FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə18/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   14   15   16   17   18   19   20   21   ...   129

 

- 54 -


                                                                                                                 

fəlsəfənin inkişafından daha çox elmi biliyin inkişafına təkan 

vermiş, marksizm klassiklərinin işlətdiyi mənada (yəni, 

dialektik düşüncəyə alternativ olaraq)   metafizik təfəkkürün 

əsasını qoymuşdur. Formal məntiq hər hansı bir şeyin, 

hadisənin həm xeyir, həm də şər, həm isti, həm də soyuq, həm 

hərəkətdə, həm də sükunətdə ola bilməsindən çıxış edən 

dialektik fikrin inkarından başlanır. Biz hətta deyərdik ki, 

əslində fəlsəfənin inkarından başlanır və fikrin elmiləşdirilməsi 

prosesinin başlanğıcını qoyur. Üstəlik, fikrin 

elmiləşdirilməsində müəyyən rol oynasa da,  onun riyaziləşməsi 

ilə bir araya sığmır.  

Tarixin belə bir görünən məqamı da nəzərə alınmalıdır ki, 

dialektik düşüncənin nümayəndələri olan Pifaqor və Platon 

tarixə, həm də riyaziyyatın, riyazi təfəkkürün təmsilçiləri kimi 

daxil olublar. Düzdür, Platon riyaziyyatçı deyildi. Amma 

düşüncə  tərzinə görə o, riyaziyyatın, Aristotel isə elmin 

(təbiətşünaslığın) önə  çəkilməsinə xidmət edirdi. Bəli, təbiəti 

olduğu kimi öyrənmək istəyi, hissi təcrübədən və deməli, key-

fiyyət hallarından çıxış edən Aristotel xəttindən fərqli olaraq, 

dünyanın idealizasiyasını və ya ideal dünyanı önə çəkən Platon 

xəttində  kəmiyyət münasibətləri üçün daha çox yer qalır. 

Burada biz zahiri bir paradoksla üzləşirik; bir tərəfdən

formalizmi xatırladan riyazi dəqiqlik və digər tərəfdən, 

keyfiyyət müəyyənliyinin hüdudlarının, konturlarının silinməsi. 

(Riyazi kəsilməzlik). Burada, görünür, riyaziyyatın dialektika 

ilə  sıx  əlaqəsini üzə  çıxarmaq tələb olunur. Keyfiyyət 

 

aid olduğunu göstərməyə çalışmışdır. Lakin bu tezisi formal məntiqin 



mahiyyətini açmaq istiqamətində davam etdirməmişdi. Məsələyə tam 

simmetrik olaraq baxsaq, «medalın o biri üzü» görünür. Kant məkan-

zaman və səbəbiyyət kateqoriyalarının hissi dünyanın hadisələri izah 

olunarkən, yəni onlar fikir müstəvisinə köçürülərkən lazım olduğunu 

vurğulayır.  Biz isə  əks prosesə fikir hadisələrinin hissi dünyaya 

köçürülməsi məsələsinə baxırıq və yenə  də zaman-məkan və 

səbəbiyyət anlayışlarına ehtiyac yaranır. Məhz zaman-məkan 

müəyyənliyi  şəraitində fikir formal məntiq qəliblərinə salınmış olur. 

Qəlib nədir  əslində – zaman-məkan müəyyənliyi. Burada «məkan» 

anlayışı spesifik məna daşıyır. Yəni söhbət fikirlərin demarkasi-

yasından, anlayışın sərhəd müəyyənliyindən gedir.  


 

- 55 -


                                                          

müəyyənliyinin ölçüyə salınması ölçü xaricində yeni bir 

keyfiyyətə keçid imkanı açır ki, bu da məhz dialektikadır. 

Neçə min il sonra Hegel tərəfindən dialektikanın  əsas 

prinsiplərindən biri kimi formulə ediləcək bu qanunauyğunluq, 

əslində  həm də formal məntiqlə riyaziyyatın münasibətini – 

nisbətini ifadə edirmiş!   

Bunu da nəzərə almaq lazımdır ki, formal məntiq təkcə 

sofistikanı  və dialektikanı istisna etməklə  məhdudlaşmayıb, 

həm də riyaziyyata biganə qalır, ondan yan keçirdi.  

Aristotel özü, əlbbəttə, universal bir zəka sahibi olaraq 

riyaziyyatdan uzaq adam deyildi, lakin onun istinad etdiyi və 

inkişaf etdirdiyi xətt daha çox keyfiyyət bölgülərinə əsaslanırdı 

və  kəmiyyət bir növ arxa plana keçirdi. «Şey nədirsə – odur» 

qətiyyətindən çıxış edən formal məntiq kəmiyyətin dəyişməsi 

ilə onun başqa bir şeyə çevrilmək imkanını  nəzərə almır, ala 

bilmir.  

Təsadüfi deyildir ki, dövrümüzün böyük riyaziyyatçısı və 

filosofu A.H.Uaythed Aristotel təlimini təhlil edərkən formal 

məntiqin nəinki fəlsəfəyə, həm də elmə  gətirdiyi ziyanlardan 

bəhs edir: «Platonun harmoniyanın riyazi nisbətlərlə  əlaqəsi 

haqqında təlimi öz qəti təsdiqini tapdığı halda, Aristotelin 

keyfiyyət predikatlarına 

əsaslanan təsnifatları riyazi 

formullarsız çox məhdud tətbiq dairəsinə malikdir. Riyazi 

anlayışları  nəzərə almayan Aristotel məntiqi elmin inkişafına 

gətirdiyi xeyirdən heç də az olmayan ziyan gətirmişdir».

1

 



Digər tərəfdən, onun riyaziyyatdan (baxılan halda – hən-

dəsədən) uzaq durmasının sən demə ziyanı ilə yanaşı, xeyri də 

var imiş. Müasir dövrün böyük elm və fəlsəfə tarixçisi A.Koyre 

yazır: «Aristotel təlimi riyazi təlim deyil – onun zəif cəhəti 

bundadır; lakin bu onun həm də güclü cəhətidir. Bu təlim 

metafizik təlimdir. Aristotel dünyası  həndəsi baxımdan 

əyilməsə  də, belə demək mümkündürsə, metafiziki baxımdan 

əyriliyə malikdir».

2

 

 



1

    А.Н.Уайтхед.  Избранные  работы  по  философии.  М.: 

Прогресс, 1990, стр.553-554.  

2

  А.Койре.  Очерки  истории  философской  мысли.  М, 1985, 



стр.17. 


 

- 56 -


Əbu Turxan üçüncü əyilmə hadisəsindən – fikir fəzasının 

əyriliyindən  bəhs edir. Onun fərziyyəsinə görə, istər həndəsi, 

istərsə də metafiziki əyilmə insanın əqli potensialının lokallığı, 

məhdudluğu ilə bağlıdır. Elə bil ki, fikir (bəşər fikri - elm) özü 

də göy cismləri kimi, atom, elektron və s. kimi dairəvi hərəkət 

edir. Qurani-Kərimə görə, Allah insana məhdud bilgilər 

vermişdir; fikir müəyyən hüduda, sərhəddə  qədər gedə bilər; 

sərhəddə yaxınlaşdıqca çətinliklər artır. Fikir sıxlaşır, 

ekranlanır  və geri dönür. (Nə vaxt döndyümüzdən heç 

xəbərimiz də olmur). İrəliləmə  hərəkəti fırlanma hərəkətinə 

keçir. Əslində bəlkə də söhbət spiralvari hərəkətdən gedir. Yəni 

burada həm irəliləmə, həm də dönmə komponentləri vardır. 

(Bəlkə elə Günəş  də, atom da və s. spiralvari hərəkət edir, 

amma biz ancaq fırlanma komponentini müşahidə edə bilirik. 

«Kainatın genişlənməsi» effekti irəliləmə komponentindən 

xəbər vermirmi?).  

Artıq çoxdan təkzib edilmiş Aristotel fizikasının yerini 

Qaliley-Nyuton mexanikası tutur; mütləq zaman və mütləq 

məkan konsepsiyası  əsas elmi prinsipə çevrilir. Lakin sonra 

Eynşteyn gəlir və zaman da, məkan da yenidən nisbiləşir. 

Nyuton prinsiplərini «başa düşməyən» və zaman-məkan kon-

tiniumunu cismlərlə bağlayan Leybnisin XXI əsrdə yenidən 

aktuallaşması  və fikrin Aristotelə dönüşü yeni bir dairəvi 

hərəkətin təməlini qoymurmu? Yaxud başqa bir misal. 

«Hərəkətin mənbəyi cismin öz təbiətində axtarılmalıdır» fikri 

«kənar təsir» prinsipi ilə  rədd edilir. Lakin neçə  əsr sonra 



elektronların iradəsi olduğu aşkarlanır və yenidən cismin öz 

təbiətini araşdırmaq zərurəti ortaya çıxır. Müasir genetika da 

orqanizmin bütün sonrakı inkişaf yolunun təməlinin hələ 

rüşeymdə ikən qoyulduğunu göstərir. Bu da orta əsr  İslam 

fəlsəfi təlimlərinə, oradan da yenə  qədim fəlsəfəyə qayıdış 

deyilmi? Yaxud müasir fenomenologiya Dekart təliminə, 

Dekart işraqiliyə, işraqilik Mani təliminə, Mani Zərdüştiliyə 

qayıtmırmı  və  hər  şey yenidən başlanmırmı? Ekzis-

tensializmdən sifizmə, sufizmdən dzen-buddizmə qayıdışlar da 

fəlsəfi fikrin bir növ dairə  (əslində spiral) üzrə  hərəkət etdi-

yindən xəbər vermirmi? Bütün bu deyilənlər irəliləyən fikrin nə 

vaxtsa, «xəbərsiz-ətərsiz» geri qayıtmış olması faktlarının fikir 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə