47
- Əli yazdıqlarının hamısını mənə oxuyurdu.Bilirdi: mən ona sözün dü-zünü
deyəcəyəm, heç nəyi gizlətməyəcəyəm. «Pillələr» romanını da ilk dəfə mən
oxumuşam.Sonra verdilər Həsən Seyidbəyli və Ənvər Məmmədxanlı
oxudu.Demək olar, bizim fikirlərimiz uyğun gəlmişdi. Hətta bir dəfə Əlinin şair
dostlarından biri gileylənmişdi ki, arvadı onun şeirlərini düzgün qiymətləndirə
bilmir, başa düşmür.Əli də demişdi: «Hər şeyi başa düşən qadından da heç nəyi
gizlətmək olmur, o lap pisdir».
- Bəs «Vəsiyyət» şeirindən nə vaxt xəbər tutdunuz?
- bu şeiri Əli iyunun 3 - də yazıb.amma mən ondan 12 gün sonra xəbər
tutdum.masanın üstündə kağız qalaqlarının içində təsadüfən onu
gördüm.Oxuyanda çaşıb qaldım.Şeiri qonşumuzdakı rəfiqəmə də göstər-dim.Sonra
Əliyə dedim ki, bu nədir yazmısan? Əli əsəbiləşdi ki, niyə bu şeiri oxumuşam.İlk
dəfəydi yazdığını məndən gizlədirdi.Nə biləydim ki…Onu da deyim ki, Əlinin
ölüm haqqında bir neçə şeiri vardı.Hələ indi də çap olunma-yıb.Ona görə də
şübhəlnmədim…İndi də onun ölümünə inanmıram.Ölümünə təxminən bir neçə ay
qalmışdı.bir dəfə Əli bərk öskürdü, az qala huşunu itirəcəkdi.Özünə gələndən sonra
kədərli halda dedi: «Of, lap ölmüşdüm ki! Eybi yoxdur, mən ölsəm, altay
uşaqlarıma dar ayaqda kömək edər».
Təsadüfən Altay bizə gec gəldi.Gələndə Əlinin sözlərini ona dedim.Onu da
deyim ki, Altay Məmmədov təkcə Əlinin övladlarına yox, vəfatından sonra onun
irsinə də qayğı göstərib.Moskvada «Gül və çörək» kitabının nəşr olun-masına
kömək edib.Ümumiyyətlə, Altay yaxşılığı gözə görünmək üçün etmir.Əlinin də
xasiyyəti beləydi: kimə yaxşılıq edirdisə, üərəkdən edirdi.Kim də Əliyə yaxşılıq
edirdi - ürəkdən edirdi.
Əlinin ölümünü heç kəsə xəbər verməmişəm.Son günlər çox zəifləmiş-di.Nə
qədər deyirdimsə, xəstəxanaya getmək istəmirdi.Elə bil xəstəxanya getməkdən
qorxurdu.Demək olar, məcburi apardım.Təsadüfən Əlinin bacısı da bizdəydi:
qiyabiçiydi, imtahan sessiyasına gəlmişdi.Xəstəxanaya gedəndə həyətdə Əli geriyə
dönüb yaşadığımız binaya həsrətlə baxdı, ah çəkdi.Getmək istəmirdi.Deyirdi, ay
Elza, Orxan mənsiz necə yatacaq? Bəlkə qalsın, sabah tezdən gedim.Nə isə razı
olmadım.Bir az getmişdik ki, bacısı qolundan yapışmaq istədi.Çünki Əli yaxşı
yeriyə bilmirdi.Dizindən aşağı hissədə birdən şiş əmələ gəlmişdi.Əli sərbəst
yerimək istədiyindən bacısının qolunu itələdi.Və əsəbiləşdi ki, niyə onun qolundan
yapışır…
Gecə Əlinin bacısı da. Mən də palatada qaldıq.Əli gözlərini məndən
çəkmirdi.Elə baxırdı, elə baxırdı ki…Gecə saat 2 olardı.bacısı elə bildi, Əli mənə
nəsə demək istəyir.Durub palatadan çıxdı.Əli yenə də mənə həsrətlə, diqqətlə
baxırdı.Şübhələnmirdim ölümündən.Gözləyirdim mənə nəsə deyəcək.Amma heç
bir söz demədi.Səhər tezdən bacımın yoldaşını çağırmağı mənə tapşırdı.Mən Əlini
doğmalıqdan başa düşmədim.Duymurdum, inanmırdım ki, Əli ölə bilər.Elə
bilirdim, hər şey ötüb gedəcək.Doğrudur, həmişə deyərdi ki, mən çox az
yaşayacağam.Bir sözü də vardı: «Yəni 50 il də yaşamayacağam?» Deyirdim, ay
Əli, axı 50 yaş nədir ki? Sənin 50 yaşın olan-da, Paşanın cəmi 19 yaşı olacaq.
48
Ölümünə 10 - 15 dəqiqə qalmış həkimlər yanından getdilər.Deyəsən, onlar
Əlinin nələr çəkdiyini bilirmişlər! Biz buna inanmırdıq! Əli son nəfəsinədək
huşunu itirməmişdi, amma nəfəsi çatmırdı.Gördüm, Əli daha o Əli deyil.Həkimin
ardınca qaçdım.Qayıdanda gördüm mənə necə baxırdısa, elə də…Tibbi bacısı
mənə dedi ki, gözlərini qapayım, yoxsa…Öz əllərimlə gözlərini…Doqquza on
dəqiqə qalırdı.İlahi, sən öz günahını nə ilə yuya bilər-sən ki, Əlinin
gözlərini…qapamağa məni məcbur etdin?! Sən öz günahını nə ilə yuya bilərsən ki,
balaca Orxanın gözünü yolda qoydun? Hər qapı döyüləndə fikirləşəcək ki, yəqin
bu gələn «dədəsi» dir, amma yaxınlaşıb atasızlığı ilə üzləşəcək.İndi mən onlara bu
xəbəri necə çatdırmalıyam, necə?...
Ağlaya - ağlaya evə qaçdım.Qonşular srruşdular ki,Elza, ay qız, uşaqlara nə
olub ki, ağlayırsan? Dedim, uşaqlardan olsaydı nə dərdim.Belə də
demişəm.Uşaqlar isə bu vaxt heç nədən xəbərsiz oynayırdılar.Əvvəlkitəkdeyib -
gülürdülər.Uşaqlar Əlini «dədəsi» deyə çağırırdılır.Qıymadım onlara deyəm ki,
«dədəsi» bir də gəlməyəcək…Onun ölümünü heç kəsə xəbər vermədim.Bir də
gördüm, xəstəxana adamla doludur.Dostlsrı onu xəstəxanadan diri adam kimi,
qucaqlarında çıxartdılar.Əli vəsiyyətini yalnız şeirlə deyib, bununçün ölümünə heç
kəs inanmırdı. «Vəsiyyət» şeirinin bir yerində də bu var:
Heç kim inanmır ki,
Öləcək…
Elə mən də…
Amam ölüm
oğlanlarımın
kədərli təbəssümüylə
gülümsəyəndə,
Onların, hələ dünyanı
tamam yığa bilməmiş
Gözləriylə baxanda
onlarla bir oyanıb da
bir oyananda
Hər işdə onlardan
geri qalmayanda
sadiq köpək kimi
girəni - çıxanı yoxlayıb
Qapının yanından
ayrılmayanda,
İnandım öləcəyimə…
Demədim heç kimə.
- Elza xanım, vaxtilə Əli Kərimin zəng etdiyi bir telnfon nömrəsi məndə
qalıb.Bəlkə sizə tanışdır? Bax, bu nömrə…
49
- atamgilin telefon nömrəsidir.Sonralar bu nömrə bir neçə dəfə dəyi-
şilib.Olmaya Əlidən şübhələnirdin? - deyə Elza xanım gülümsünür. - Yox,Əli-nin
«başqa» nömrəsi ola bilməzdi…
- Əli Kərim elə bir ömür yaşayıb ki, orada gizlədiləsi bir şey yoxdur və
olmamalıdır.Bu ömür bizimçün müqəddəsdir.Əlinin xəstəliyi nə idi?
- qara ciyəri yaxşı işləmədiyinə görə tromb əmələ gəlmişdi.Ölüm kağızın-da
yazıblar ki, vena damarı partlayıb.Vəfatından sonra mənə dedilər,kürəyin-də bir az
yer qara ləkə kimi qalmışdı.Yəqin, ürəyi partlayıb.Bunu mən özüm
deyirəm.Həkimlər isə deyirdilər,Əlinin çox sağlam ürəyi var.Ağrılarından mənə
şikayətlənmirdi…
- Şeirlərindən birində Əli kərim yazır ki, qapını daldan bağlayıb şeir
yazıram.Oğlanlarım isə tez - tez qapını döyürlər.Açıq otaqlar orda qalıb-lar,amma
onlar bura girmək istəyirlər, elə bil məni izləyirlər.Şeirdən görü-nür,Əli kərim
bundan əsəbiləşmir.Əksinə,oğlanlarına deyir ki, «mən açmasam, hirslənib bir
qədər, Sındırın bağlı qapını.Oğlanlarım - Orxan! Paşa! Azər!» Şeir yazanda uşaqlar
ona mane olurdularmı?
- Əli bu şeiri anamgildə yazıb, onların otaqlarını nəzərdə tutur.Özü də şeirin
ilk variantında orxanın adı yox idi.Sonradan əlavə edib - Orxan küsməsin deyə.Əli
heç vaxt yazdıqlarını uşaqlardan gizlətmirdi.Şeir yazdığı vərəqlərin bir çoxunda,
bəlkə də əksəriyyətində uşaqlar istədikləri şəkilləri çəkərdilər.Əli həmin vərəqləri
dəyişməzdi, elə də saxlardı.Əli,adətən gecələr yazardı.
- Oğlanlarından hansı Əli kərim xasiyyətdədir?
- Üçü də Əliyə oxşayır.Paşa Əlinin eynidir.Xasiyyətində, davranışın-
da,geyiminə bir o qədər fikir verməməkdə.Paşa Əlidən də utancaqdır.Azər
hazırcavablığında,Orxan xarici görkəmində atasına oxşayıb.Paşa hərdən məni
atasının səsiylə, atasının avazıyla çağırır.Əsəbiləşirəm: o niyə belə edir?!
Bütün atalar övladlarını çox istəyirlər.Amma inanmıram ki, Əli kimi
uşaqlarını istəyən ikinci bir ata ola.Hiss edirdim, Azəri daha çox istəyir.Deyir-dim,
niyə uşaqlara fərq qoyursan, əsəbiləşirdi.Deyirdi: «Ay Elza, heç mən fərq
qoyuram? Azər bir az zəifdir, ona görə onu çox istəyirəm».Hansı oyuncaq
çıxsaydı, gərək uşaqlarçün ondan alaydı.Deyirdi: «Hər oyuncaq uşaqçün bir
kitabdır».Əli deyirdi, yalnız şeirlərini övladlarından çox istəyir.Hətta mən
inciyirdim: niyə o belə deyir.Mənə deyirdi ki,Orxanı «Oxu» deyə çağırın, qoy
yaxşı oxusun.Paşanın toyunu yaman arzulayardı.Deyirdi: mütləq Xan Şuşinskini
gətirəcəyəm.Zarafatla deyirdim: «Ay Əli, axı, indi Xan dəbdə de-yil?» Deyirdi:
«Xanı özümçün gətirərəm, sizinçün - dəbdə olanı! Yəni Xan da dəbdən düşə
bilər?» Ailədə çox uşaq olmasını xoşlayırdı; xüsusən çox qardaşlı ailənin
tərəfdarıydı.Deyirdi: bir - birlərinə köməkdilər, arxadılar.
- Elza xanım, yaxın adamlarımızın vəfatının bizi sarsıtmağı bir tərəfə dursun,
bəzən biz onlarınölümündən sonra nəyəsə təəssüflənirik.Deyirik: heyif ki, filan
vaxt onun arzusunu yerinə yetirmədim, sözünə qulaq asmadım.Siz hansı günə
təəssüflənirsiz? Əlinin hansı istəyinə əməl edə bilməmisiniz…nə zaman ona laqeyd
olmusunuz?..
Dostları ilə paylaş: |