FəLSƏFƏ fənni üzrə proqram tibb və tibb təmayüllü ixtisaslı mütəxəssislər üçün


II Fəlsəfənin yaranması və inkişafının əsas mərhələləri



Yüklə 51,19 Kb.
səhifə3/18
tarix18.05.2022
ölçüsü51,19 Kb.
#87289
1   2   3   4   5   6   7   8   9   ...   18
FELSEFE kitab formasi proqram 2020

II Fəlsəfənin yaranması və inkişafının əsas mərhələləri
Fəlsəfnin yaranması şəraiti. Fəlsəfənin meydana gəlməsi, onun mədəni-tarixi müqəddəm şərtləri. Fəlsəfənin yaranmasının ümumi qanunauyğunluqları və hər regionda özünəməxsus cəhətləri.
Qədim Şərq fəlsəfəsi. Şərq dünya mədəniyyətinin beşiyidir. Qədim Misirdə və Babilistanda (e.ə. IV minilliyin sonu və III minilliyin əvvəlləri) ilkin fəlsəfi təsəvvürlərin formalaşması və elmlərin inkişafı. Qədim Misir və Babilistanda fəlsəfə və təbabət
Qədim Azərbaycanda fəlsəfi fikir. “Avesta” yaxın Şərq xalqlarının ilk mədəni abidəsidir. “Avesta”da irəli sürülən dünyagörüşünün dualist xarakteri. Zərdüştilik əxlaqının triadası. Oradakı mütərəqqi ictimai-siyasi, etik və estetik fikirlər. “Avesta”nın Azərbaycan xalqının ictimai fikir tarixində yeri və dünya mədəniyyətinə töhfəsi
Qədim Hindistanda fəlsəfənin yaranması: ortodoksal fəlsəfi təlimlər: mimansa və vedanta, sankhiya, yoqa, nyaya, vayşeşika və qeyri-ortodoksal təlimlər: çaynizm, çarvaklar, buddizm, lokayata. Hind fəlsəfi təlimlərində varlıq, insan və idrak məsələləri. Qədim Hindistanda fəlsəfə və təbabət.
Qədim Çində fəlsəfənin təşəkkülü. Əsas fəlsəfi məktəblər. Konfusiçilik təlimi. Moizmin varlıq və idrak nəzəriyyəsi. Daosizm təliminin əsas cəhətləri. Qədim Çində fəlsəfə və təbabət.
Qədim Şərq fəlsəfəsinin dünya fəlsəfi fikir tarixində rolu
Antik fəlsəfə. Antik yunan fəlsəfəsinin yaranması və inkişafının mərhələləri. Antik dövrdə formalaşan fəlsəfi paradiqma-kosmosentrizm. Erkən naturfəlsəfi təlimlər. Milet məktəbi: Fales (e.ə.640-562), Anaksimandr (e.ə.651-546), Anaksimen (e.ə.585-524), Pifaqor (e.ə.584-500) və pifaqorçuluq. Antik dialektikanın təşəkkülü. Efesli Heraklit (e.ə.540-480). “Eleya məktəbi”. Parmenid (e.ə.540-470) və Zenon (e.ə.490-430). Atomist təlimin meydana gəlməsi. (Levkipp (e.ə.500-440) və Demokrit (e.ə.430-370).
Yunan fəlsəfəsinin klassik dövrü: sofistlər və insan probleminə doğru dönüş. Sokratın (e.ə.469-399) fəlsəfəsində insan, onun şüuru və bilik problemləri
Platonun (e.ə.427-437) ideyalar konsepsiyası. Onun bədən və ruh haqqında təlimi. Platonun “Akademiya” fəlsəfi məktəbi
Aristotelin fəlsəfəsi. Materiya və forma təlimi. Ruh və zəka. Aristotelin “Likey” fəlsəfi məktəbi.
Ellinizm dövrünün fəlsəfəsi. Epikur (e.ə.342-271) tərəfindən atomist təlimin inkişaf etdirilməsi. “Epikür bağı” məktəbi. Qədim Romada fəlsəfə. Stoisizm: Seneka, Epiktet, Avreliy, Lukretsiy Karın (e.ə.95-55) varlıq təlimi və idrak nəzəriyyəsi
Qədim Romada spektisizm, Pirron, Sekst Empirik. Neoplatonizm: Plotin, Porfiriy, Afinalı Prokl. Eklektizm. Mark Tuli Siseron.
Dünya fəlsəfi fikrinin inkişafında antik fəlsəfənin rolu

Yüklə 51,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə