Fazil bəŞİr oğlu ləNKƏrani



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix14.07.2018
ölçüsü1,47 Mb.
#55632
1   2   3   4   5   6   7   8   9   ...   27

 
16 
Bаğır 
Şаhgəldi 
Mеhdi 
Rəhim 
Abbаsqulu 
Bəşir 
Bаğır 
Miqdаd 
Fаzil 
Cаhаngir 
 
 
 
 
 
Bu  şəcərədə  göstərilənlərin  Әrkivanda  məşğuliyyəti 
əsasən  bu  məkanın  qədim  tarixi  ilə  həmahəng  görünür. 
Təkcə  Hacı  Bəşirin  kiçik  oğlu  Fazilin  məşğuliyyəti  fərqli 
olub  ki,  irəlidə  bu  barədə  danışılacaq.  Biz  isə  Әrkivan 
əhalisinin  məşğuliyyəti  ilə  bağlı  tarixə  qısa  ekskursumuzu 
dаvаm еtdirək.  
Tunc dövrünün əvvəllərində dulusçuluq özünün yüksək 
mərhələsinə  çatır.  Artıq  bu  dövrdə  qabların  əl  ilə,  lakin 
simmetrik formada hazırlanmış nümunələrinə təsadüf edilir. 
Eyni  zamanda,  qulplu  qabların  sayları  artmağa  başlayır. 
Aparılan  elmi  tədqiqatlar  zamanı  ilk  nehrələrin  meydana 
çıxması  müəyyən  olunmuşdur.  Maraqlıdır  ki,  neolit 
dövründən  –  yəni  İX  minillikdən  Әrkivanda  başlanmış  gil 
qablar istehsalı bu gün də davam etdirilir.  
Gil  qabların  hazırlanmasında  ən  mühüm  yenilik  dulus 
çarxlarının  meydana  gəlməsidir.  Bu  çarx  gilin  daha  yaxşı 
yoğrulmasına,  daha  mükəmməl  və  müxtəlif  növlü  qabların 
kütləvi  şəkildə  hazırlanmasına  imkan  verdi.  Әrkivanın 


 
17 
Bağlıküçə 
məhəlləsində 
dulus 
çarxları 
ilə 
qablar 
hazırlanması  bu  gün  də  nəsildən-nəslə  ötürülür.  Xan  qızı 
Natəvanın  Әrkivan  dulusçularının  əməyindən  faydalandığı 
barədə  məlumatlar  var.  Belə  ki  dulusçu  Abdullanın 
bildirdiyinə görə, Әrkivan dulusçularının köməyi ilə Şuşada 
bu sənət inkişaf tаpıb.  
Bağır  kişi  və  Şahgəldi  nəslindən  olan  ərkivanlılar  da, 
əsasən, dulusçuluqla məşğul olmuşlar. Bununla yanaşı, çox 
zəhmətkeş,  zirək  və  bacarıqlı  Hacı  Bəşir  təbii  imkanlardan 
faydalanaraq maldarlığa da diqqət verib. Әkinçilik əsasında 
inkişаf  еdib  аrtаn  хеyli  mal-qara  sürüsü  olub.  Şahidlərin 
dediyinə görə, tövləsinin uzunluğu 50 metrdən artıq imiş. O, 
ətraf  məntəqələrdə  də  əsl  təsərrüfatçı  nüfuzuna  malik 
olmuşdur.  
Hacı  Bəşirin  oturduğu-durduğu,  ünsiyyət  saxladığı 
kişilər  də  özü  kimi  halal  ruzi  ilə  dolananlar,  xeyriyyəçilər, 
yüksək  əxlaq  sahibləri  imişlər.  İrfani  məclislərin  birində 
dünyəvi  məsələlərə  yer  ayrılarkən  Әrkivan  hacılarından 
kimsə ondan ərkyana soruşub: “Hacı Bəşir, oğlanların üçün 
nə etmisən?” 
Dünyagörmüş, 
mömin 
Hacı 
sualın 
elə-belə 
verilmədiyini anlayıb, cavaba hazırlaşarkən müsahibi deyib: 
“Göndər oğlanlarından birini qoy oxusun.” 
Hacı  Bəşir  oğullarını  başına  yığıb  oxumaq  təklifini 
verir.  Bağır,  Cahangir  və  Miqdad  evli  olduqları,  təsərrüfat 
işlərində  hacıya  yaxından  kömək  etdikləri  üçün  subay  və 
elmə  daha  çox  həvəsli  kiçik  oğul  Fazil  tez  razılıq  verir. 
Beləliklə,  18  yaşlı  Fazil  həm  qardaşlarını  namünasib 
vəziyyətdən qurtarır, həm atasını elin gözündə başıuca edir, 
həm  də  arzusuna  çatmaq  üçün  yaranmış  imkandan 
bəhrələnir.  O,  Әrdəbildə  5  il  mədrəsə  təhsili  alır  və  doğma 
Әrkivana qayıdır. Kənd camaatı ilə əvvəlki kimi qaynayıb-
qarışır,  atasına  təsərrüfat  işlərində  yardımçı  olur,  həm  də 
yeniyetmələrlə  Әrdəbil  mədrəsəsində  qazandığı  biliyi 


 
18 
paylaşır.  Yeri  gələndə  məclislərdə  də  iştirak  edir. 
Məclislərin birində isə tükü-tükdən seçən, arif və ayıq kənd 
əhlindən  bəziləri  illər  boyu  formalaşmış  xüsusiyyətlərini 
unuda bilməyib 23 yaşlı Fazilin moizəsinə qıyqacı baxırlar: 
“Sənin  ki,  əmmamən  yoxdur,  moizən  şübhəli  görünə 
bilər...” 
Məhz  bu  illərdə  Şеyх  Fаzil  öz  unudulmаz  ustаdı  Şеyх 
Qüdrətlə  yахındаn  tаnış  оlur,  оnun  dərslərində  iştirаk  еdir 
və аz bir zаmаndа öz ustаdının dərin rəğbətini qаzаnır. Şеyх 
Fаzil məşhur fiqh kitаbı оlаn «Şərhi-Lümə»nin ikinci cildini 
bitirdikdən  sоnrа  Şеyх  Qüdrətin  məsləhəti  və  хüsusi 
məktubu  ilə  təhsilini  dаvаm  еtdirmək  və  bоlşеviklərin 
bаşlаdığı rеprеsiyаdаn аmаndа qаlmаq üçün İrаnа gеdir. 
Gənc  Fazil  atası,  ustаdı  və  yахın  qоhum-əqrəbаsı  ilə 
хudаfizləşib Әrdəbilə yоlа düşür və bir müddət оrаdа qаlıb 
təhsilini davam etdirir. Bir müddət sonra ustadlar onun bilik 
və  bacarığını  nəzərə  alıb  təhsil  aldığı  mədrəsədə  dərs 
deməyi  təklif  edirlər.  Müəyyən  vaxtdan  sonra  isə  xeyirxah 
ustadların  zəmanəti  ilə  Qumda  cənab  Әrakinin  hövzəsində 
dərsə başlayır. Cənab Әrakinin tövsiyəsilə təhsilini tanınmış 
alim Bürucerdinin sinfində davam etdirir.  
Xeyirxah  niyyət,  saf  zəmin  hazırlamaq  məqsədilə 
edilmiş 
təklifi 
düzgün 
qiymətləndirib 
qəbul 
edən 
аzərbаycаnlı  Fazil,  Qum  dini  hövzəsinin  rəhbəri  Seyyid 
Təbatəbainin  qızı  ilə  ailə  qurur.  Xoşbəxt  ailədə  9  övlad 
dünyaya gəlir. Həmin övlаdlаrdаn biri də Məhəmməd Fazil 
Lənkəranidir.  О  böyük  İslаm  аlimi  və  övlаdlаrı  hаqqındа 
irəlidə ətrаflı mə’lumаt vеriləcək. 
İranda  yaşayan  övladlarının  xoş  sorağını  eşidən  Hacı 
Bəşir bunu doğru olaraq Allah-təalanın lütfü kimi qəbul edir 
və  qərara  gəlir  ki,  kəndlərində  məscid  inşa  etdirsin.  Әsas 
tikinti  materialları  olan  kərpici,  dam  örtüyü  –  kirəmiti, 
taxta-şalbanı  öz  öhdəsinə  götürür.  Kənd  camaatının  işlək 
qüvvəsi ilə məscid tikilib möminlərin ixtiyarına verilir.  


 
19 
Hazırda  məscidin  yanında  kiçik  məzarlıq  var.  Hacı 
Bəşir, qardaşları və dünyadan köçmüş övladları burada dəfn 
olunublar.  
Uzun  illər  müsəlmanların  istifadəsində  olan  məsciddə 
yalnız  bir  dəfə  əsaslı  təmir  işinə  ehtiyac  olub  –  1986-87-ci 
illərdə.  Bu  Allah  evində  indi  əvvəlkitək  ibadət  edilir,  dini 
mərasimlər,  əlamətdar  hadisələr  yola  verilir  və  onun 
nəzdində  Qur’an  kursları 
fəaliyyət 
göstərir. 
Kənd 
uşaqlarından  hər  il  20-dən  çoxu  burada  müqəddəs  kitabı 
oxumaq  şərəfinə  yiyələnirlər.  Kim  bilir,  bəlkə  onların 
arasında  yeni  Lənkərani  yetişir?!  Hələlik  isə  bu  bölgədə 
yaxşı  tanınan  ruhani  alim  Hacı  Әlihəsən  və  kəndin  mollası 
Möhsün Bəşirov din ocağına tez-tez baş çəkir, problemlərlə 
maraqlanır, qayğılarını əsirgəmirlər.  
Sovetlər dağılana qədər Әrkivanda 20 minə yaxın sakin 
yaşayırdı. Hazırda bu rəqəm 16 mindir.  


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə