FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə20/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   16   17   18   19   20   21   22   23   ...   129

 

- 60 -


                                                          

geniş planda – son məqsədə doğru inkişaf konsepsiyasından 

çıxış edir.

1

  İlk baxışda Platon təliminin inkarı kimi, fərqli 



mövqe kimi görünən «son məqsəd» ideyası da əslində Platon 

fəlsəfəsi çərçivəsində izah oluna bilər. Belə ki, hər  şeyin 

ideyadan başlandığını  və hissi dünyanı ideyaların ancaq surəti 

və təqlidi kimi qəbul edən Platon üçün, şeyin nə vaxtsa qayıdıb 

öz ideyasından yüksək olmaq şansı yoxdur. Bu baxımdan, 

Platon təlimi pessimist təlim sayılır. Aristotel isə hissi dünyanın 

reallığını  qəbul etdiyindən, hissi obyektlərin gerçək inkişaf 

prosesində çata biləcəkləri «son məqsədi» müəyyən mənada 

onların  idealı kimi təsəvvür edir. Platon pessimizmi optimist 

notlara köçürülür. Prosesin əvvəlində dayanan ideya və prosesin 

sonunda təsəvvür olunan ideal  ! «Son məqsəd»  əslində özünə, 

başlanğıcına qayıdış  əzmi kimi başa düşülə bilməzmi? Yenə 

Əbu Turxanın sözləri ilə desək, «məqsəd hələ rüşeymdə ikən 

var idi, o, sadəcə hissi həyatın bulanıq çaylarından keçərək 

yenidən durulur və  şəffaf ideya dəryasına qatılır». Hər halda 

buna çalışır. Bu mövqe Aristotelin «təbii yerlər» nəzəriyyəsinə 

uyğun gəlir ki, bu nəzəriyyə  də yenə Platonun təsiri ilə 

formalaşmışdır.

2

 «Öz təbii yerini tərk etmiş hər bir şey, əvvəlki 



vəziyyətinə qayıtmağa meyllidir». Lakin cisim öz təbii yerini nə 

vaxt tərk edir? Aristotel bu məsələdə  də filosofdan daha çox, 

alim kimi çıxış edir və adi həyat hadisələrindən, canlıların 

müşahidəsindən misal gətirir: öz ilxısından ayrılmış atın yenə 

bu ilxıya qayıtmaq istəyini yada salır. Fəlsəfi baxımdan isə bu 

ayrılma Platon konsepsiyasından nəticə kimi hasil olur. Yəni, 

cismin – «kölgənin» orijinaldan – ideyadan ayrılması artıq 

universal xarakter daşıyır. Burada Hegelin mütləq ideyanın 

təbiətdə özgələşməsi və öz inkişafının sonunda yenə də ideyaya 

qayıdış əzmi haqqında təlimini də yada salmaq yerinə düşərdi.                             

Hər bir cismani varlıq bütün ömrü boyu özü əksinə

yaranış məqamında ayrılmış olduğu yuvasına, «ideya qəlibinə», 

ilkin ideyaya doğru can atır. Məhz bu cür yanaşdıqda, yəni «son 

məqsəd»lə ilkin ideyanın adekvatlığı  dərk edildikdə Platonun 

«çuxasından çıxmış» Aristotelin də son nəticədə yenə Platona 

 

1



 Yenə orada, səh. 11. 

2

 Bax, Поппер, səh. 12-13. 




 

- 61 -


                                                          

qayıtdığı aydın olur. Lakin baxdığımız bu misaldakı ideyalar 

neçə  əsrlərdən sonra iki fərqli təlim kimi yenidən «kəşf 

olunmuşdur». Platonun hər  şeyin mükəmməl ideyadan 

başlayaraq getdikcə cırlaşması, ilkin kamillik zirvəsindən enişə 

doğru hərəkət etməsi haqqında pessimist təlimi XIX əsrdə 

məşhur «entropiyanın artması qanunu» və «istilik ölümü» 

təliminin timsalında daha pessimist notlarda yenidən bəraət 

qazanmış, Aristotelin ibtidaidən aliyə inkişafı mümkün sayan 

«son məqsəd» təlimi yenə  də XIX əsrdə Ç.Darvinin təkamül 

nəzəriyyəsi sayəsində bir daha diqqət mərkəzinə  çəkilmişdir. 

Lakin hələ o vaxt Aristotelin ehtiyatla yanaşdığı təkamül təlimi 

indi də özünü tam doğrulda bilmədiyi halda, «entropiyanın 

artması qanunu» bütün elmi ictimaiyyət tərəfindən qəbul 

olunmuşdur.  İndi Platon öz ikinci gəncliyini  yaşamaqdadır. 

Aristotel isə xeyli qocalmışdır. Amma sual olunur ki, Aristotel 

platonizmi elmi fikir müstəvisinə endirməsə idi və onun 

ideyalarını sistemləşdirməsə idi, Platon yenidən doğula 

bilərdimi?  

Bəli, Aristotel fəlsəfəni də sistemə salmaq istəyirdi. Və 

məhz substansiya, başlanğıc, ilk səbəb haqqındakı bilikləri 

sistemləşdirərkən burada da «ağ  ləkələrin» olduğunu ortaya 

çıxarmışdı. Maraqlıdır ki, Aristotel əvvəlki filosofların  əsas 

nöqsanlarından birini onların «hərəkətin mənbəyi» məsələsini 

araşdırmamalarında görürdü. Daha bir paradoks: metafizik 

düşüncənin dahisi, dialektik düşüncənin dahilərinə «hərəkət» 

dərsi verməyə çalışırdı.

1

      



Hələ Aristoteldən çox-çox əvvəl «ilk səbəb» və «hərə-

kətin mənbəyi» axtarışları  qədim  Şərq fəlsəfi təlimlərində  fəl-

səfi fikrin əsas problemi olmuşdur. «Riqveda»da yazılır:  

 

  O zaman nə quru, nə də quru olmayan var idi



  Nə hava məkanı, nə üzərində səma var idi. 

  Hərəkət edən nə idi? Harada? Nəyin sayəsində?    

  Nə ölüm, nə ölməzlik,  

 Gecə ilə gündüz arasında fərq də yox idi. 

  Tək olan səssizcə nəfəs alır  

 

1



 Аристотель. Метафизика, səh. 73.  


 

- 62 -


                                                          

  Və ondan başqa heç nə yox idi.

1

  

 

Digər himndə deyilir:  



 

 Kainat nədən yarandı?  

 Onu kimsə yaratdı ya yox, 

  Kim onu yuksək səmada gördüsə, 

  O da həqiqətən bilir. (Amma) bəlkə bilmir? 

2

   


   

Göründüyü kimi, cavab verilməsə  də, yaranışla bağlı 

çoxlu suallar qoyulur. Hətta Tək olanın (Allahın) və onun şa-

hidinin nəyi isə bilməsi  şübhə altına alınır. Amma min illər 

keçdikcə Allah ideyası da təkmilləşir. Bütün yaradılışların 

əsasında  İlahi  əqlin durması, bütün qaranlıqların Nurlar nuru-

nun sayəsində  işıqlanması ideyası orta əsr  İslam fəlsəfəsində 

əsas ideyalardan birinə çevrilir.  

  Həzrəti  Əli ibn Əbu Talıb Nəhcül-Bəlağə  əsərində ya-

zır: «Onun üçün məhdud bir an yoxdur. Onun nəzərindən kə-

narda zaman da yoxdur».

3

 Mütləq ideya üçün, eləcə də mütləq 



maddiyyat, xaos üçün zaman məfhumu doğrudan da 

mənasızdır. Zaman yalnız müəyyənlik yarandıqda; maddiyyatın 

hansı isə hissəsi işıqlandıqda, nurlandıqda, konkret ideya ilə 

birləşdikdə, Allahın iradəsi ilə müəyyən forma və funksiya əxz 

etdikdə baş verən dəyişiklikləri ifadə edir. Yəni mütləq xaosda, 

qeyri-müəyyənlikdə  hər hansı  dəyişiklik qeydə alına bilməz. 

Deməli, zaman da xaosa, qaranlığa deyil, işıqlanmış, 

nizamlanmış, ideya ilə canlanmış sahələrə aiddir. «Hər  şeyi 

vaxtında yaratdı, bir-biri ilə zidd olan şeyləri birləşdirdi, 

uzlaşdırdı. Hər şeydə bir istedad, təbiət yaratdı və şeyin maddə-

sini ona uyğun düzdü, qoşdu; hər şeyi olmamışdan biləndir. O, 

şeylərin hüdudunu və sonunu qavrayandır. O, hər şeyin gizli və 

 

1

  Ригведа. – Гимн  о  сотворении  мира.  Х, 129, М., «Наука», 



1972,стр. 263.  

2

 Сто великих книг. М., 2004, стр. 25-26. 



3

  Həzrət  Əmir  Əli ibn Əbu Talıb. Nəhcül-Bəlağə. Bakı «Sabah» 

1993, səh. 21. 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə