FəLSƏFƏ fənni üzrə proqram tibb və tibb təmayüllü ixtisaslı mütəxəssislər üçün


XX əsrin əsas fəlsəfi cərəyanları



Yüklə 51,19 Kb.
səhifə6/18
tarix18.05.2022
ölçüsü51,19 Kb.
#87289
1   2   3   4   5   6   7   8   9   ...   18
FELSEFE kitab formasi proqram 2020

XX əsrin əsas fəlsəfi cərəyanları. Müasir Qərb fəlsəfəsinin əsas cəhətləri. Klassik fəlsəfə: yenikantçılıq, fenomenologiya, neopozitivizm, strukturalizm, analitik, fəlsəfə, neotomizm, marksizm. Klassik fəlsəfədən qeyri-klassik fəlsəfəyə keçid: həyat fəlsəfəsi, ekzistensializm, personalizm, fəlsəfi mistisizm, postmodernizm, fəlsəfi antropologiya. Qeyri-rasionallıq problemi. İradənin rolunun mütləqləşdirilməsi. A.Şopenhauer (1788-1860) və F.Nitsşe (1844-1900). İrrasionalizm. Praqmatizm. Ç.Pirs (1839-1914), U.Ceyms (1842-1910), C.Dyui (1859-1939) A.Berqsonun (1859-1941) “həyat fəlsəfəsi” təlimi. Dünyanın “duyğular prizmasından” izahı Max və Avenarius.
Z.Freydin (1896-1939) psixoanaliz təlimi. Qeyri-şüuri problemi. XX əsr fəlsəfəsində insana doğru dönüş. Ekzistensializm, personalizm və fəlsəfi antropologiya. Ekzistensializm və insan azadlığı problemi. Exzistensiya paradiqması
Pozitivizm fəlsəfəsi. Onun tarixi formaları. Neopozitivizmdə dilin dünya və insan şüuru ilə münasibətinin izahı. Reduksionizm. Verifikasiya prinsipi
XX əsrin 60-70-ci illərində əsas fəlsəfi cərəyanları. Strukturalizm. “Neqativ dialektika” konsepsiyası. “Cəmiyyətin tənqidi” nəzəriyyəsi. “Birölçülü insan” təlimi
XX əsrin 70-90-cı illərində fəlsəfi məktəblər: postpozitivizm, hermenevtika, tənqidi rasionalizm, elmin metodologiyası. İntuitivizm fəlsəfəsi
XX əsrin sonu – XXI əsrin əvvəlində fəlsəfi cərəyanlar. Моdernizm və postmodernizm fəlsəfəsi. Müasir din fəlsəfəsi. Neotomizm
XX əsrdə Şərqdə fəlsəfi fikir. Çağdaş Azərbaycanda, İranda və Türkiyədə fəlsəfə


III Ontologiya
Dünyanı fəlsəfi anlamağın əsasları. Varlıq haqqında fəlsəfi təlim. Varlıq - fəlsəfənin “əbədi” və mərkəzi kateqoriyasıdır. Varlıq ən ümumi reallıqdır. Varlıq anlayışının həyati kökləri. Bütöv bir tam kimi götürülən dünyanın varlığı və oradakı konkret mövcudatın varlığı. Varlıq materiya ilə yanaşı şüur, ideya və digər qeyri-maddi obyektlərdir
Varlıq kateqoriyasının “mövcudluq”, “reallıq” anlayışları ilə əlaqəsi. Varlıq və qeyri-varlıq. Varlıq formalarının təsnifatı və səciyyəsi. Əşya və proseslərin, təbiət hallarının varlığı (“birinci təbiətin varlığı”); insan tərəfindən, insan əli ilə yaradılan şeylərin (“ikinci təbiətin”) varlığı. İnsanın varlığı. Mənəvi varlıq. Şüuri və qeyri-şüurinin varlığı. Sosial varlıq fərdi və ictimai varlığın vəhdətidir. Kainat haqqında elmi və fəlsəfi təsəvvürlərin təkamülü

Yüklə 51,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə