##Fakultənin adı: Coğrafiya və Çqh ##İxtisas: Coğrafiya


##num=15// level= 1// sumtest=22 // name= GÜN REJIMININ GIGIYENIK QIYMƏTLƏNDIRILMƏSI //



Yüklə 0,92 Mb.
səhifə14/14
tarix23.01.2018
ölçüsü0,92 Mb.
#22337
1   ...   6   7   8   9   10   11   12   13   14

##num=15// level= 1// sumtest=22 // name= GÜN REJIMININ GIGIYENIK QIYMƏTLƏNDIRILMƏSI //


1. Uşaqlığın birinci 3 ili ərzində yuxu müddətinin azalması nəyin hesabına baş verir?

A) Gündüz yuxusu

B) Gecə yuxusu

C) Həm gündüz, həm gecə yuxusu

D) Güclü ləngimənin

E) Fəal istirahətin

2. 1, 5 - 2 yaşa kimi uşaqlarda gündüz yuxusu necə xarakter daşıyır?

A) Ikidəfəlik olur

B) Birdəfəlik olur

C) Monofazalı olur

D) Yuxusuzliq olur

E) Çox fazalı olur

3. Mütəmadi olaraq az yatma nəyə təsir göstərir?

1) ali sinir fəalıyyətini pozur

2) əqli iş qabiliyyəti endirir

3) qümrahlıq və fəallığı artırır

4) görmə qabiliyyətini zəiflədir

5) eşitmə qabiliyyətini fəallaşdırır

A) 1, 2

B) 2, 3

C) 3, 4

D) 4, 5

E) 1, 5

4. Gəzintinin səmərəliyinə aid olmayanı seçin:

A) orqanizmi zəiflədi və yorur

B) qanı oksigenlə zənginləşdirir

C) baş beyin qabığının tonusunu artırır

D) hipodinamiyanı aradan qadırır

E) ultrabənövşəyi şüa çatmamazlığını azaldır

5. Kimlər üçün gəzintinin davametmə müddəti gün ərzində 3, 5 saat təşkil etməlidir?

A) Aşağı sinif uşaqları

B) Orta sinif uşaqları

C) Yuxarı sinif uşaqları

D) Məktəbəqədər və körpə uşaqlar

E) Məktəbli uşaqlar

6. Kimlər üçün gəzintinin davametmə müddəti gün ərzində 3 saat təşkil etməlidir?

A) Orta sinif uşaqları

B) Aşağı sinif uşaqları

C) Yuxarı sinif uşaqları

D) Məktəbəqədər və körpə uşaqlar

E) Məktəbli uşaqlar

7. Kimlər üçün gəzintinin davametmə müddəti gün ərzində 2, 5 saata çatdırılmalıdır?

A) Yuxarı sinif uşaqları

B) Orta sinif uşaqları

C) Aşağı sinif uşaqları

D) Məktəbəqədər və körpə uşaqlar

E) Məktəbli uşaqlar

8. Gün rejimin hansı komponentləri uşaqda gigiyenik və mədəni vərdişlər, bilik və bacarıqlar formalaşdırır?

1) qida qəbulu

2) tədris məşğələləri

3) şəxsi gigiyena

4) yuxu

5) gəzinti

A) 1, 3

B) 2, 4

C) 3, 5

D) 1, 2

E) 4, 5

9. Gün reimin hansı komponenti ifrat yorğunluğun profilaktikasında ən vacib rol oynayır?

A) Yuxu

B) Oyun fəaliyyəti

C) Gəzinti

D) Kalorili qida

E) Şəxsi gigiyena

10. Aşağıdakı şərtlərdən hansılar gün rejiminin vacib şərtləri sayılır?

1) gün rejimi komponentlərin yerlərinin dəyişməsi

2) gün rejimi komponentlərin səmərəli bölünməsi

3) gün rejimi komponentlərin sürəkliyinin dəyişməsi

4) gün rejimi komponentlərin düzgün növbələşməsi

5) gün rejimi komponentləri sayının azalması və çoxalması

A) 2, 4

B) 1, 5

C) 3, 5

D) 1, 3

E) 2, 3

11. I. Pavlovun nəzəriyyəsinə görə rejim anlayışı hansı anlayışla əvəz oluna bilər?

A) Dinamik stereotip

B) Güclü vərdişlər

C) Uyğunlaşma

D) Sərtsiz reflekslər

E) Sistemli stereotip

12. Nə zaman dinamik stereotipin dəyişdirilməsi tələb olunur?

A) Keçid mərhələlərində

B) Fəsil dəyişkənliyində

C) Yayda və ya qışda

D) Ailə üzvləri artanda

E) Istirahət etdikdə

13. Zəif uşaqlarda dinamik stereotipin birbaşa və kəskin dəyişdirilməsi nə kimi hallar yaradır?

A) Uzun sürən nevrotik vəziyyətin inkişafını

B) Sinir sistemin güclü pozulmalarını

C) Qan təzyiqin kəskin enməsini

D) Ürək - qan - damar sistemin zəifləməsini

E) Əhval - ruhiyənin artmasını

14. Gün rejimin neçə əsas komponenti var?

A) 6

B) 4

C) 3

D) 5

E) 2

15. Aşağıdakılardan hansı gün rejimin komponentlərinə aid deyil?

A) Fiziki işin görülməsi

B) Qida qəbulu

C) Şəxsi gigiyena

D) Tədris məşğələləri

E) Açıq havada gəzinti

16. Bütün fizioloji sistemlərin tam funksional bərpasını gün rejiminin hansı komponenti təmin edir?

A) Yuxu

B) Qida

C) Gəzinti

D) Oyun

E) Istirahət

17. Gəzintilərin səmərəliliyinə aid olmayan ifadəni seçin.

A) Orqanizmi zəiflədir və yorur

B) Qanda O2 miqdarını artırır

C) Baş beyin qabığının tonusunu artırır

D) Hipodinamiyanı aradan qaldırır

E) Toxuma tənəffüsünü yaxşılaşdırır

18. Gün rejiminin hansı komponentinin təsirindən orqanizmin müqaviməti, qanda oksigenin miqdarı, baş beyin qabığının tonusu artır, toxuma tənəffüsü yaxşılaşır, hipodinamiya aradan qaldırılır?

A) Gəzinti

B) Yuxu

C) Qida qəbulu

D) Istirahət

E) Oyun

19. Mütəmmadi olaraq az yatma halları uşaqlarda nə kimi vəziyyətləri yarada bilməz?

A) Avitaminoz hallarını

B) Ali sinir fəaliyyətinin pozulmasını

C) Iş qabiliyyətinin enməsini

D) Əqli iş qabiliyyətinin zəifləməsini

E) Əsəblilik və narahatçılığı

20. Ilk dəfə hansı alimin nəzəriyyəsində „dinamik stereotip“ termini verilmişdir?

A) İ. Pavlovun

B) M. Lomonosovun

C) A. Komenskinin

D) A. Radişevin

E) Hipokratın

21. Kimlərdə yuxu günün 16 saatını təşkil edir?

A) Altı aylıq uşaqlarda

B) Erkən məktəbəqədər uşaqlarda

C) Yeniyetmə uşaqlarda

D) Gənclərdə və böyüklərdə

E) Yaşlılar və qocalarda

22. Birdəfəlik gündüz yuxusu neçə yaşdan sonra formalaşır?

A) 1, 5 - 2 yaşdan sonra

B) 3 yaşdan sonra

C) 1 yaşdan sonra

D) 2 - 4 yaşdan sonra

E) 0, 5 - 1 yaşdan sonra

##num=16// level= 1// sumtest=5 // name= UŞAQLARIN QIDALANMASININ GIGIYENİK QİYMƏTLƏNDİRİLMƏSİ //


1. Zülalların artıq qəbulu səbəbindən yaranan fəsadlar arasında səhv göstəriləni seçin:

A) Bədən kütləsinin kəskin sürətdə artmasına

B) Ürək - damar sisteminin mənfi reaksiyasına

C) Mədə - bağırsaqda çürüdücü bakteriyaların artmasına

D) Sinir sistemin mənfi reaksiyalarına

E) Qara ciyər və böyrəklərin yüklənməsinə

2. Yağların normadan az qəbul olunması nəticələrinə aid deyil:

A) Eşitmə üzvünün funksiyası pozulur

B) Sinir sistemində pozulmalar baş verir

C) Orqanizmin imunoloji reaksiyaları pisləşir

D) Müqavimət mexanizmləri zəifləyir

E) Orqanların funksiyalarında dəyişiklər baş verir

3. Qəbul edilən qidanın kaloriliyini təyin edərək aşağıdakə amillərdən hansını nəzərə almaq lazım deyil?

A) Qida yerini

B) Fəaliyyət növünü

C) Uşağın çəkisini

D) Iqlim və fəsili

E) Uşağın yaşını

4. Zülal qıtlığı fəsadları arasında səhv göstərilənləri seçin:

A) Ferment və hormonların əmələgəlməsi artır

B) Hüceyrə və toxumaların yeniləşməsi ləngiyir

C) Qanda hempqlobinin miqdarı azalır

D) Ödəm və qaraciyərin piylənməsi baş verir

E) Endokrin vəzilərin stuktur dəyişməsi baş verir

5. Piylənmə xəstəliyinin təhlükəsinə aid olmayanı seçin:

A) Beyin fəaliyyəti, yaddaş və diqqət itiləşir

B) Iş qabiliyyəti və orqanizmin müqaviməti azalır

C) Ölüm halları 2 dafa çox qeydə alınır

D) Qara ciyər və böyrəklərin funksiyası pozulur

E) Ateroskleroz, nefrit, diabet xəstəlikləri əmələ gəlir

##num=17// level= 1// sumtest=6 // name= UŞAQ MÜƏSSİSƏLƏRİNDƏ EPIDEMIYAYA QARŞI IŞ. GİGİYENİK TƏRBİYƏ //


1. Uşaq müəssisələrinə işə qəbul olunan insanları hansı xəstəliklərin daşıyıcılığına yoxlamırlar?

A) QİÇS

B) Bağırsaq

C) Vərəm

D) Dəri - zöhrəvi

E) Helmintoz

2. Vərəm xəstəliyinin profilaktikasında hansı qaydaya riayyət etmək vacib deyil?

A) Əmək fəaliyyətinin uşağın cinsinə uyğun seçilməsi

B) Gün ərzində düzgün rejimin saxlanılması

C) Balanslaşdırılmış və səmərəli qidalanma

D) Uşaq orqanizmin möhkəmləndirilməsi

E) Ümumi qiqyena qaydalarına riayyət edilməsi

3. Hansı xəstəliyə qarşı ancaq epidemik göstəriş olduqda peyvənd vurulur?

A) Dizenteriya

B) Qızılça

C) Çiçək

D) Göy öskürək

E) Tetanus

4. Sağalma faktına qədər vərəm xəstəliyinə tutulmuş uşaqların təhsilini davam etdirməsi hansı müəssisədə mümkün deyil?

A) Vərəm dispanserində

B) Internat tipli məktəbdə

C) Sanatori tipli uşaq müəssisəsində

D) Meşə - sanatori məktəblərində

E) Sağlamlaşdırıcı düşərgədə

5. 1 - 6 yaşda uşaqlar üçün hansı xəstəliklərin keçirilməsi çox təhlükəlidir?

A) Kəskin infeksion xəstəliklərin

B) Mədə - bağırsaq xəstəliklərin

C) Tənəffüs yolları xəstəliklərin

D) Qan xəstəliklərin

E) Dəri xəstəliklərin

6. Uşaq müəssisələrində planlı şəkldə vurulan peyvəndlərə hansı aid deyil?

A) Qrip

B) Poliomiyelit

C) Difteriya

D) Qızılça

E) Vərəm




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə