FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə19/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   15   16   17   18   19   20   21   22   ...   129

 

- 57 -


                                                          

fəzasının düzxətli yox, əyrixətli olması haqqında fərziyyənin 

təsadüfi olmadığını göstərir.  

Elmi düşüncə  fəlsəfi mülahizələri (filosofluğu) məqbul 

saymadığı kimi, fəlsəfə də təbii-elmi bilikləri və formal məntiqi 

məhdud və qüsurlu bir şey hesab edir. Lakin paradoksal 

görünən budur ki, mahiyyətcə fəlsəfəyə qarşı olan formal mən-

tiqin və təbii-elmi düşüncə qəliblərinin yaradıcısı olan Aristotel 

fəlsəfi fikrin də  ən böyük korifeylərindən biri hesab olunur və 

təsadüfi deyildir ki, orta əsrlər islam dünyasında «birinci 

filosof» dedikdə məhz Aristotel nəzərdə tutulurdu. Görünür, bu 

mövqeyin təsirindəndir ki, peripatetiklərin demək olar ki

hamısı  fəlsəfə ilə yanaşı, «məntiq» kitabları da yazmağı 

unutmurdular. Amma bu da təsadüfi deyildir ki, Fərabi, Biruni, 

İbn Sina kimi mütəfəkkirlər də eynən Aristotel kimi, 

ensiklopedik biliyə malik olan alimlər idi. Görünür, onların 

Platona deyil, məhz Aristotelə  bənzədilməsi, öz dövrlərinin 

Aristoteli hesab olunmaları da elə bu alimlikdən irəli gəlir. 

Halbuki, fəlsəfi görüşlərinə görə onlar Platona və «yeni 

platonçulara» daha çox yaxın idilər.       

Maraqlıdır ki, Aristotel özü özünü alimdən daha çox 

filosof kimi görür və  əksinə,  ənənəvi filosofları (sofistləri, 

dialektikləri) filosof hesab etmirdi.

1

  (Əslində o dövr üçün bu, 



təbii idi). Onun daha çox alim olması, o dövrdə «fəlsəfə» adı 

altında da ilk dəfə olaraq yeni bir sahəni: elmin metodologiya-

sını yaratması  və müasir terminologiya ilə desək, fəlsə-fənin 

metodoloji funksiyasının təməlini qoyması hələ indi-indi aydın 

olur. Aristotel isə  təbii ki, bütün bunları  məhz fəlsəfə hesab 

edirdi: «Əqli nəticələrin təməlinin tədqiqi də filosofun işidir. 

Onlar ümumiyyətlə mahiyyəti öyrəndiyindən, – bu aydındır».

2

 



Bununla belə, Aristotel dar ixtisas sahiblərini fərqləndirməyi də 

unutmur: «Kim ki, hansısa sahədə ən böyük biliklərə malikdir, 

öz predmetinin sübutlu təməllərini göstərməyi də 

bacarmalıdır».

3

 Aristotelin bu kateqoriyadan olan tədqiqatçıları 



 

1

    Аристотель.  Метафизика. – Соч.  в 4-х  томах,  том 1, М., 



«Мысль», 1975, стр. 123.      

2

 Аристотель. Метафизика. – Соч. в 4-х томах, том 1, стр. 125. 



3

 Yenə orada.  




 

- 58 -


                                                          

fərqləndirməsi, hətta baxmayaraq ki, sonradan onları da 

filosoflara qatır, – çox önəmlidir. Görünür, bizim Aristoteldən 

alimləri filosoflardan fərqləndirməsini gözləməyimiz dövrün 

paradiqmasını  nəzərə almamağımızdandır.  İndi – elmin 

prioritetliyi zəmanəsində  fəlsəfəni də elmə qatmaq istəyinə 

simmetrik olaraq o dövrdə elmi də  fəlsəfəyə qatmaq çox təbii 

görünürmüş.                  

İstər-istəməz sual olunur ki, bu iki fərqli mahiyyəti (elmi 

və fəlsəfi düşüncəni) bir şəxs özündə necə birləşdirə bilmişdi? 

  

Bəlkə, Aristotelin öz ustadına – Platona qarşı  çıxmasının da 



təməlində onun bu daxili ikiləşməsi dururdu. Alim Aristotel 

fəlsəfəni də elm hüdudlarına salmaq cəhdi göstərmirdimi?  

Onun Platondan ayrılmasının əsas səbəbi də bu deyildimi?       

Göründüyü kimi, elmi və  fəlsəfi düşüncənin fərqlərinin 

nəzərə alınması bütün dövrlərdə fəlsəfi fikir tarixinin ən nəhəng 

simalarından biri kimi qəbul olunmuş Aristotel haqqında 

skeptik münasibətə  gətirib çıxarır. Amma belə skeptik 

münasibət heç də ancaq bizim tədqiqatın nəticəsi kimi hasil 

olmur. K.Popper Aristotelin filosofluğu məsələsinə daha kəskin 

mövqedən yanaşır: «Aristotel təliminin olduqca geniş  və 

nəhəng hüdüdlarına baxmayaraq, o heç də aparıcı, orijinal 

mütəfəkkir olmamışdır. Onun xidməti başlıca olaraq Platonun 

ideyalar korpusunu sistemləşdirməkdən və empirizmə, xüsusən 

bioloji problemlərə daha böyük maraq göstərməsindən 

ibarətdir».

1

  Əlbəttə, K.Popperin münasibətində ifrat kəskinlik 



vardır. Aristotelin bir mütəfəkkir kimi yaradıcı  şəxs olmasını 

inkar etmək, onu az qala Platonun şərhçisi kimi təqdim etmək 

bir növ orta əsr müsəlman filosoflarına, peripatetiklərə ədalətsiz 

münasibəti xatırladır. Digər tərəfdən, nəzərə alınmalıdır ki, 

Aristotel öz fəlsəfi fəaliyyətini sadəcə Platon təlimini sistemə 

salmaqla məhdudlaşdırmamış, əksinə, bir sıra ciddi məsələlərdə 

 



 Əlbəttə, fəlsəfəni elm və ideologiya çərçivəsinə salan marksizm-



leninizmin  şinelindən çıxan bir sıra fəlsəfəçilər üçün burada nəinki 

təəcüblü bir şey yoxdur, əksinə, fəlsəfənin elm çərçivəsinə salınması 

elə Aristotelin filosofluğuna da ən yaxşı dəlalətdir.    

1

 К. Поппер. Открытое общество и его враги. Том. 2. М.: Фе-



никс, 1992, стр. 7. 


 

- 59 -


                                                          

onu tənqid etmiş, ondan fərqli bir mövqedə dayanmış  və ya 

dayanmağa çalışmışdır. K.Popper məhz bu sonuncu variantı, 

«dayanmağa çalışmışdır» ifadəsini seçərdi. Belə ki, onun fikrinə 

görə, Aristotel Platonu çox vaxt məqsədyönlü surətdə  və 

mənasız tənqid edir.

1

 

Aristotelin Platona qarşı  tənqidi mövqeyi doğrudanmı 



qısqanclıqdan irəli gəlirdi?  Bizcə, bu mövqe fərqi daha çox 

dərəcədə düşüncə tərzlərindəki fərqlə bağlı idi. Bu cəhət K.Pop-

perin də  nəzərindən qaçmamışdır. O, belə hesab edir ki, 

Platonun dərinliklərə nüfuz edən fəhmi müqabilində Aristotelin 

yaxşı ölçülüb-biçilmiş, tarazlı mühakimə 

və quru 


sistemləşdirmə qabiliyyəti var idi.

2

  Lakin burada başqa bir amil 



də  nəzərə alınmalıdır. Aristotel bir elm adamı olaraq Platon 

ideyalarını  həm sözün müstəqim mənasında, həm də  məcazi 

mənada yerə endirməklə onu sanki tətbiq üçün hazırlayırdı. Əbu 

Turxanın dediyi kimi, Platon təlimi elə bir dəryadır ki, sonrakı 

əsrlərdə bu dəryadan bütün istiqamətlərdə kiçik və böyük çaylar 

axmışdır. Bu dəryaya axıb tökülən və onu soğulmaqdan 

saxlayan çaylar isə azdır. Aristotel də Platonun ideya 

dəryasından faydalanırdı. Lakin onun timsalında Platon 

dəryasından axan çay torpağı suvardıqdan sonra yenidən 

(praktik biliklə tamamlanaraq – bulanlıq  şəkildə) Platon 

dəryasına tökülür. Başqa sözlə, Aristotel sanki Platon fəlsəfəsi 

ilə  təbiət elmləri arasında körpü atmağa çalışır. Lakin təbii ki

bu fəlsəfənin tətbiq üçün hazırlanması, əməli  şüur müstəvisinə 

keçid prosesi özü bir inkar aktı idi. İnkarı inkar məqamında isə 

Aristotel yenidən Platona qayıdır və bulanlıq çaylar yenidən 

ideya dəryasına tökülür.  

K.Popper Aristotel fəlsəfəsinin Platondan fərqli görünən 

məqamlarından birini misal çəkərək yazır ki, Platona görə, hər 

şey öz mövcudluğuna, fəaliyyətinə kamil haldan başlasa da, 

sonradan dağılmağa, çürüməyə, pisləşməyə doğru getdiyi halda, 

Aristotel kamilləşmə istiqamətində inkişafı da qəbul edir. 

Düzdür, Aristotel hələ o dövrdə Spevsipp tərəfindən irəli 

sürülən ümumi bioloji təkamül təlimini dəstəkləmir, amma daha 

 

1



 Yenə orada, səh. 8. 

2

 Yenə orada.  




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə