Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 1,08 Mb.
səhifə29/129
tarix31.08.2023
ölçüsü1,08 Mb.
#121158
1   ...   25   26   27   28   29   30   31   32   ...   129
F ls f n dir F ls f d nyag r kimi. F ls f nin predmeti. F

Atomistlər (Levkipp və Demokrit). Antik atomizmin banisi Levkipp hesab olunur. Lakin, onun həyatı və yaradıcılığı haqqında heç bir məlumat dövrümüzə gəlib çatmayıb. Ona görə də Antik atomizmdən danışanda Demokrit təlimi nəzərdə tutulur. Onun təlimi fəlsəfədə materialist cərəyanın əsası (“Demokrit xətti”) hesab olunur. Demokrit(m.ö. 470-370) Abderdə, varlı ailədə anadan olmuş, çoxlu səyahət etmiş, sonra vətəninə qayıdaraq, öz təlimini yaratmışdır. Atadan qalma mirası dağıtmaqda günahlandırılmış, qədim yunan adətlərinə əsasən mühakimə edilmişdir. Məhkəmədə parlaq çıxışı, yazdığı traktatlardan birini şərh etməklə sübut etmişdir ki, o, var-dövləti boş yerə xərcləməyib. Bundan sonra həmvətənlərinin böyük rəğbətini qazanmışdır.
Demokritə görə bütün mövcudluğun ilkbaşlanğıcı, “tikinti materialı” bölünməz mikroskopik hissəciklər –atomlardır. Bu təlimin əsas müddəaları belədir:
- bütün maddi dünya atomlardan təşkil olunub;
- atom kiçik hissəcik olub, mövcudluğun “ilkkərpicidir”;
- atom bölünməzdir;
- atomlar müxtəlif ölçülərə (kiçik və böyük), müxtəlif formalara (kürəvari, uzunsov, əyri, “tikanlı” və s.) malikdir;
- atomlar arasında boşluqla doldurulmuş məkan mövcuddur;
- atomlar əbədi hərəkətdədirlər;
- atomların dövranı mövcuddur, şeylər və canlı orqanizmlər mövcud olur, parçalanır, bundan sonra həmin atomlardan yeni canlı orqanizmlər və maddi dünyanın predmetləri yaranır;
- hissi idrak atomları “görmür”.
Sofistlər. M.ö. V əsrin ortalarından Qədim Yunanıstanın ictimai-siyasi həyatında ciddi dəyişikliklər baş verir. Ənənəvi idarəetmə üsulu olan aristokratiya və tiraniya quldarlıq (və yaxud, klassik) demokratiya ilə əvəzlənir. Məhkəmə və xalq yığıncaqları kimi seçkili təsisatlar formalaşır. Bu isə öz növbəsində, cəmiyyətin siyasi həyatında fəal iştirak etmək üçün insanların qarşısında müəyyən bacarıq və qabiliyyətlərə malik olmaq tələbi qoyur: bəlağətli nitq söyləmək, fikrini inandırıcı arqumentlərlə digərinə qəbul etdirmək, mühakimələri məntiqi sübut etmək və s. Bu təmayül bütövlükdə antik təhsil sisteminə təsir göstərir: dövr üçün ənənəvi olan gimnastika və musiqi digər məşğələlər, ilk növbədə ritorika, məntiq və fəlsəfə tərəfindən sıxışdırılır. Bu isə “fikirləşməyi, söyləməyi və etməyi” öyrədən, sonralar “sofistlər” (hərfən müdriklik mütəxəssisləri) adlandırılan peşəkar müəllim-filosofların meydana gəlməsinə səbəb olur. Öz ideyalarını dar çərçivədə, müəyyən intellektual qrup daxilində şərh edən ənənəvi filosoflardan fərqli olaraq, sofistlər daha geniş auditoriyalarda çıxış edirlər. Sofistlərin əsas qayəsi arzu edənlərə müəyyən ödəniş müqabilində bəlağəti, siyasi fəzilətləri və vətəndaş həyatında aktiv fəaliyyət üçün zəruri olan bütün mümkün bilikləri öyrətmək idi.
Protaqor. Sofistlərin görkəmli nümayəndələrindən olmuş Protaqor (təq.m.ö. 480-410) Abder şəhərində anadan olub. Peşəkar ritorika (nitq incəsənəti) və eristika (mübahisə incəsənət) müəllimi olmuş, ilk dəfə olaraq fəlsəfəni pul müqbilində istəyənlərə öyrətmişdir. Protaqor relyativizminin, yəni hər şeyin nisbiliyi haqqında təliminin əsasında dünya haqqında müəyyən təsəvvürlər dayanır. Bu təsəvvürlər Heraklitin hər şeyin daima hərəkətdə olması, dəyişməsini ehtiva edən təlimindən qaynaqlanır. Bu prinsipi, yəni mütləq dəyişkənlik prinsipini dərk edən subyektə aid edən Protaqor belə nəticəyə gəlir: təkcə dünya yox, həm də onu qavrayan canlı bədən (cisim) də dəyişir. Bu deyilənlər relyativizmin ontoloji əsasıdır. Protaqor buradan qnoseoloji nəticələr çıxarır: əgər hər şey dəyişirsə deməli onun haqqında iki əks fikir söyləmək mümkündür. Bu fikirlərin seçimində insan azaddır. Buradan onun məşhur tezisi: “İnsan hər şeyin ölçüsüdür” alınır. Məsələn, külək əsir, demək olarmı ki, soyuqdur? Əlbəttə yox, ola bilər ki, kimin üçünsə soyuq, kimə isə isti olsun. Deməli həqiqilik insanın özündən asılıdır.
Sofistlərin digər görkəmli nümayəndələri Gorgi, Hippiy, Prodik olmuşdur.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə