FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə23/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   19   20   21   22   23   24   25   26   ...   129

 

- 69 -


kan-zaman müəyyənliyindən yüksəkdə dursa da, bədənlə 

müəyyən ilişgisi vardır. Məqsədimiz bu ilişginin nədən ibarət 

olduğunu açmaqdır.  

Birinci tezis: Nəfs ruhun bədənlə  çəpərlənərək konkret-

ləşdiyi, fərdiləşdiyi haldır.  



İkinci tezis: Nəfs ruhla bədən arasındadır. Aşağıdan bə-

dənə, yuxarıdan ruha bağlıdır.   



Üçüncü tezis: Bədən ruhla canlanır və nəfsin mövcudluğu 

təmin edilir. Ruhun təsir dairəsində olan bədən hələ canlıdır və 

nəfslə birlikdədir.   

Dördüncü tezis: Sonsuz, əbədi, əzəli ruhun sonsuz, əbədi, 

əzəli materiya ilə görüş məqamlarında lokal nəfs və lokal bədən 

yaranır. Və  nə  qədər ki, onlar bir-birinə  tən gəlir və bir-birini 

tamamlayır həyat davam edir. 

Həyat ruhla materiyanın görüşündən doğan və nəfslə bə-

dənin ittifaqı, bir-birini tamamlaması  şəklində davam edən 

bütöv prosesdir.  

Beşinci tezis: Hər bir bədənin əsasında müəyyən ideya 

dayanır. Bədənin ideyası ilə nəfsin ideyası adekvatdır.  



Altıncı tezis: Adekvatlıq pozulduqda həyat qüruba sarı 

gedir.  


Nəfs bədənin ideyasına köklənmiş lokal ruhdur. Bədən 

dünya ideyasının, təbiətdə əks olunmuş ideyanın bir parçasıdır, 

passiv ideya daşıyıcısıdır. Ruh onu aktivləşdirir və həyat əmələ 

gəlir. 


Nəfs lokal və  fərdi olsa da düşüncə imkanını  əhatə 

etməklə insanın  əql dünyasına qatılmasına imkan verir. Passiv 

ideya daşıyıcısı olan bədən (insan) düşüncəli nəfs sayəsində fəal 

ideyalar dünyasına daxil olur.  

İnsan yatarkən nəfs bədəndən müvəqqəti ayrılır, çərçi-

vədən, zaman-məkan müəyyənliyindən çıxaraq amorflaşır və 

ruhlar aləminə qədəm qoyur. Bu zaman onun bir tərəfdən digər 

bədənlərdən ayrılmış ruh-nəfslərlə görüşməsinə imkan yaranır, 

digər tərəfdən də zaman müəyyənliyi itdiyinə görə keçmişə və 

gələcəyə səfər edə bilir. 

Ruh aləmində keçmiş, bugün və  gələcək birgə (eyni za-

manda) mövcuddur. Yuxuda insanın gələcəyi görmək  şansı da 

bununla əlaqədardır.  



 

- 70 -


İnsan bədəni digər canlı orqanizmlərdən nə ilə fərqlənir?  

Cansız aləmdə hər bir hadisə, cisim müəyyən bir ideyanın 

daşıyıcısıdır. Passiv daşıyıcı. Lakin bu ideya passiv, cansız olsa 

da mürəkkəb iyerarxik struktura malikdir. Yəni cismin 

təşkilatlanmasının alt qatları da vardır ki, onlar makroideyadan 

asılı olmayaraq mövcuddurlar.   

Bəs cansız aləmdə  hərəkət necə başa düşülür? Cismin 

başqa cismlərə nəzərən yerinin dəyişilməsi – mexaniki hərəkət, 

onun daşıdığı ideyanın dəyişilməsini tələb etmir. Yəni cisim öz 

simasını saxlamaqla hərəkət edirsə, bu sadəcə yerdəyişmədir. 

Cismin ideyasının dəyişilməsi isə onun daxili hissələri 

arasındakı münasibətin dəyişilməsi sayəsində mümkündür. Hər 

bir struktur səviyyəsində  dəyişiklik daha yüksək səviyyədə 

ideyanın dəyişilməsinə gətirə bilər. Cismin kənar təsir olmadan 

zamana görə  dəyişilməsi  əslində onun ideyasında qabaqcadan 

nəzərdə tutulmuş dəyişiklikdir.  

Lakin bitki aləminin fərqi burasındadaır ki, burada kənar 

təsir sayəsində  dəyişiklik də qabaqcadan planlaşdırılmışdır. 

(Yəni kənar təsir sayəsində  həyata keçən bəzi dəyişikliklər də 

potensial  şəkildə qabaqcadan nəzərdə tutulmuş ola bilər.) 

Məsələn bir ruşeymin cücərməsi üçün günəşdən və ya 

torpaqdan gələn  əlavə enerci tələb olunur. Lakin bu enerci 

alındığı  təqdirdə onun nə kimi vəziyyətlərə keçəcəyi ruşeymin 

özündə planlaşdırılmışdır. Bu passiv ideyanın kənar tə-sirlə 

(əlavə enerci ilə) canlanmasıdır. Yəni burada hərəkət ideyanın 

canlanması  şəklində  həyata keçir. Kənar təsir,  əlavə enerci 

ruşeymin strukturunda əvvəlcədən olmasa da onun üçün yer 

saxlanılmışdır.  İlkin ideya tamamlanmamış olduğu təqdirdə 

cisim (ruşeym) özünü cansız cisim kimi aparır. Yəni onun 

daxildən hərəkəti yoxdur. Alt strukturlardakı  hərəkət makro-

strukturun dəyişilməsinə xidmət etmir. Olsa-olsa onun 

saxlanmasını  təmin edir. Ancaq makroideyanın tamamlanması 

baş verdikdə canlanma (daxildən hərəkət)  gedir. 

Həyatı mühitlə maddələr mübadiləsi kimi səciyyələndirən 

təbiətşünaslardan fərqli olaraq filosoflar diqqəti daxili inkişaf 

potensialına yönəltməkdə haqlıdırlar. Günəş, torpaq, su ancaq 

enerci mənbəyi kimi  çıxış edir. Bitkinin bütün  inkişaf yolu və 

gələcək vəziyyətləri isə irəlicədən, onun öz rüşeymində 




 

- 71 -


                                                          

planlaşdırılmışdır. Canlı aləmdə bitkilərin özünəməxsus 

statusunu Platon əsasən (yəni bizim təklif etdiyimiz 

konsepsiyaya uyğunluq baxımından) düzgün müəyyənləşdirirdi. 

Platona görə, bitki ancaq öz daxilində, daxilən hərəkət edir və 

kənar təsirlərə müqavimət göstərir. O, öz təbiətini və 

vəziyyətini bilmir. Ona görə də, bitki canlı varlıq kimi mövcud 

olsa da öz olduğu yerə  pərçimlənmişdir; belə ki, öz gücü ilə 

hərəkət etmək, yerini dəyişmək imkanı ona verilməmişdir.

1

  



Heyvanlarda da ruşeym halında olan ideyanın  canlan-

ması  və  hərəkət yaratması üçün əlavə enerci, əlverişli mühit, 

mühitin qidalandırıcı  təsiri lazımdır.  Əks təqdirdə potensial 

halda olan ideya reallaşa, tamamlana bilməz.  

(Enerci ideyanın canlanması üçün lazımdır.) 

Heyvanı bitkidən fərqləndirən isə onun iradəyə malik 

olmasıdır. Yəni heyvanın bütün hərəkətləri qabaqcadan, passiv 

ideya halında planlaşdırılmamışdır. Planlaşdırılan yalnız onun 

canlı varlıq kimi mövcudluq fəaliyyətidir (funküionirovanie).  

Heyvanın bütöv bir cisim olaraq yerdəyişməsi isə onun 

ideyasında, genetik planında yoxdur. Daha doğrusu ancaq 

hərəkət etmək imkanı var, bu imkanın gerçəkləşdirilməsi isə 

heyvanın mühitlə  məqsədyönlü  əlaqəsi  şəklində  həyata keçir. 

Yəni heyvan hansı istiqamətdə getmək istəyirsə  həmin istiqa-

mətdə yerlə əks əlaqəyə girir (yeriyir, sürünür və s.).  Hansı is-

tiqamətdə hərəkət etmək qərarını isə heyvan özü verir. Düzdür, 

bu qərar  şüura yox, instinktdə  əsaslana bilər, lakin heyvanın 

istəyinin olması və bu istəyə uyğun hərəkət etməsi iradi aktdır 

və onu bitkilərdən fərqləndirir.  

Beləliklə, heyvanın bütöv cisim olaraq hərəkəti onun 

daxili hərəkətindən fərqlidir. Daxili hərəkət onun istəyindən 

asılı olmayıb, rüşeymdəki ideyanın maddi təcəssümü kimi hə-

yata keçir.  

İnsan da heyvan kimi daxili hərəkətə malikdir və bu 

zaman ilkin ideyanın maddi təcəssümü prosesi gedir. Həm də 

onun iradəsindən, istəyindən asılı olmadan. İnsanı heyvandan  

fərqləndirən isə budur ki, onun bütöv orqanizm kimi fəaliyyəti 

 

1



  Платон.  Собрание  сочинений  в 4-х  т.  Т 3. М., «Мысль», 

1994, стр. 483. 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə