Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 1,08 Mb.
səhifə33/129
tarix31.08.2023
ölçüsü1,08 Mb.
#121158
1   ...   29   30   31   32   33   34   35   36   ...   129
F ls f n dir F ls f d nyag r kimi. F ls f nin predmeti. F

Epikürçülük. Ellin-Roma dövrünün ən görkəmli nümayəndələrindən biri Epikür (m.ö.341-270) hesab olunur. Onun Afinada açdığı məktəb “Epikür bağı” adı ilə məşhur olmuş, çoxsaylı tərəfdarlar toplamışdır.
Epikür fəlsəfəsi üç böyük mərhələyə bölünür:
- kanonika – idrak nəzəriyyəsi;
- fizika – təbiət haqqında təlim;
- etika – insanın davranışı, əxlaq təlimi.
Kanonika. İdrak nəzəriyyəsini Epikür kanonika adlandırıb. Çünki onun idrak nəzəriyyəsinin əsasında həqiqətin meyarları haqqında təlim dayanır (kanon –ölçü, meyar, nümunə).
Epikürə görə həqiqətin əsas və ilk meyarı duyğuların insana verdiyi məlumatlardır: “biz hər şeydə duyğularımıza arxalanmalıyıq”. O, biliyin mənbəyini zəkada görənlərlə qətiyyən razılaşmır. Hesab edir ki, zəka tam şəkildə duyğulardan asılıdır. Hisslərlə əldə olunan biliyi qüsursuz sayan Epikür dərketmə prosesindəki yanılmaların səbəbini zəkada görür: hisslər səhv etmir – zəka yanılır.
Fizika. Naturfəlsəfi (təbiətin fəlsəfəsi) problemlərin həllində Epikür Demokritin atomizminin ardıcılı olmuşdur. Ona görə kainat əbədi və sonsuzdur. Bütün şeylər (bütün materiya) atom və boşluqlardan təşkil olunub. Atom və boşluqlar da əbədidir. Atomlar əbədi hərəkətdədir. Bu hərəkət düzxətli olsa da, atomlar bir-biri ilə toqquşaraq kənaraçıxmalara yol verirlər. “Xalis ideyalar dünyası” yoxdur (Platonun əleyhinə). Kainatda çoxsaylı maddi dünyalar mövcuddur.
Etika. Epikür insanı bioloji təkamülün nəticəsi hesab edir. Ona görə Tanrılar əxlaqi ideal kimi mövcud olsalar da, dünyəvi işlərə qarışmırlar. İnsanın taleyi onun özündən və şəraitdən asılıdır. İnsan canı (ruhu) xüsusi növ materiya olub bədən kimi fanidir. İnsan yer həyatında xoşbəxtliyə can atmalıdır, bu xoşbəxtlik isə həzdədir. O, həzz dedikdə hissi həzzi yox, sağlamlıq, sevimli peşə ilə məşğul olmaq, iztirabın olmamasını nəzərdə tutur. Həyatın norması isə, arzu və istəklərin zəkalı məhdudlaşdırılması, təmkinlik və dinclik (ataraksiya), müdriklik olmalıdır.
Epikürçülüyün ikinci böyük nümayəndəsi Lukretsi Kar (m.ö. 99-55) Roma şairi və maarifçisi olub. “Şeylərin təbiəti haqqında” əsəri Epikürün Yeni Dövrdə tanınması üçün böyük mənbə rolunu oynayıb.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə