Fazil bəŞİr oğlu ləNKƏrani



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix14.07.2018
ölçüsü1,47 Mb.
#55632
1   2   3   4   5   6   7   8   9   ...   27

 

 
 
ӘRKİVAN
 
 
Qısа tаriхi еkskurs 
Azərbaycan  Respublikası  Masallı  rayonunun  Әrkivan 
kəndi  respublikanın  qədim  yaşayış  məntəqələrindəndir. 
Burada  aşkar  edilmiş  tunc  və  dəmir  dövrünə  aid  tapıntılar 
da bunu sübut edir.  
Hazırki Әrkivan Masallı şəhərindən iki kilometr qərbdə, 
Viləş  çayının  sağ  sahilində,  Lənkəran  ovalığında  və  Talış 
dağlarının  ətəyində  yerləşir.  Lənkəran  ovalığı  isə  Talış  sıra 
dağları ilə Xəzər dənizi arasında qərar tutub.
1
 (1) 
Deyirlər  Әrkivan  Dəştvəndin  bir  parçasıdır.  Dəştvənd 
isə Talış xanlığının 8 məşhur mahalından biri olmuşdur. Bu 
mahal  qərbdən  Talış  dağları,  şərqdən  Xəzər  dənizi  və 
Muğan düzü  ilə,  cənubdan  bugünkü  Boradigahın, şimaldan 
Göytəpənin  ərazisini  əhatə  edən  çox  sərvətli  bir  məkan 
olub.  Әrkivan  isə  bu  mahalın  mərkəzi,  sanki  üzük  qaşı 
sayılıb.  Bir  sıra  tədqiqatçılar  isə  ümumiyyətlə  Dəştvənd  və 
Әrkivanın 
eyni 
yer 
olduğunu 
bildirirlər. 
S. 
Kazımbəyoğlunun  fikrincə,  “Talış  xanlığının  ən  böyük 
mahallarından  biri  olan  Әrkivan,  xanlığın  şimalında 
yerləşib,  qərb  hissəsi  dağlıq,  şərqi  isə  düzənlik  olan  bir 
mahal  olmuşdur.  Şimaldan  və  şimali-şərqdən  Şirvan 
vilayəti,  şərqdən  Xəzər  dənizi,  cənubdan  Lənkəran  və 
dağlıq  mahalları,  qərbdən  Səfdəşt  mahalı  və  İranla  sərhəd 
olmuşdur.” 
“Dəştvənd”  adına  görə  bir  çox  tədqiqatçılar  Әrkivanı 
çöl kənarı, dəniz kənarı olan yer adlandırır. Sоn illərə qədər 
                                                 
1
 (ASE, IV cild, Bakı, 1982). 


 
10 
kənddə  bir  neçə  yerdə  tapılmış  lövbər  qalıqları  buranın 
dəniz  kənarında  yerləşən  bir  yer  olması  ehtimallarını  daha 
da  gücləndirir.  Xəzərin  səviyyəsinin  son  minilliklərdə  6-7 
dəfə  kəskin  şəkildə  yüksəlməsi,  Lənkəran  şəhəri  özü  də 
daxil оlmаqlа, bir sıra yerlərin su altında qalması bu fikri bir 
daha təsdiq edir. 
Bir  sıra  tarixçi  alimlər  Şeyx  Səfiəddinin  (1252-1334) 
Әrkivanda olduğunu iddia edirlər.  
Rus  dilində  çap  edilmiş  “Azərbaycanın  tarixi 
coğrafiyası”  kitabında  XVI  əsrə  aid  tərtib  edilmiş  xəritədə 
Әrkivan toponiminə də rast gəlirik.  
Rus  çarı  I  Pyotr  (1672-1725)  Әrkivan  məntəqəsini 
Rusiya  xadimlərindən  “Kerç”  ləqəbi  ilə  tanınan  Bernard 
Aleksandroviçə hədiyyə etmişdi.  
Bəs, “Әrkivan” nə deməkdir? 
“Әrk”  fars  dilində  “qala”,  “istinadgah”,  “i”  birləşdirici 
səs,  “van”  isə  yer  deməkdir.  Әrkivanın  mənası  qalanın 
yaxınlığında,  istinadgah  yerində  salınmış  kənd  deməkdir.
2
 
(2)Әrkivan qalalı yer, qala yeri deməkdir. “Әrk” qala, “van” 
yer  deməkdir.
3
(3)  Başqa  bir  mənbədə  -  Vaqif  Yusiflinin 
“Әrkivan  və  ərkivanlılar”  kitabında  isə  göstərilir:  Әrkivan, 
Әrkəvan,  Ardjuvan  və  Akon  kimi  göstərilir.  “Akon”  talış 
dilində  “əkon”  sözündəndir.  “Ә”  o,  “kə”  ev,  “on”  cəm 
şəkilçisidir.  Bu  toponimin  talışca  daha  inandırıcı  variantı 
“Arkon”dur, yəni ərklilər deməkdir. 
Dilçi  alim,  professor  Ağamusa  Axundov  yazır  ki, 
“Әrkivan” qala yeri deməkdir.  
Məlum olduğu kimi, tariximizdə mühüm və əhəmiyyətli 
yer  tutan  səfəvilər  dünyəvi  və  ruhani  hakimiyyətini 
birləşdirmişdilər. Әrkivanın səfəvilərlə bağlılığı artıq təsdiq 
                                                 
2
 (“Kənd həyatı” jurnalı. 17-ci sayı, 1977). 
3
  (Ağamusa  Axundov.  “Torpağın  köksündə  tarixin  işləri”  Bakı, 
1983.) 


 
11 
olunmuş həqiqətlərdəndir. Tarixçi alimlər Şeyx Səfiəddinin 
Әrkivan  kəndində  (7  il)  yaşadığını  (1274-1281)  qeyd 
edirlər.  Tarixi  mənbələrin  verdiyi  məlumata  görə,  1501-ci 
ildə  Təbrizdən  qayıdarkən  Şah  İsmayıl  Xətai  yolüstü 
Әrkivanda  dayanаrаq  bir  müddət  dincəlmiş  və  Şeyx 
Səfiəddin bulağından su içmişdir.  
V-VI  əsrlərdə  tikilmiş  Әrkivan  qalası  isə  həmişə  hərbi 
strateji  əhəmiyyətə  malik  olmuşdur.  Aparılan  elmi 
tədqiqatlar  Әrkivan  qalasının  müdafiə  məqsədilə  tikildiyini 
və  düşmənə  qarşı  mərdliklə  döyüşmüş  Әrkivan  əhalisinin 
qəhrəmanlıq simvolu olduğunu göstərir.  
Nadir şahın vəfatından sonra İranda mərkəzi hakimiyyət 
zəifləyir  və  Azərbaycanda  ayrı-ayrı  xanlıqlar,  o  cümlədən 
XVIII əsrin sonlarında Talış xanlığı meydana çıxır. Әrkivan 
qalası  Talış  xanlığının  iqtisadi  cəhətdən  ən  inkişaf  etmiş 
ərazilərindən biri hesab olunur.  
XVIII  əsrin  əvvəllərindən  başlayaraq  Әrkivan  Rusiya 
dövlətinin  diqqətini  cəlb  etməyə  başlamışdır.  XIX  əsrin 
əvvəllərində  Rusiya  və  İran  arasında  gеdən  müharibə 
dövründə  (1904-1913)  Әrkivan  hər  iki  tərəf  üçün  mühüm 
əhəmiyyətə  malik  idi.  Təsadüfi  deyil  ki,  general 
P.S.Kotlyarevskinin  rəhbərliyi  ilə  rus  qoşunları  Talışa 
gələrkən  ilk  növbədə  Әrkivanı  ələ  keçirməyi  daha  vacib 
hesab edirdi.  Bu zаmаn Әrkivanı Sadiq xanın rəhbərliyi ilə 
İran  qoşunları  qoruyurdu.  O,  Kotlyarevskiyə  müqavimət 
göstərməyib  cənuba  doğru  geri  çəkildi.  Rus  qoşunları 
Әrkivanı  ələ  keçirtdilər.  A.  A.  Bakıxanov  yazır:  “General 
Kotlyarevski  Muğana  gedib  burada  Qarabağ  elatını  və 
Әrkivanı  aldı.”
4
(4)  ”Rus  və  Talış  qoşunlarının  qələbəsi 
nəticəsində  Әrkivan  vuruşunda  düşmənin  2  topu  və  çoxlu 
silahı ələ keçirildi.”
5
 (5) 
                                                 
4
 “Gülüstani-İrəm”əsərindən. 
5
 F. Әsədov, “Dar gündə yaxşı arxa” kitabından. 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə