FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə115/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   111   112   113   114   115   116   117   118   ...   129

 

- 354 -


həm də qorxu hissi yaradır. Görünür, buna görədir ki, hakim 

paradiqmanın hüdudlarını keçərək tamamilə yeni düşüncə  və 

duyum bölgəsinə  qədəm qoymaq sadəcə yaradıcılıq aktı 

olmayıb, həm də bir cəsarət tələb edir.  

Qorxu hissi azadlıqdan törəyir.  İnsan öz azadlıq dərə-

cəsinin çoxluğundan qorxur. Başqa sözlə, azadlıq artdıqca, 

məsuliyyət də artır. Lakin məsuliyyət hissi hələ qorxu deyil, 

sadəcə qorxunun yaranması üçün əsas zəmindir. Heç bir 

azadlığı olmayan adam, heç nə üçün məsuliyyət daşımır.  

Bir tərəfdən, azadlıq üçün çarpışmaq, digər tərəfdən, əldə 

edilən azadlıqdan başı gicəllənmək və … qorxmaq!  

Azadlığı olmayan insanın seçim şansı yoxdur. Onun üçün 

fəaliyyət yolunu başqaları seçir və  əslində o öz həyatını 

yaşamır, başqalarının həyatının realizasiyasında vasitəyə çev-

rilir. Azad insan isə özü seçim etməlidir.  

Ancaq azad insan özü olur!  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



MARKSİZM  FƏLSƏFƏSİ  VƏ   

İDEOLOJİ  QƏLİB 

 


 

- 355 -


İlk baxışda Marksın fəlsəfəsi və iqtisadi-siyasi təlimi bü-

tün fəlsəfələr və  təlimlər içərisində bizə  ən yaxşı  bəlli olanı 

olmalıdır. Belə ki, bizim nəsil fəlsəfəni də, siyasətşünaslığı da, 

iqtisadi nəzəriyyələri də marksizm çərçivəsində  və ya onun 

prizmasından baxmaqla öyrənmişdir. Biz hələ indi-indi başqa 

təlimlərə, fəlsəfi və ideya-siyasi sistemlərə müstəqil surətdə

marksizmin təsiri olmadan yanaşmağa çalışırıq. Lakin onun 

heykəlini çox tez uçura bilsək də,  əsərlərini kitabxanalardan 

tezcə yığışdırsaq da artıq yönəldilmiş və şablonlaşmış düşüncə 

tərzimizdən heç də asanlıqla xilas ola bilmirik.  

Bununla belə, bu gün ən az bildiyimiz və  ən az fay-

dalandığımız təlimlərdən biri məhz marksizmdir.  

Əvvəla, sovet dövründə  təhsil almış insanların beynində 

dərin iz buraxmış «marksizm təlimi» əslində leninizm və bəlkə 

də daha çox stalinizmdir. Xüsusən fəlsəfə sahəsində K.Marks 

özünün yetkin yaradıcılıq dövründə sistemli tədqiqat 

aparmadığından və daha çox iqtisadi, siyasi və sosioloji 

problemlərlə məşğul olduğundan fəlsəfəyə aid məsələlər başlıca 

olaraq F.Engelsin kitabları  əsasında öyrənilmişdir.  Əlbəttə, 

marksizm fəlsəfəsi sistem halına salınarkən K. Marksın öz 

siyasi-iqtisadi təlimində istifadə etdiyi metodologiya da nəzərə 

alınmışdır. Lakin adətən metodologiya müəyyən fəlsəfi bazis 

üzərində qurulur. Baxılan halda isə bu metodologiyanın 

təhlilindən fəlsəfi bazisə qayıtmaq və K. Marksın 

metodologiyasında qeyri-aşkar surətdə  təzahür edən fəlsəfi 

sistemini aşkar hala gətirmək vəzifəsini başqaları icra etmişlər. 

Yəni dərsliklərə salınan, şablonlaşan və mövcud siyasi-iqtisadi 

sistemin ideoloji əsaslarına çevrilən sxematikləşmiş, 

«elmiləşmiş fəlsəfə» əslində K.Marksdan daha çox, F.Engelsin 

əsərləri əsasında formalaşmış, sonra V.İ. Lenin, daha sonra isə 

İ.V.Stalin təfəkkürünün  şablonundan çıxmışdır. K.Marksın 

yaradıcı sistemindən, dünyabaxışından, təfəkkür tərzindən çox 

az  şey qalmışdır. («Dialektik materializm» və «tarixi 

materializm» adı altında sxematikləşən bu təlim bu gün də 

dərsliklərimizin  əsas məzmununu təşkil etdiyindən biz onun 

müfəssəl şərhi üzərində dayanmayacağıq). 

Sovet təhsili almış bizlərdən fərqli olaraq Qərb mütə-

fəkkirlərinin aynasında Marks təlimi bir qədər fərqli görünür. 




 

- 356 -


                                                          

K.Popper Marksın tarixi materializminin ideya köklərini hansı 

isə bir materialist təlimdə deyil, Platon təlimində axtarır. O, 

Platonun sosioloji və iqtisadi tarixilik prinsipini, onun siyasi 

həyatın və tarixi inkişafın iqtisadi təməlinə xüsusi diqqət 

yetirməsini nəzərə alaraq yazır: «Bu nəzəriyyəni Marks «tarixi 

materializm» adı altında bərpa etdi».

1

 K.Popper Marksın 



məhşur «indiyədək mövcud olan bütün cəmiyyətlərin tarixi 

siniflərin mübarizəsi tarixidir» fikrinin də Platonun tarixilik 

prinsipindən qaynaqlandığını iddia edir.

2

  Hətta «kommunizm» 



ideyasının da Platona məxsus olduğunu yada salsaq hər  şey 

başqa rəngdə görünür. Bütün bu həqiqi oxşarlıqlara 

baxmayaraq, materialistlərin flaqmanı kimi tanıdığımız 

K.Marksın ən böyük kəşfinin Platon təlimi ilə əlaqələndirilməsi, 

onun haqqında praqmatizmin, praktik idealizmin nümayəndəsi 

(hətta banisi) kimi danışılması

3

, marksizmin 



ekzistensionalizmlə

4

, neopozitivizmlə, freydizmlə  və s. 



müqayisəsi bizə təəccüblü gəlir. 

Axı, bu nə kimi bir idealizmdir? Bəlkə  Qərb filosofları 

K.Marksın yaradıcılığının ilk dövrünü, hələ Hegelin təsiri 

altında olduğu vaxtları nəzərdə tuturlar? 

Xeyr, söhbət K.Marksın  ən böyük xidmətindən; cəmiy-

yətin tarixi bir proses kimi götürülməsindən, ictimai fəaliyyət 

təlimindən gedir. K.Marks bu sahədə də Hegelin işlərini davam 

etdirir. Fəlsəfə tarixçiləri cəmiyyətin hazır, statik bir sistem 

kimi öyrənilməsindən, qruplaşdırılmasın- dan, təsnifatından 

yeni mərhələyə – onun dinamik, inkişafda olan sistem kimi 

öyrənilməsinə keçilməsini Hegel və Marks təlimlərinin  əsas 

xüsusiyyətlərindən biri kimi qəbul edirlər.  

K.Marksın cəmiyyətin inkişafını öyrənmək üçün tətbiq 

 

1



К. Поппер. Открытое общество и его враги. Том. 1. М.: «Фе-

никс», 1992, стр. 71. 

2

 Yenə orada, səh. 72. 



3

 Б.Рассел. Мудрость Запада. М., 1998, стр. 408. 

4

 Bax, məs.:  Sartre J-P. Critique de la raison dialectique. Paris, 



1960;  R.Mehdiyev. Jan-Pol Sartr və onun fəlsəfi dünyagörüşü. – 

«Fəlsəfə və sosial-siyasi elmlər» jurnalı, 2005, № 1-2, səh.7.  

 

 

 



 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə