini müəyyən edin:

A) dövlətlərin sərhəddinə uyğun olaraq sahildən eyni məsafədə orta xətt üzrə götürülməsi

B) dövlətlər arasında bərabər bölünməsi

C) dövlətin sahəsinə uyğun olaraq bölünməsit

D) sərvətlərin bərabər bölünməsi

E) beynəlxalq dəniz bölgüsünə əsasən

40. Xəzərdəki mübahisəli neft - qaz yataqlarının mənimsənilməsinin həlli yolu:

A) yatağın mənimsənilməsi üçün sərf olunan kapital qoyuluşunun və hasil olunan xammalın bərabər surətdə bölüşdürülməsi

B) ətraf ölkələrin birgə mənimsəməsi

C) daha çox capital qoyan ölkəyə çox payın verilməsi

D) yatağı kəşf edən ölkənin payının çox olması

E) güclü dövlətin payının çox olması

41. “Atmosfer” bölməsinin tədrisində istifadə olunan əsas praktik metodlar:

A) hava üzərində müşahidələr, təcrübələr

B) ucadan oxu, xəritə ilə iş

C) ekskursiyalar, riyazi hesablamalar

D) əyani vəsaitlərlə iş, dərslik üzərində iş

E) müsahibə, məktəb mühazirəsi

42. Coğrafiya təliminin əsas təşkilat formaları:

A) dərs, ekskursiya, fakültətiv məşğələ

B) xəritə ilə iş, riyazi hesablamalar, testlər

C) dərs, müşahidələr, dərnəklər

D) viktorinalar, coğrafiya gecələri, ekskursiya

E) imtahan, zaçot, test

43. Coğrafiyanın tədrisində diyarşünaslıq prinsipinin mahiyyəti nədən ibarətdir:

A) coğrafi bilik və bacarıqların formalaşdırılmasında yerli materiallardan istifadə edilməsi və öyrənilməsi

B) məhəllin öyrənilməsi üçün sinifdənxaric işlrdən istifadə edilməsi

C) məhəllin adət və ənənələrinin öyrənilməsi

D) məhəldə kartoqrafik ölçmə işlərinin aparılması

E) yerli ərazilərin daha dəqiq təsvir edilmiş plan və xəritələrinin hazırlanması

44. Coğrafiyanın tədrisində müqayisə prinsipinin mahiyyəti nədən ibarətdir:

A) tədris prosesində coğrafi obyektə hadisələrin oxşar və fərqli cəhətlərinə görə tutuşdurulması

B) müxtəlif təlim metodların dan istifadə edilməsinin müqayisə edilərək təlim prosesində istifadə edilməsi

C) fiziki və iqtisadi coğrafiya kurslarının müqayisə edilməsi

D) coğrafiya və tarix fənləri arasında müqayisə aparılması

E) şagirdlərin bilik səviyyəsinə görə müqayisə edilməsi

45. Fərdi anlayış və təsəvvürlərdən ümumi anlayış və təsəvvürlərin formalaşdırılmasına gedən yol idrakın hansı metoduna əsaslanır:

A) induktiv

B) müqayisə

C) müsahibə

D) problemli situasiya

E) deduktiv

46. Xəzərdə suyun səviyyəsinin qalxmasının nəticəsini müəyyən edin:

A) sahilindəki sosial - iqtisadi obyektlərin dağılması

B) balıq ovunun çətinləşməsi

C) rekreasiya potensialının çoxalması

D) rekreasiya potensialının azalması

E) irriqasiya işlərinin aparılması

47. Xəzər hövzəsində ən duzlu sahənin adını və şorluluğunu qeyd edin:

A) Qaraboğazqol körfəzi – 265%0

B) Qızılağac körfəzi – 230%0

C) Qoltuq körfəzi – 250%0

D) Mangistau körfəzi – 220%0

E) Bayıl buxtası - 200%0

48. Türkmənistanın dəniz ƏİK - ləri:

A) neft – qaz, balıq, duz

B) gəmi istehsalı, balıq

C) maşınqayırma, gəmiqayırma

D) kimya sənayesi avadanlıqları

E) neft - qaz, maşınqayırma

49. Xəzərin Dağıstana aid sektorunda hansı ƏİK - ləri var:

A) neft – qaz, balıqçılıq, sağlamlıq

B) neft – qaz, gəmiqayırma

C) neft – qaz, maşınqayırma

D) neft – qaz, nəqliyyat

E) gəmi təmiri, nəqliyyat

50. Xəzərin Volqaboyunda yerləşən ƏİK - ləri:

A) balıqçılıq, nəqliyyat, gəmi təmiri

B) neft - qaz, nəqliyyat

C) neft – qaz, duz, balıqçılıq

D) maşınqayırma, duz, balıqçılıq

E) nəqliyyat, duz, balıqçılıq

51. Ümumi anlayış və təsəvvürlərdən fərdi anlayış və təsəvvürlərin formalaşdırılmasına gedən yol idrakın hansı metoduna əsaslanır:

A) deduktiv

B) müsahibə

C) müqayisə

D) induktiv

E) problem situasiya

52. Ümumi anlayış və təsəvvürlərdən fərdi anlayış və təsəvvürlərin formalaşdırılması yolu coğrafiya tədrisinin hansı pilləsində daha geniş

istifadə edilir:

A) yuxarı siniflərdə

B) aşağı siniflərdə

C) ibtidai siniflərdə

D) sinifdənxaric məşğələlərdə

E) ev tapşırıqlarının verilməsində

53. Yuxarı siniflərdə iri mövzuların öyrənilməsinə balşayarkən istifadə edilməsi daha məqsədə müvafiq olan təlim metodu:

A) məktəb mühazirəsi

B) müsahibə

C) ucadan oxu

D) izahat

E) şəkil üzərində iş

54. Qafur Rəşad Mirzəzadənin coğrafiyanın tədrisi metodikasında xidməti nədən ibarət olmuşdur:

A) türk dilində ilk coğrafiya dərsliyini yazmışdır

B) Azərbaycanın ilk xəritəsinitərtib etmişdir

C) Azərbaycanda ilk qlobusu tərtib edilmişdir

D) Qafqazın xəritəsini hazırlamışdır

E) Coğrafiyadan proqram və metodik məsləhət yazmışdır

55. Coğrafiyanın tədrisində bərpaedici /giriş/ müsahibə metodunun məqsədi nədən ibarətdir:

A) yeni materialların öyrədilməsi üçün zəruri olan keçmiş bilik və bacarıqların yada salınmasından

B) yeni biliklərin möhkəmləndirilməsi və təkrarından

C) şagirdlərdə olan biliklərə əsasən yeni materialların izah edilməsindən

D) müxtəlif müstəqil və praktik işlərin yerinə yetirilməsindən

E) iri mövzuların sonunda təkrar məqsədi ilə müsahibələrin aparılmasından

56. Xəzərdə hansı ada körpü (damba) vasitəsi ilə sahillə birləşdirilmişdir:

A) Pirallahı

B) Xərə - Zirə

C) Neft daşları

D) Zəmbil

E) Qara Zirə

57. Xəzərin suyunun orta şorluluğunu 2%0 olduğunu nəzərə alsaq, onun suyundan 100 kq duz almaq üçün nə qədər su işlətmək lazım gəldiyini hesablayın:

A) 8300 l

B) 7900 l

C) 6300 l

D) 7200 l

E) 8000 l

58. Xəzərin hansı adaları arasında gəmi ilə yanaşı həm də hava nəqliyyatı müntəzəm olaraq işləyir:

A) Pirallahı – Çilov (Jilov)

B) Neft daşları - Çilov

C) Bakı buxtası – Zəmbil

D) Xərə - Zirə - Pirallahı

E) Qara Zirə - Neft daşları

59. “Əsrin müqaviləsi” neft müqaviləsi Xəzərin hansı yataqları üzrə bağlanmışdır:

A) Azəri, Çıraq, Günəşli

B) Azəri, Sənqəçal, Günəşli

C) Çıraq, Dübəndi, Sənqəçal

D) Azəri, Sənqəçal, Çıraq

E) Çıraq, Dübəndi, Sənqəçal

60. Neft ixracı ilə əlaqədar Xəzərin Azərbaycan sahilində inşa olunmuş terminalları qeyd edin:

A) Sənqəçal, Dübəndi

B) Azəri, Dübəndi

C) Çıraq, Sənqəçal

D) Günəşli, Dübəndi

E) Azəri, Sənqəçal

61. Coğrafiyanın tədrisində aydınlaşdırıcı /şərhedici/ müsahibə metodundan istifadə edilməsi xidmət edir:

A) şagirdlərdə olan biliklərə əsasən yeni materialların izah edilməsinə

B) keçmiş biliklərin möhkəmləndirilməsi və təkrarına

C) yeni biliklərin öyrənilməsi üçün zəruri olan keçmiş bilik və bacarıqların yada salınmasına

D) müxtəlif müstəqil və praktik işlərin yerinə yetirilməsinə

E) iri mövzuların sonunda təkrar məqsədi ilə müsahibələrin aparılmasına

62. Şagirdlərin müstəqil nəticələr çıxartmağa yönəltmək məqsədi ilə aparılan müsahibə forması necə adlanır:

A) evrestik müsahibə

B) giriş müsahibəsi

C) katexizis müsahibə

D) qismən axtarış

E) izahlı illüstrativ

63. Şagirdlərin faktiki biliklərinin aşkar edilməsi məqsədi ilə aparılan müsahibə forması necə adlanır:

A) katexizis müsahibə

B) evrestik müsahibə

C) giriş müsahibəsi

D) qismən axtarış

E) izahlı illüstrativ

64. VI sinifdə “Plan və xəritə” bölməsinin tədrisi zamanı formalaşdırılan anlayışlara daxildir:

A) azimut, miqyas, coğrafi koordinat

B) meridian, paralel, kartoqrafik proyeksiya

C) şərti işarələr, berqştrix, kartoqrafik ümumiləşdirmə

D) horizontal, tematik xəritə, azimut

E) miqyas, nisbi hündürlük, nisbi rütubətlilik

65. VI sinifdə “Litosfer” bölməsinin tədrisində formalaşdırılacaq anlayışlara aiddir:

A) tektonik hərəkətlər, yer qabığı, qeyzerlər

B) geosinklinal, platforma, qalxan

C) miqyas, horizontal, horst

D) maqma, bazalt, litosfer tavası

E) plato, denudasiya, allüvial düzənlik

66. Xəzərdə son dövrdə kəşf olunan neft yataqlarını müəyyən edin:

A) Oğuz, Dan ulduzu, Yalama

B) Bakı buxtası, Yalama

C) Neft daşları, Oğuz

D) Pirallahı, Oğuz

E) Çilov, Azəri

67. Şimali Xəzərdə əsasən hansı balıqlara rast gəlinir.

A) Belyuqa, sveryuqa, şip.

B) Çəki, siyənək, kilkə

C) Kütüm, həşəm, siyənək

D) Şəmayı, kilkə, belyuqa

E) Nərə, kütüm, həşəm

68. Xəzərin təbii şəraiti və resurslarını, eyni zamanda onun problemlərinin həlli yollarını öyrənən ən böyük elmi mərkəz hansı şəhərdə yerləşir:

A) Bakı

B) Qazaxıstan

C) İran

D) Türkmənistan

E) Rusiya

69. Xəzərdə “üzən buzların” və külək dalğasının ən çox təsir etdiyi obyektlər:

A) Abşeron sahilindəki neft mədənləri və qurğuları

B) balıqçılıq gəmiləri

C) neft daşıyan gəmilər

D) sahildəki istirahət mərkəzləri

E) sahildəki təsərrüfat obyektləri

70. Azərbaycanla su sərhədi olan ölkələr qrupu:

A) İran, Türkmənistan, Qazaxıstan

B) Türkiyə, İran, Gürcüstan

C) Rusiya, Ukrayna, Moldava

D) Əfqanıstan, Türkmənistan, Ermənistan

E) Rusiya, Ermənistan, Moldava

71. “Materiklər və okeanlar” coğrafiyası kursunun elmi - nəzəri səviyyəsinin artırılmasına xidmət edən bölmə hansıdır:

A) “Yer təbiətinin əsas xüsusiyyətləri”

B) materiklərin öyrənilməsi ardıcıllığı

C) okeanların öyrənilməsi ardıcıllığı

D) xəritə, tipik plandan istifadə

E) relyef və geoloji quruluşu

72. Materiklərin öyrənilməsi ardıcıllığında istifadə edilən prinsip hansıdır:

A) təbii xüsusiyyətləri mürəkkəbdən sadəyə doğru - Avrasiyadan Antarktidaya

B) təbii xüsusiyyətləri sadədən mürəkkəbə doğru – Afrikadan Avrasiyaya

C) təbii xüsusiyyətləri sadədən mürəkkəbə doğru – Avrasiyadan Afrikaya

D) təbii xüsusiyyətləri sadədən mürəkkəbə - Antarktidadan Avrasiyaya

E) müəllimlərin istədiyi ardıcıllıq seçilə bilər

73. VI sinifdə “Hidrosfer” bölməsinin tədrisində istifadə edilən praktik işlər hansılardır:

1 – fenoloji müşahidələr

2 – çayın canlı en kəsiyinin tapılması

3 – qütb planalması

4 – su sərfi və sürətin hesablanması

5 – kəsmə hündürlüyünün tapılması

A) 2, 4

B) 1, 2

C) 1, 3

D) 2, 3

E) 2, 5

74. Müstəqillik əldə etdikdən sonra məktəb coğrafiyasının quruluşunda baş verən dəyişikliklər:

1 - təbiətşünaslıq kursunun tədris edilməsi

2 – yerşünaslıq kursunun tədrisi

3 – türk dünyasının coğrafiyası kursunun tədrisi

4 – Azərbaycanın coğrafiyasının tədrisi

5 – okeanların öyrənilməsinin başlanması

A) 2, 3

B) 1, 3

C) 1, 2

D) 3, 5

E) 3, 4

75. Ayrı - ayrı materiklərin öyrənilməsində istifadə edilən ən mühüm metodik priyom hansıdır:

A) tipik planlardan istifadə

B) qrafik vəsaitlərdən istifadə

C) cədvəl və rəqəm materialları ilə iş

D) praktik işlərdən istifadə

E) şəkil üzərində işlərin təşkili

76. Azərbaycanla dəniz sərhədi olan ölkələr:

A) İran, Türkmənistan, Qazaxıstan, Rusiya

B) Özbəkistan, İran, Rusiya, Gürcüstan

C) Rusiya, Türkmənistan, Tatarıstan, Qırğızıstan

D) İran, Qazaxıstan, Tacikistan, Ermənistan

E) Rusiya, Ermənistan, Ukrayna, Moldava

77. Qazaxstanın Xəzər dənizi sahilindəki əsas neft kəmərləri hansılardır.

A) Uzen - Atırau - Samara, Uzen - Jetibay - Aktau

B) Bakı - Tiflis - Ceyhan, Mozdok - Qazməmməd

C) Aktau - Mahaçqala, Bakı - Novorossiysk

D) Çələkən - Nebitdağ, Tengiz - Novorossiysk

E) Mahaçqala - Dərbənd, Uzen - Jetibay - Aktau

78. Qazaxstandan Aktau - Dübəndi marşrutu üzrə Azərbaycana daşınan xam neftin son illər həcminin azalmasına nə səbəb olmuşdur.

A) Tengiz - Novorossiysk kəməri üzrə ixracın yerinə yetirilməsi.

B) Neft hasilatının azalması

C) Bakı - Novorossiysk neft kəmərinin istifadəyə verilməsi.

D) Neftə olan tələbatın azalması

E) Bu marşrutun ləğv olunması

79. Bakıdan Sankt - Peterburqa hansı su obyektlərindən keçmək olar:

A) Xəzər dənizi – Volqa çayı, Volqa - Baltik kanalı

B) Xəzər dənizi – Ural çayı, Volqa - Don kanalı

C) Xəzər dənizi – Volqa çayı, Dnestr - Don kanalı

D) Xəzər dənizi - Ural çayı, Dnepr - Dnestr kanalı

E) Xəzər dənizi - Volqa çayı, Don - Dnepr kanalı

80. Bakıda İstanbula su yolu ilə hansı obyektlərdən keçmək olar:

A) Xəzər, Volqa çayı, Volqa - Don kanalı, Azov dənizi, Kerç boğazı, Qara dəniz

B) Xəzər, Ural çayı, Aral dənizi, Kerç boğazı

C) Xəzər, Volqa çayı, Oneqa gölü, Kerç boğazı

D) Xəzər, Ladoqa gölü, Azov dənizi, Kerç boğazı

E) Xəzər, Volqa çayı, Azov dənizi, Seneqa çayı

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə