FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə114/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   110   111   112   113   114   115   116   117   ...   129

 

- 351 -


                                                          

düşündüyü mövzular da onun üçün təkrarolunmaz bir obraz 

yaradır, bir küll halında onun fərdi həyatını təşkil edir.  

Sartr Haydeggerə istinad edərək qeyd edir ki, mahiyyəti 

(essentia) varlıqdan (existentia) çıxış etməklə anlamaq 

lazımdır.

1

 Mahiyyət varlıqdan həm də bununla fərqlənir ki, o 



şüur faktından  əvvəl ola bilməz. «Şüurun varlığı  hər cür 

imkanın mənbəyi və  şərtidir.  Şüur varlıqdan  əvvəl mümkün 

olmadığı kimi, onun mövcudluğu da mahiyyətini ehtiva edir».

2

 



Burada Sartr  Husserlin «faktiki zərurət» anlayışından istifadə 

edir: «Həzzin mahiyyətinin olması üçün, əvvəlcə bu həzzin şüur 

faktının olması lazımdır».

3

  



Şüurun haradan və necə yaranması ilə bağlı çoxlu suallar 

qoyan Sartr bu məsələdə heç bir qəti qənaətə  gələ bilmir. 

Nəhayət hər şey şüurun öz «boynunda qalır». Sartra görə, şüur 

öz sayəsində  və öz vasitəsi ilə mövcuddur. Şüur varlıqdan 

özünü özü hasil edir. Göründüyü kimi, Sartr bu məsələdə orta 

əsr  İslam filosoflarının mövqeyinə yaxınlaşır. Fərabi,  İbn Sina 

və Sührəvərdi də aktiv tərəf kimi, hərəkətverici qüvvə kimi 

nəfsi götürürlər. «Nəfs» anlayışı burada Sartrın «şüur» 

anlayışına çox uyğundur. Lakin İslam filosofları nəfsin, şüurun 

necə, nədən qaynaqlandığını, haradan qüvvə aldığını,  şeyləri 

işıqlandırmazdan  əvvəl özünün necə  işıqlandığı, nurlandığını 

bilirdilər. Yəni bütün fərdi  şüurlar daha yüksək mərtəbəli bir 

şüurun təsiri ilə, daha gur işığın nuru və hənirtisi ilə canlanır və 

cansızları da canlandırmaq siqləti əldə edir. Sartr bütün bunları 

qəbul edə bilmir, onun ateizmi buna mane olur. Nəticədə şüurla 

maddi varlığın nisbəti məsələsində Sartr da, Haydegger və digər 

ateist filosoflar kimi ilişib qalır. Bü böyük intellektual gücün 

bütün həmlələri nəticə vermir. Məntiq nə qədər sərrast, intellekt 

nə  qədər işıqlı olsa da, onun bütün cəhdləri qəlbin 

qaranlıqlarında vurnuxmaq təsiri bağışlayır. Qəlb isə ona görə 

qaranlıqdır ki, bura ilahi işıq düşmür. Ateist Sartr Nur əl-

Ənvərin işığından könüllü surətdə imtina edilir.  

Qəlb işıqlanmadıqda, dünya da qaranlıq və cansığıcı 

 

1



 Ж.-П.Сартр. Бытие и ничто. М., 2000, стр.29  

2

 Yenə orada  



3

 Yenə orada 




 

- 352 -


                                                          

görünür.  Şeylər öz gözəlliyi ilə üzə  çıxa bilmədiyindən insan 

varlığa yaxınlaşdıqca vahimələnir; bir tərəfdən qorxu, həyəcan, 

təşviş, iztirab, digər tərəfdən işıq həsrəti, sıxıntı, qaranlığın 

kabuslarına nifrət, ürək bulantısı…  

İstər-istəməz sual ortaya çıxır ki, bu qədər qüssə-kədər

fəlakət, bu qədər qorxu, nifrət haradandır?  Nizami də «qüssə-

kədər, fəlakət»dən danışır. Lakin dünya ancaq «sənsiz» 

(sevgisiz) olduqda, bu qədər qaranlıq görünür. Qalan hallarda 

Nizaminin dünyası işıqlıdır, qorxudan yox, inam və cəsarətdən 

yoğrulmuşdur. Bu dünyaya işıq saçan isə ilahi eşqdir. Bəs 

Sartrın «sənli dünyası» yoxdurmu?   

Maraqlıdır ki, Sartr yaradıcılığında «sənli» və «sənsiz» 

məsələləri çox geniş şərh olunur. Məhəbbətlə bağlı Sartr geniş 

araşdırmalar aparmışdır. Bu böyük intellekt sahibi özünün 

«Başqasına ilk münasibət: məhəbbət, dil, mazoxizm» adlı 

yazısında eşq və  məhəbbətlə bağlı olduqca mürəkkəb və  dərin 

araşdırmalar aparır. Lakin təəssüf ki, ilahi eşq ona yad 

olduğundan məhəbbətə daha çox dərəcədə konfiliktin bir 

forması kimi baxır.

1

   


Sartra görə konfilikt – başqası üçün varlığın ilkin məna-

sıdır. Birləşməyə çalışan iki tərəfdən hər biri qarşı tərəfi özündə 

əritməyə çalışır. Başqasına malik olmaq ilk növbədə 

baxışlardan başlanır. Biri özünü başqasının nəzərləri altında 

hiss edir. Başqası mənim mövcudluğumun sirrinə sahib olur. O 

məni özündə varlıqdan çıxararaq başqası üçün (özü üçün) varlıq 

edir və bununla da Mən-ə sahib olur. 

2

  



İnsan özünün başqası  tərəfindən aşkarlanmış varlığını 

özünə qaytarmaq istəyir.  Bu  «qaytarma»  uğrunda mübarizə 

başqasını özündə  əritmək və bununla da özünü-özünə qaytar-

maq formasında həyata keçir. «Mən heç də başqasının obyek-

tivləşdirilməsi ilə, öz məxsusi obyektivliyimin dağılmasını 

istəmirəm. Bu mənim öz başqası üçün varlığımdan uzaq-

laşdırılması demək olardı: tam tərsinə: mən başqasını  məhz 

 

1



  Ж.-П.Сартр.  Первичное  отношение  к  другому:  любовь, 

язык, мазохизм.// Проблема человека  в заподной философии. М.: 

«Прогресс», 1988, стр.207. 

2

 Yenə orada.  




 

- 353 -


                                                          

mənə baxan başqası kimi əritmək istəyirəm… Bir sözlə, mən 

özümü bütövlükdə  mənim baxış altındakı varlığımla 

eyniləşdirirəm… Bu mənim başqasının azadlığını mənimsəmək 

üçün yeganə silahımdır».

1

 



Sartr qeyd edir ki, məhəbbət ilk növbədə başqasının 

azadlığına yiyələnməkdir. Həm də hökmlə, qorxu gücünə yox, 

məhz azad şəkildə. Belə ki, başqasının azadlığı zorla əlindən 

alındıqda, bu azadlığa məhz azadlıq olaraq yiyələnmək 

mümkün olmur. Alınmış və ya məhdudlaşdırılmış azadlıq daha 

azadlıq deyil. Sevənin iddiası böyükdür. O qarşı  tərəfin 

azadlığını onu zərrə  qədər məhdudlaşdır- madan mənimsəmək 

istəyir. Bu, əslində o deməkdir ki, sevən qarşı tərəfin sevgisinə 

nail olmaq istəyir. Bu cür deyiliş çox gözəl səslənir. Lakin bu 

situasiya birinin azadlığının qarşı tərəfin azadlığında əridilməsi 

kimi də dəyərləndirilə bilər.  

Sartra görə, azadlıq ilk növbədə insanın yaradıcı  fəal-

lığından ibarətdir. Bu fikrin «özündə varlıq» və «özü üçün 

varlıq» ideyaları ilə, onların  əlaqələndirilməsində insanın rolu 

ilə bağlılığı çox mürəkkəb və dumanlı görünür. Əgər varlığın öz 

siması olsa idi insan tam azad ola bilməzdi, çünki o, irəlicədən 

müəyyənləşmiş forma və strukturlarla hesablaşmaq 

məcburiyyətində qalar. Və dünyada baş verənlərə görə  mə-

suliyyət də ancaq insana düşməzdi. Onda insanın ilk vəzifəsi 

varlığın simasını  dərk etmək və özünü ona uyğunlaşdırmaq 

olardı. Təsadüfi deyildir ki, Hegel azadlığı  zərurətin dərk 

olunmasında görürdü. Zərurət isə insandan asılı olmadığından 

onun azadlıq meydanı istər-istəməz xeyli dərəcədə  məhdud 

olur.  İnsan ancaq «boş qalan» yerlərdə, ilkin zərurətlə, təbii 

qanunauyğunluqla təyin olunmamış sahələrdə özünü azad hiss 

edə bilər və öz yaradıcılığı ilə bu «boşluğu» da qismən 

məhdudlaşdırmış olar. Bu yaxınlaşmaya görə  hər bir insanın 

azadlığı  əvvəlcə  təbiət, sonra isə  cəmiyyət, onun sayəsində 

«ikinci təbiət», ictimai mühit və  nəhayət, digər fərdlər 

tərəfindən məhdudlaşdırılır. Sartr təliminə görə isə, insanın 

yaradıcı  fəaliyyəti üçün heç bir məhdudlaşdırıcı amil yoxdur. 

Bununla belə, yeniliklə hər bir görüş maraq və heyrətlə yanaşı, 

 

1

 Yenə orada, səh. 209.  




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə