Фейзи мустафайев



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə29/39
tarix25.06.2018
ölçüsü0,85 Mb.
#51338
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   ...   39

 

64 


O isə səni sevir

Bir şən mağarda, toyda, 

İşıqlardan yaranmış yaraşıq sevən kimi. 

 

 



Əlinin yenə də bu məhəbbətə aid şeirləri var. «Sevgilim» şeirindən bir bənd: 

Əzəl gündən aşiqiyəm gözünün, 

Ay qaradır yanında tər üzünün. 

Bəzəyinə uyma əğyar sözünün, 

Gör o hara, gör mən hara, sevgilim! 

 

 



Əlinin o qızı necə sevməsi, yolunun üstündə durub onu gözləməsi, qızın isə 

onu sevməməsi - hamısı, hamısı onun şeirlərində əksini tapıb.Qız Əlini sevməsə də 

Əli onu unutmurdu.Əli Moskvada oxuyanda da o qızdan bizim vasitəmizlə xəbər 

tuturdu.Biz hər məktubumuzda gərək o qız haqqında Əliyə 2- 3 vərəq yazaydıq.Bu 

da Əlini qane etmirdi! Bizdən küsürdü ki, az yazırıq.Əli deyirdi ki, özünüzü çox 

yazmaqda sınayın, o qız haqqında nə qədər bacarır-sınız, çox yazın.mən sizə 

məktub yazmayanda gözləməyin, o qız haqqında ətraflı məktub yazın.Gileylənərdi: 

«İki - üç vərəq nədir ki?» Əlbəttə, biz istə-yirdik,Əli o qızı unutsun,amma Əlinin 

məhəbbəti bizdən güclü idi! Yazıçı Əli Səmədov da Əlinin yaxın dostu olub.Əli 

Kərimə yazdığı məktubların birində şeirlə işarə edib ki, o qızı unutsun.bir misrası 

yadımdadır: «Unutdum hər şeyi, unutdum yarı». 

 

Əli Kərim də belə cavab verib: 



 

Bu yerdə hər şeyi,sevimli yarı, 

Səməd unutsa da, mən unutmaram. 

 

 



Yaxşı olardı, bu haqda sən Əli Səmədovla söhbət edəsən o, daha ətraflı 

cavab verər.mütləq onunla söhbət et… 

 

Əlbəttə, Arif Sultanova deməmişdim ki, Əli Kərimlə onun ömrünün son 



illərində mən də dostluq etmişəm.Məncə,Əli Kərimlə yaxınlığımı əvvəlcədən 

desəydim, söhbətimiz maraqsız olardı: Arif çox şeyi danışmayacaqdı, ehtiyat 

edəcəkdi ki, onun dediklərini mən də bilirəm.Yəqin elə buna görə idi Arif mənə 

müraciətlə soruşdu: «əlini görmüşdüz?» - «Belə də, sizə necə deyim?» - deyə Əli 

ilə tanışlığımı Arifə sonra bildirmək istədim.Arif  söhbətini davam etdirdi: 

 

- Əli yaman zarafatcıldı.Elə bu zarafatlarına görə ondan əl götürmür-



düm.Özümün ayrıca otağım vardı, amma Əlinin yanından əl çəkmirdim.Əlini 

belinə qoyub  zarafatla deyərdi: «Ay Arif, axı «Moskviç» nədir ki, adam on-dan 

qorxub qaçsın! Vallah mənə ar gəlir «Mosviç»in qabağından qaçmaq»… 

 

Əli Kərim hələ orta məktəbdən idmanla məşğul olurdu.Yarışlarda iştirak 



etmirdi (yalnız öz sağlamlığı üçün məşğul olurdu).mən də ona oxşamaq 

istəyirdim.Təkcə mənə yox,Əli başqalarına da təsir etmişdi.Əli əsasən ağırlıq 

qaldırmaqla məşğul olurdu.O vaxtlar Göyçayda bununçün bir o qədər şərait yox 

idi.bir də görürdün Əli daşdan, kəsəkdən özü üçün daş düzəldib.Bakıya gələndən 

sonra da idmanla məşğul olurdu.Əli iki pudluq daşı yuxarı atıb sinə-sini verərdi 



 

65 


altına.Əli mənə deyərdi: «Bədənimin harasına istəyirsən yumruqla vur, gör heç 

qırışacağam?»amma mən ona qıymırdım.Əli qollarının əzələlərini bizə göstərib 

fəxr edərdi.Bir dəfə İskəndər dedi ki, ay Əli, bax, gör, mənim boynumda iki qat 

var.Əli də İskəndərin boynuna baxıb zarafatla dedi: «Sənin boynunda qat yoxdur, 

qırış, var.Özü də iki deyil,əlli dənə qırışdır.Qat mənim boynumdakına deyərlər!» 

 

Əli peşəkar idmançı olmadığına həmişə heyfslənərdi.Oğlu Paşanı da id-



mana həvəslsndirirdi.Deyirdi: «Paşanı idmançı edəcəyəm.Çarpayıda güləşirik, 

qollarını bir qədər açmışam.Amma Paşa zəifdir, mənə oxşamayıb».Mən də Əliyə 

baxıb daş qaldırmaqla məşğul olurdum.Mən otağa girən kimi Əli zara-fatla 

deyərdi: «Hə, indi yenə də koplayacaq ki, bu qədər  «rıvok» elədim, bu qədər 

«tolçok» elədim.Ədə, bizi biabır eləmə».Fikrət Mirzəyev vardı, indi Mingəçevirdə 

idman müəllimidir.Əli ona deyərdi: «Hamınızın qaldırdığını bir yerə yığıb tək 

qaldıraram.Siz də adınızı idmançı qoymusunuz?» Çimərlikdə olanda Əli bir əli 

üstündə xeyli dayanardı.Hər dəfə idmanda bizimçün bir «yenilik» göstərərdi. 

 

Füzulinin belə bir beyti var: 



 

Məndə Məcnundan füzun aşiqlik istedadı var, 

                               Aşiqi - sadiq mənəm,Məcnunun ancaq adı var.  

 

 



Əli Kərim isə zarafatla belə deyərdi:   

 

 



 

 

Məndə novakdan* füzun daş qaldırmaq istedadı var, 



                               Daş qaldıran mənəm, Novakın ancaq adı var. 

 

 



Əli Teatr institutunun yataqxanasında qalırdı.Əl çəkmirdim ondan.Hət-ta 

bəzi tanışlar mənə deyirdilər ki, «əl çək ondan, mane olma, qoy şeirini yaz-

sın».Məni başqalarının dediyi söz maraqlandırmırdı.Bilirdim ki, Əli də mənsiz 

darıxacaq.Neçə illərdir bir - birimizə alışmışıq.Hələ Göyçayda orta məktəbdə 

oxuyanda bir - birimizin yeməyinə də şərik çıxardıq.Bir - birimizdən ayrılmaq 

istəməzdik, çox vaxt bir yerdə də yatardıq.Bu vərdişimizi Bakıda da tərgitmə-dik. 

Əli yataqxanada qalanda mən ayrıca otaq kirayəyə götürmüşdüm.Am-ma demək 

olar həmişə Əlinin otağında olardım.Əli mənə tapşırıq vermişdi: həmişə 

çarpayısının başından ağ kağız asardım.Tələbə yoldaşlarına mane olmasın deyə Əli 

gecələr qaranlıqda durub həmin kağıza şeir yazardı.Mənə bərk - bərk tapşırmışdı 

ki, kağızları tez - tez dəyişim; özü də onları itirməyim, səliqə ilə bir yerə yığım.Bir 

dəfə necə olmuşdusa kağızı dəyişməyi unutmuş-dum.Əli də gecə durub şeirinin 

üstündən  başqa bir şeir yazmışdı.Misralar bir - birinin üstünə düşmüşdü.Əli mənə 

dedi: «Burda yaxşı ideya vardı, niyə kağızı dəyişməmisən?» Söz verdim ki, bir də 

belə diqqətsizlik etmərəm… 

Əlidən əl çəkməzdim, deyərdim dünən nə yazmısan, oxu.Belə deyərdim ki, qoy 

çox yazsın.Ondan çox şey tələb edərdim.Əli deyərdi: «Ədə,əl çək mən-dən.Hələ 

heç nə yoxumdur.Beynimdə çox planlarım var, mənə imkan ver, tə-ləsdirmə.Qoy 

yaxşı - yaxşı fikirləşim».Özü də razı olmazdım,Əli şeirlərini mənə şifahi 

oxusun.Tələb edirdim, şeirlərini yazılı surətdə mənə versin.Bəhanə gətirib 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə