FəLSƏFƏ fənni üzrə proqram tibb və tibb təmayüllü ixtisaslı mütəxəssislər üçün


V Dialektika, onun qanunları və kateqoriyaları



Yüklə 51,19 Kb.
səhifə10/18
tarix18.05.2022
ölçüsü51,19 Kb.
#87289
1   ...   6   7   8   9   10   11   12   13   ...   18
FELSEFE kitab formasi proqram 2020

V Dialektika, onun qanunları və kateqoriyaları
Dialektika universal əlaqəlar və inkişaf haqqında təlimdir. Ümumi əlaqə və qarşılıqlı təsir anlayışları. Qarşılıqlı əlaqələrin növləri. İnformasiya əlaqələrinin özünəməxsusluğu. Dialektikanın sistemi, onun əsas struktur elementləri. Dialektikanın prinsipləri. Obyektiv və subyektiv dialektika. Dialektik və metafizik təfəkkür metodları. Sofizm, eklektisizm, sxolastika və ehkamçılıq. Dialektikanın funksiyaları
Qanun anlayışı. Gerçəklik hadisələrinin qanunauyğun əlaqələri. Qanunların təsnifatı. Dinamik və statistik qanunlar
İnkişaf anlayışı. İnkişafın müxtəlif modelləri. XX əsrin sonlarında təbiət elmləri sahəsindəki elmi kəşflər. Sinergetika - açıq qeyri-xətti sistemlərin özünü təşkilinin qanunauyğunluqlarını öyrənən fənlərarası elmi tədqiqat sahəsidir. Təbiətdə və cəmiyyətdə inkişafın özünəməxsusluğu, onları əlaqələndirməyin zəruriliyi
Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunu və inkişafın mexanizmi. Kəmiyyət, keyfiyyət və ölçü anlayışları. Sıçrayış keyfiyyət dəyişmələrinin ümumi formasıdır. Sıçrayışın növləri
Fəlsəfə və təbabətdə ziddiyyət problemi. İnkişafın mənbəyi, səbəbi kimi. Əksliklərin vəhdəti və mübarizəsi qanunu. “Eyniyyət”, “fərq”, “əkslik”, “ziddiyyət” anlayışları. Ziddiyyətlərin növləri. Daxili ziddiyyətlər inkişafın mənbəyidir. Əksliklərin vəhdəti və mübarizəsi qanunun idrak prosesində və sosial fəaliyyətdə rolu
İnkarı inkar qanunu. İnkar kateqoriyası. İnkarın dialektik və metafizik anlayışı. Dialektik inkar inkişafın zəruri şərti, yeni keyfiyyətə keçiddə köhnə ilə əlaqə momenti və varisliyin ifadəsidir. İnkişafın istiqaməti. İnkişafın tsiklik xarakteri və spiralvari forması. Mürəkkəb sistemlərin inkişafının - çoxplanlı xarakteri. İnkarı inkar qanununun gerçəkliyin müxtəlif sahələrində fəaliyyət xüsusiyyətləri
Dialektikanın əsas kateqoriyaları. Kateqoriya anlayışı. Fəlsəfi kateqoriyalar ilə ümumelmi anlayışların nisbəti. Dialektikanın kateqoriyalarının qnoseoloji və metodoloji funksiyaları
Təkcə, xüsusi və ümumi kateqoriyaları. Mahiyyət və hadisə. Hadisə mahiyyətin ifadəsidir. Mahiyyət ilə hadisənin qarşılıqlı əlaqəsi. Zahirilik (görünüş) anlayışı. İdrakın hadisədən mahiyyətə doğru qanunauyğun yolu
Tam və hissə kateqoriyaları. Bütövlük prinsipi. Bütövlüyün əsas tipləri: qeyri-mütəşəkkil, mütəşəkkil və üzvi bütövlüklər. Sistem, struktur və element anlayışları. Sistemlərin növləri. Sistemli-struktur təhlil metodu. Onu tarixi yanaşma ilə əlaqələndirməyin zəruriliyi
Məzmun və forma kateqoriyaları və onların vəhdəti. İnkişafda məzmunun aparıcı rolu. Formanın nisbi müstəqilliyi və onun məzmuna fəal təsiri. Diaqnostika, səbəb və nəticə kateqoriyaları, onların dialektikası. Səbəbiyyət əlaqəsi və funksional əlaqə. Birmənalı və ehtimallı səbəb-nəticə əlaqələri. Səbəb və vəsilə (bəhanə). Determinizm prinsipi. Determinizmin tarixi formaları. Səbəbiyyət və məqsədəuyğunluq. Gerçəkliyin müxtəlif sahələrində determinizmin təzahür xüsusiyyətləri
Zərurət və təsadüf kateqoriyaları. Onların daxili və xarici səbəblərlə əlaqəliliyi. Təsadüf zərurətin ifadə forması və tamamlanmasıdır. Üzvi aləmin təkamülündə təsadüflərin rolu. İctimai inkişafda təsadüflər, onların tarixi qanunauyğunluq ilə əlaqəsi. Fatalizm və taleyə inam. Volyuntarizm
Zərurət və təsadüf kateqoriyalarının praktiki fəaliyyətdə rolu. Azadlıq və məsuliyyət
İmkan və gerçəklik, onların qarşılıqlı münasibətləri. İmkanın növləri: formal və real imkan. Ehtimal anlayışı. Ehtimal imkanın reallaşması dərəcəsidir. İmkanın gerçəkliyə çevrilməsində obyektiv şəraitin və subyektiv amillərin rolu



Yüklə 51,19 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə