##Fakultənin adı: Coğrafiya və Çqh ##İxtisas: Coğrafiya


##num=13// level= 1// sumtest=20 // name= UŞAQLARIN İSTİFADƏ ETDİYİ ƏŞYA VƏ MƏKTƏB AVADANLIĞININ GIGIYENIK QIYMƏTLƏNDİRİLMƏSİ //



Yüklə 0,92 Mb.
səhifə12/14
tarix23.01.2018
ölçüsü0,92 Mb.
#22337
1   ...   6   7   8   9   10   11   12   13   14

##num=13// level= 1// sumtest=20 // name= UŞAQLARIN İSTİFADƏ ETDİYİ ƏŞYA VƏ MƏKTƏB AVADANLIĞININ GIGIYENIK QIYMƏTLƏNDİRİLMƏSİ //


1. Üfüqü vəziyyətdə stolun və oturacağın kənarları arasında olan uyğunluğa nə deyilir?

A) Oturacağın distansiyası

B) Distansiya

C) Differensiya

D) Söykənəcəyin distansiyası

E) Oturacağ məsafəsi

2. Məktəb mebeli arasında əsas yer tutan və mütləq halda gigiyenik qaydalara cavab verən avadanlıq hansıdır?

A) Məktəb partası

B) Yazı lövhəsi

C) Müəllim masası

D) Laborator alətləri

E) Idman avadanlığı

3. Partada oturacağın distansiyası nəyə deyilir?

A) Üfüqü vəziyyətdə stolun və oturacağın kənarları arasında olan uyğunluğa

B) Şaquli vəziyyətdə partanın arxa kənarı ilə söykənəcək arasında olan məsafəyə

C) Şaquli vəziyyətdə stolun qapağından oturacağa qədər olan məsafəyə

D) Üfügü vəziyyətdə partanın arxa kənarı ilə söykənəcək arasında olan məsafəyə

E) Şaquli vəziyyətdə stolun və oturacağın kənarları arasında olan uyğunluğa

4. Partada söykənəcəyin distansiyası nəyə deyilir?

A) Üfügü vəziyyətdə partanın arxa kənarı ilə söykənəcək arasında olan məsafəyə

B) Şaquli vəziyyətdə partanın arxa kənarı ilə söykənəcək arasında olan məsafəyə

C) Şaquli vəziyyətdə stolun qapağından oturacağa qədər olan məsafəyə

D) Üfüqü vəziyyətdə stolun və oturacağın kənarları arasında olan uyğunluğa

E) Şaquli vəziyyətdə stolun və oturacağın kənarları arasında olan uyğunluğa

5. Parta oturacağının distansiyası hansı vəziyyətlərdə ola bilər?

A) Mənfi, sıfır, müsbət

B) Mənfi, neytral, müsbət

C) Arxa, ön, orta

D) Düzgün və səhv

E) Yuxarı, aşağı, yan

6. Partanın hansı ölçüsünün mənfi, sıfır və müsbət vəziyyətləri olur?

A) Oturacağın distansiyası

B) Masanın distansiyası

C) Differensiya

D) Söykənəcəyin distansiyası

E) Oturacağ məsafəsi

7. Partanın differensiyası nədir?

A) Şaquli vəziyyətdə stolun qapağından oturacağa qədər olan məsafədir

B) Şaquli vəziyyətdə partanın arxa kənarı ilə söykənəcək arasında olan məsafədir

C) Üfügü vəziyyətdə partanın arxa kənarı ilə söykənəcək arasında olan məsafədir

D) Üfüqü vəziyyətdə stolun və oturacağın kənarları arasında olan uyğunluqdur

E) Şaquli vəziyyətdə stolun və oturacağın kənarları arasında olan uyğunluqdur

8. Şağirdin qaməti üçün oturacaq distansiyasının hansı vəziyyəti təhlükəsiz sayılır?

A) Oturacağın mənfi distansiyası

B) Oturacağın müsbət distansiyası

C) Oturacağın sıfır distansiyası

D) Oturacağın orta distansiyası

E) Oturacağın neytral distansiyası

9. Şağirdin qaməti üçün oturacaq distansiyasının hansı vəziyyəti çox təhlükəli sayılır?

A) Oturacağın müsbət distansiyası

B) Oturacağın sıfır distansiyası

C) Oturacağın mənfi distansiyası

D) Oturacağın orta distansiyası

E) Oturacağın neytral distansiyası

10. Partanın hansı hissəsi şagirdin bədən ağırlığını asanlıqla saxlamasına və dayaq nöqtəsinin yaranmasına imkan verir?

A) Oturacağın arxa söykənəcəyi

B) Oturacağın üstü

C) Partanın üst qapağı

D) Ayaq yeri

E) Dar oturacaq

11. Parta oturacağının dərinliyi nə qədər olmalıdır ki, məktəbli üçün rahat vəziyyət yaransın?

A) Budun uzunluğunun 2/3 hissəsi qədər

B) Ayaq uzunluğunun 1/5 hissəsi qədər

C) Budun uzunluğunun 1/3 hissəsi qədər

D) Bədən uzunluğunun 1/10 hissəsi qədər

E) Ayaq uzunluğunun 1/3 hissəsi qədər

12. Dərin ölçülü oturacaq şagirdin bədəninə necə təsir göstərir?

A) Damarlar sıxılır, ayaqların qan ilə təchiz olunması pozulur

B) Damarlar genişlənir, aşağı ətrafların qan ilə təchizatı güclənir

C) Damarlar genişlənir, aşağı ətrafların varikoz genişlənməsi baş verir

D) Oturuş qaydası pozulur, vaxtından tez yorğunluq baş verir

E) Dayaq nöqtəsi yaranır, şagird bədən ağırlığını asanlıqla saxlayır

13. Ensiz oturacaq şagirdin bədəninə necə təsir göstərir?

A) Oturuş qaydası pozulur, vaxtından tez yorğunluq baş verir

B) Damarlar genişlənir, aşağı ətrafların qan ilə təchizatı güclənir

C) Damarlar genişlənir, aşağı ətrafların varikoz genişlənməsi baş verir

D) Damarlar sıxılır, ayaqların qan ilə təchiz olunması pozulur

E) Dayaq nöqtəsi yaranır, şagird bədən ağırlığını asanlıqla saxlayır

14. Parta söykənəcəyinin distansiyası normadan artıq olduqda və bu vəziyyət uzun müddət və ardıcıl təkrarlandıqda nəyin əmələ gəlməsinə gətirə bilər?

A) Skoliozun

B) Osteoxondrozun

C) Osteoporozun

D) Nekrozun

E) Avitaminozun

15. Söykənəcək distansiyasının ölçüsü nəyə bərabər olmalıdır?

A) Döş qəfəsi diametri üstə gəl 3 - 5 sm

B) Oturacaqdan dirsəyə kimi üstə gəl 5 - 6 sm

C) Bədən ölcüsünün 1/2 hissəsi üstə gəl 10 sm

D) Budun uzunluğunun 2/3 hissəsinə

E) Döş qəfəsi dairəsinin orta ölçüsünə

16. Partaları düzgün yerləşdirərək birinci cərgə ilə pəncərə arasındakı məsafə nə gədər olmalıdır?

A) 50 – 60sm - dən az olmamalıdır

B) 50 – 60sm - dən çox olmamalıdır

C) 70 sm olmalıdır

D) 30 - 40 sm olmalıdır

E) 80 sm olmalıdır

17. Sinif otağındakı mebel və avadanlığı yerləşdirdikdə nəyin arasındakı məsafə 70 - 75 sm qədər olmalıdır?

A) Parta cərgələri arası

B) Yanaşı duran rəflər arası

C) Skaflar arası

D) Tablolar arası

E) Lövhə ilə birinci parta arası

18. Şagirdlərin düzgün oturuşlarından danışaraq partanın hansı ölçülərini bilmək vacibdir?

A) Partanın distansiyası və differensiyası

B) Söykənəcəyin və oturacağın distansiyası

C) Oturacağın eni və partanın differensiyası

D) Parta və oturacağın hündürlüyü

E) Parta və oturacağın konstruksiyası

19. Hansı parçadan hazırlanmış uşaq geyimi statik elektrik sahəsinin yaranmasına səbəb olur?

A) Sintetik parçadan hazırlanmış alt paltarı

B) Ipək parçadan hazırlanmış üst paltarı

C) Rezinləşmiş parçadan hazırlanmış paltar

D) Yun parçadan hazırlanmış üst paltarı

E) Kətəndən hazırlanmış alt paltarı

20. Uşaqların geyim tipi əsasən nədən asılı olaraq dəyişməlidir?

A) Ilin fəslindən və iqlim şəraitindən

B) Uşağın şərq və ya qərbdə yaşamasından

C) Havanın tutqunluğundan

D) Valideynin əhval - ruhiyəsindən

E) Nəslinin təhsil səviyyəsindən

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə