FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə116/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   112   113   114   115   116   117   118   119   ...   129

 

- 357 -


                                                          

etdiyi metodologiya iki fərqli müstəvidə nəzərdən keçirilə bilər.  

O heç də sadəcə olaraq Hegelin idealist mövqedən etdiklərini 

«materializm dilinə» çevirməklə kifayətlənmir. Bununla yanaşı 

Marks ümumiyyətlə gerçəkliyə münasibətin yeni 

metodologiyasını yaratmağa çalışır. O, materialist ictimai 

fəaliyyət təliminə, dialektik metoda əsaslanan tarixi ma-

terializmə  ənənəvi materialist dünyagörüşünü inkişaf etdir-

məklə, insana olan təsvirçi və seyrçi materialist baxışın dia-

lektik zəmində yenidən işlənib-hazırlanması yolu ilə  gəlir. 

Marks  əvvəlcə insanın özünə seyrçi münasibəti dəyişmək 

zərurətini qeyd edir. O, «Feyerbax haqqında tezislər»də gerçək-

liyə seyirçi münasibətdən fərqli olaraq fəaliyyət prinsipini önə 

çəkir: «Bütün bundan əvvəlki materalizmin – Feyrbax 

materializminin də – başlıca nöqsanı ondan ibarətdir ki, pred-

met, gerçəklik, hissiyyat yalnız  obyekt formasında və ya seyr 

formasında götürülərək,  insanın hissi fəaliyyəti, təcrübəsi kimi 

götürülmür, subyektiv şəkildə götürülmür. Buna görə  də belə 

olmuşdu ki, fəaliyyət cəhəti materializmin əksinə olaraq, 

idealizm tərəfindən, həm də ancaq abstrakt şəkildə inkişaf 

etdirilmişdi, zira aydındır ki, idealizm, hissi, gerçək fəaliyyəti 

olduğu kimi bilmir. Feyerbax fikri obyektlərdən həqiqətən 

fərqli olan hissi obyektlərlə məşğul olmaq istəyir, lakin o, insan 

fəaliyyətinin özünü predmet fəaliyyəti kimi götürmür».

1

 Burada 


Marks materializmi dialektik metodla «canlandırmaq» 

təşəbbüsü ilə yanaşı, ideyanı, ideya-mənəvi amilin hər hansı 

təzahürünü aradan qaldırmaq təşəbbüsü göstərir ki, bu da onun 

təliminin  ən qüsurlu cəhəti kimi gələcəkdə marksizmin 

süqutunu şərtləndirən əsas amillərdən biri hesab edilə bilər. O, 

yazırdı: «Feyrbax, fikri obyektlərdən həqiqətən fərqli olan hissi 

obyektlərlə  məşğul olmaq istəyir, lakin o, insan fəaliyyətinin 

özünü predmet fəaliyyəti kimi götürmür».

2

  İnsan fəaliyyətini 



«predmet fəaliyyəti» kimi götürmək insanın mahiyyətinin təhrif 

olunması deməkdir.  

Min illər boyu filosoflar insanın digər predmetlərdən 

 

1



 K. Marks. Feyerbax haqqında tezislər. – K. Marks və A.Engels. 

Seçilmiş əsərləri üç cilddə, I cild, Bakı, «Azərnəşr», 1978, səh.1.    

2

 Yenə orada. 




 

- 358 -


                                                          

üstünlüyünü dəyərləndirməyə çalışmış, onun təkcə  bədənlə 

deyil, həm də ondan prinsipcə  fərqli olan ruh və ya nəfslə 

səciyyələndiyini önə çəkmiş və nəfsin mahiyyətini açmaq üzə-

rində «baş  sındırmışlar».  İndi kimsə materialist sistemin 

ardıcıllığını  təmin etmək üçün insanı, onun fəaliyyətini, hətta 

təfəkkürünü predmet müstəvisinə keçirməyə çalışır: «İnsan 

təfəkkürünün predmet həqiqiliyinə malik olub-olmadığı 

məsələsi heç də  nəzəriyyə  məsələsi olmayıb,  əməli  məsələdir. 

İnsan öz təfəkkürünün həqiqiliyini, yəni gerçəkliyini və qüd-

rətini, bu dünyaya məxsus olduğunu təcrübədə sübut etməlidir. 

Təcrübədən təcrid olunan təfəkkürün gerçək olub-olmadığı 

haqqındakı mübahisə, xalis sxolastik məsələdir».

1

 



 

 

 



Əlbəttə, təfəkkürün tamamilə təcrübədən təcrid olunması 

ifrat idealist bir yanaşma olardı. Lakin onun ancaq və ancaq 

təcrübə  çərçivəsində  nəzərdən keçirilməsi isə ifrat ma-

terializmdən başqa bir şey deyil. Təsadüfi deyildir ki, həm 

Şərqin, həm də Qərbin əksər böyük filosofları hissi təcrübəni və 

onun idrakda müəyyən rolunu nəzərə almaqla yanaşı, 

təfəkkürün nisbi müstəqilliyini və onun fəal-yaradıcı gücünü də 

nəzərə almışlar. Və bunun üçün heç də  həmişə  xalis zəkanın 

hissi təcrübədən, aprior biliklərin aposterior biliklərdən tam 

ayrılmasına və qarşı-qarşıya qoyulmasına ehtiyac olmamışdır. 

Bir çox təlimlərə görə  təfəkkürün müstəqil fəaliyyəti elə hissi 

təcrübədən alınmış biliklərin bazasında mümkün olur.  

F.Engels Marksın tezis halında irəli sürdüyü fəlsəfi plat-

formanı sistemə salmaq, ona haqq qazandırmaq, «fəlsəfənin 

əsas məsələsinin» materialist həllini  əsaslandırmaq üçün əqlin, 

təfəkkürün müstəqil fəaliyyəti haqqında baxışların təfərrüatlı 

tənqidini verir. F.Engels c-b Dürinqin timsalında bu məsələyə 

dair idealist baxışların qüsurluluğunu belə izah edir: «O… 

xarici aləmdən deyil, təfəkkürdən hasil edilmiş prinsiplərdən, 

təbiət və  bəşəriyyətə  tətbiq edilməli olan formal prinsiplərdən 

bəhs edir və beləliklə  təbiət və insan bu prinsiplərə 

uyğunlaşmalıdır. Bəs təfəkkür bu prinsipləri haradan alır? Öz-

 

1

 Yenə orada. 




 

- 359 -


                                                          

özündənmi?».

1

 Daha sonra, F.Engels sadəlövh materializmin 



təbiətin ilkin mövcudluğu haqqında  əminliyindən çıxış edərək 

bu suala mənfi cavab verir: – təfəkkür heç bir zaman bu 

prinsipləri və formaları öz-özündən hasil edə bilməz, ancaq 

xarici aləmdən hasil edə bilər.

2

 Və özünün bu şəxsi, subyektiv 



mülahizəsini bir arqument və  hətta dəlil kimi qəbul edərək 

yazır: «Beləliklə  məlum olur ki, bütün nisbət tamamilə 

əksinədir: prinsiplər tədqiqatın çıxış nöqtəsi deyil, onun son 

nəticəsidir; bu prinsiplər təbiətə və bəşər tarixinə tətbiq edilmir, 

onlardan abstraksiya edilir; təbiət, bəşəriyyət prinsiplərə 

uyğunlaşmır,  əksinə, prinsiplər yalnız təbiətə  və tarixə uyğun 

gəldiyi dərəcədə düzgündür».

3

 Biz, bu iqtibasları ona görə 



xüsusi vurğulayırıq ki, F.Engelsin digər əsərlərində də həmin bu 

kor-koranə inam elmi arqumentasiyanı  əvəz edir: – Təbiət 

bizdən asılı olmadan var, o, müəyyən prinsiplər və 

qanunauyğunluqlar  əsasında fəaliyyət göstərir və bizim 

məqsədimiz ancaq bunları öyrənməkdən, üzə  çıxarmaqdan 

ibarətdir. Biz özümüz də  təbiətin bir hissəsiyik və bu mənada 

bizim təfəkkürümüz də, biliklərimiz də təbiətin məhsuludur.  

Lakin idealizmin də öz növbəsində bu sadəlövh ma-

terialist baxışa qarşı öz arqumentasiyaları var və o, aşağıdakı 

suallardan çıxış edir:  



Birincisi, axı, insan ancaq hazır təbiəti seyr etmək və 

öyrənməklə  məşğul deyil, Marksın da etiraf etdiyi fəaliyyət 

prinsipinə görə, insan həm də gerçəkliyə dəyişdirici münasibət 

bəsləyir. Olanı  dəyişmək üçünsə  fərqli prinsiplər-dən çıxış 

etmək lazımdır. Bu fərqli prinsiplər haradan hasil olur?  

İkincisi, təbiətin əsasında duran prinsip və qanunauyğun-

luqlar haradan hasil olmuşdur? Bəlkə, onların da bir yaradıcısı 

var? Axı, nəinki filosofların, hətta təbiətşünas alimlərin də 

əksəriyyəti öz tədqiqatlarında təbiəti obyektiv gerçəklik kimi 

götürsələr də, bu obyektiv (yəni, insandan asılı olmayan) təbiə-

tin nə vaxtsa fövqəltəbii bir qüvvə tərəfindən yaradıldığını istis-

na etmirlər. Təbiətşünasların daha çox deizm mövqeyindən çı-

 

1



 F.Engels. Anti-Dürinq. B., «Azərnəşr», 1967, səh. 30. 

2

 Yenə orada, səh. 31. 



3

 Yenə orada. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə