- 78 -
dərk etməkdə kamildir».
1
«Özü-özlüyündə zəruri olan –
məqsəddir və hər şey onunla tamamlanır… Hər bir məqsəd
fəzilətdir. O isə – mütləq fəzilətdir».
2
Burada Fərabi fikrini
əsaslandırmaq üçün Qurani-Kərimin ən-Nəcim surəsindən
«Ağır dönüş Rəbbinədir» (42-ci ayə) kəlamını yada salır.
Platonda isə «ideya» anlayışı daha mütəhərrik olduğundan o,
rahatlıqla «zəruri bilik» anlayışına keçir və fəlsəfəni bəni-adəm
üçün də əlçatan edir. Lakin bununla belə, filosofluq sıradan biri
üçün yox, ilahi mahiyyətə qovuşanlar üçündür.
Platona görə, zərurət ideyaya adekvatlıq kimi başa dü-
şülməlidir. Hər hansı bir şeyi anlamaq bu şeyin ideyasını
anlamaqdır.
3
İdeya isə adi insanlar üçün əlçatmaz olduğundan
onlar adətən şey haqqında hissi təcrübədən çıxış edərək rəy
söyləyir, fikir yürüdürlər. Hisslərin verdiyi məlumat isə hələ
həqiqət (deməli həm də bilik) deyil. Platon hər cür sensualizmə
və empirizmə qarşı çıxaraq həqiqətin ancaq ruhun ideyaya ilkin
bələdliyindən üzə çıxdığını iddia edir. Platona görə, ruh əbədi
olduğundan həqiqi biliklər insana əslində əvvəlcədən
məlumdur. İnsan ona əslində məlum olanı sadəcə yadına salır.
4
Ona görə də fikir şeyə yox, ruha fokuslanmalıdır.
Əlbəttə, Platon ruhda biliklərin əvvəlcədən və məhz bir
həqiqət olaraq mövcudluğunu ruhun əvvəlki həyatı ilə və
deməli, əslində virtual hissi təcrübənin məhsulu kimi izah edir.
Bununla da, Platon fərqinə varmadığı bir paradoksla üz-üzə
qalır. Belə ki, çağdaş insan həyatında hissi təcrübənin roluna
elə də önəm verməyən Platon həqiqi bilikləri nəticə etibarilə
yenə də (virtual) hissi təcrübənin nəticəsi kimi izah etmək
məcburiyyətində qalır. Halbuki, Fərabinin, İbn Sinanın,
Ş.Y.Sührəvərdinin, bir sözlə, islam fəlsəfəsinin mövqeyindən
çıxış etdikdə, bu biliklər Allah vergisi və ya «alın yazısı»
kontekstində daha yaxşı izah olunur. Bu biliklər ona görə
1
Yenə orada.
2
Yenə orada.
3
Н.Е.Скорцов. Платон о сознании в борьбе с сенсуализмом и
эмпиризмом. – Платон: Pro et contra. СПб.: 2001, стр. 278.
4
Платон. Менон. Собрание сочинений в 4-х томах. Том 1,
М., «Мысль», 1990, стр. 595.
- 79 -
həqiqətdir ki, onu Yaradanın özü təlqin edir. Hər bir yaradılmış
şeyin ideyası ancaq yaradıcıya məxsus ola bilər. İnsanlar isə
hissi təcrübə yolu ilə artıq yaradılmışın öyrənilməsi sahəsində
onun əsasında duran ideyanı əxz etməyə çalışırlar. Fikir maddi
təcəssümdən ideyaya, yəni bir növ geriyə doğru hərəkət edir.
Platon irsinin bu irsə yaradıcı münasibət bildirən mü-
səlman filosoflarının əsərləri ilə müqayisəsi ilk baxışdan nəzərə
çarpmayan bir sıra incə problemlərin işıqlanmasına imkan
yaradır ki, bunlardan da biri məhz həqiqətin mənşəyi
məsələsidir.
- 80 -
PLATON, PLOTİN VƏ … SARTR
Kainat nə qədər böyük və onun müxtəlifliyi
nə qədər çox olsa da, o hər şeyi ehtiva edən
ilahi bir qüvvənin sayəsində vəhdətdədir.
Onun sayəsində bütün bu dünya ilahiləşir.
Plotin
«Mən harada dayanmışamsa, dünyanın mərkəzi də
oradadır» fikri (Molla Nəsrəddin) «dünya – mərkəzi hər yerdə
olan, səthi isə olmayan sferadır» fikrinin (B.Paskal) xüsusi
halıdır. Mərkəz rolunu dərk edən, anlayan, eyni zamanda quran,
yaradan bir başlanğıc – subyekt oynayır. Yerdə qalan nə varsa,
bu yaradıcı başlanğıc üçün bir obyekt və hətta bir materialdır.
Belə bir mərkəz olaraq Mən-in, insanın seçilməsi bir tərəfdən
insan eqaizminin nəticəsi olsa da, digər tərəfdən, insanı bütün
başqa varlıqlardan fərqləndirən əsas əlamətə – şüura və ya canlı
ideyaya malik olmasıdır. Başqa sözlə, mərkəzdə ancaq ideya
dayana bilər. İdyea işıq mənbəyidir və mərkəzdən uzaqlaşdıqca,
bu işıq zəifləyir. Sonsuz kiçilənə qədər zəfiləyir, amma heç vaxt
tamamilə itmir. İnsan haqqında belə bir mülahizə «İnsan yer
üzünün əşrəfidir», yaxud «insan yer üzərində Allahın
xəlifəsidir» fikirlərindən qaynaqlanır. Lakin insan zəkasının
işığı məhduddur və o harada isə tamamlanır. Mərkəzində insan
dayanan dünya potensial halda, imkan şəklində sonsuz və
sərhədləri qeyri-müəyyən olsa da, gerçəkdə həmişə bir hüdudla
məhdudlaşır. Qurani-Kərimdə deyildiyi kimi, insanlara bilgilər
- 81 -
müəyyən hüdud daxilində verilmişdir.
İnsan zəkası sonsuz səmanı tam işıqlandıra bilməsə də,
kənardan baxdıqda bu səmada işıqlı bir mərkəz kimi görünür.
Hər bir insan bir ulduz, dünya isə kəhkəşanı xatırladır. Bütün
insanlar içərisində biri – Mən isə sanki bir Günəş olaraq bütün
ulduzlardan seçilir və dünyanın mərkəzi olmaq iddiası ilə çıxış
edir.
Doğurdanmı mərkəzdə dayanan insandır? Yoxsa insan
Allaha xas olan bir keyfiyyətin daşıyıcısı olmaqla mərkəzə
çəkilir. Dünyanın hər bir nöqtəsi mərkəzdir. Çünki hər bir
nöqtədə Allahın əlaməti vardır. İnsan zəkasının işığı əslində
birinci işığın sayəsində mümkün olur. Bütün dünyanı
işıqlandıra bilən işıq – Nur Əl-Ənvər ancaq Allaha məxsusdur
(Ş.Y.Sührəvərdi). Lakin bu işıqdan pay almış başqa işıqlar da öz
ətrafı üçün nisbi mərkəzlərə çevrilir. Bununla belə, unutmaq
olmaz ki, bu mərkəzlər, bu nisbi müstəqil işıq mənbələri əslində
işığın əsil mənbəyi deyildir. Söhbət sadəcə olaraq səpələnmiş
ilk işığın ikinci, üçüncü və növbəti dəfə lokallaşması və sanki
yeni mərkəzlər yaranmasından gedir. Ceyms «Praqmatizm»
əsərində buna bənzər bir problemlə bağlı yazır ki, bəzi
psixoloqlar işığın şüşə günbəzdən düşdüyünü görən məhbus
işığın Günəşdən deyil, məhz günbəzdən gəldiyini düşündüyü
kimi, şüurun da beyindən hasil olduğunu düşünürlər. Halbuki,
beyin burada yalnız ötürücü vasitə rolunu oynayır.
1
Bəli, hər
bir insan da müəyyən yaxınlaşmada işıq mənbəyi və dünyanın
mərkəzi kimi görünsə də, əslində o yalnız İlahi ideyadan gələn
işığın fokus mərkəzi kimi çıxış edir və işığı alıb yenidən
səpələyir.
Neoplatonizmdə, hermetizmdə və orta əsrlər fəlsəfəsində
geniş yayılmış bir fikrə görə, Allah dünyanın istənilən
nöqtəsində vardır və bütün yerdə qalan dünya onun ətrafında
hüdudu olmayan bir sfera kimi mövcuddur. Platon «Timey»
əsərində kainatı vahid ruha malik olan canlı varlığa bənzədirdi.
Bu təlimə görə, bu görünən canlı varlıq – nəhəng, gözəl və
1
Джемс. Прагматизм. М., 1910. – Бах: А.Г.Спиркин. Сознание
и самосознание. М., Политиздат, 1972, стр.34.
Dostları ilə paylaş: |