Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 1,08 Mb.
səhifə28/129
tarix31.08.2023
ölçüsü1,08 Mb.
#121158
1   ...   24   25   26   27   28   29   30   31   ...   129
F ls f n dir F ls f d nyag r kimi. F ls f nin predmeti. F

Empedokl və Anaksaqor. Sokrataqədərkilər fəlsəfəsində varlıq problemin şərhində Heraklit (hər şey axır və dəyişir) və Parmenid (varlıq dəyişməz və hərəkətsizdir) tərəfindən təklif olunmuş və bir-birinə zidd olan iki konsepsiya daha geniş yayılmışdır. Sonrakı filosoflar bu ziddiyyətin həllinə çalışmışlar. Fəlsəfi təlimlərini məhz bu prinsip əsasında qurmuş filosoflardan ən məşhurları Aqrigentli Empedokl və Klazomenli Anaksaqor olmuşdur.
Empedokl. Yaşca Anaksaqordan kiçik olsa da, fəlsəfi yaradıcılığa ondan tez başlamış Empedokl (təq. m.ö. 490-430) Siciliyanın Aqrigent şəhərində anadan olub. Fəlsəfi təlimi ionyalıların naturfəlsəfəsinə yaxındır. O, demək olar ki, Parmenidin varlıq təlimini qəbul edir. Lakin, onda ilkbaşlanğıc Parmenidin varlığının xassələrinə malik olsa da, sayca ondan fərqlənir. Onda ilkşbaşlanğc dörddür: od, hava, su, torpaq. Lakin, bu dörd ünsür passivdirlər. Onlardan əlavə iki kosmik qüvvə: Məhəbbət (Dostluq) və Nifrət (Düşmənçilik) mövcuddur. Dünyada baş verən dəyişikliklər Məhəbbət və Nifrətin əbədi mübarizəsinin nəticəsidir. Məhəbbət vəhdət və xeyir, Nifrət isə parçalanma və şər gətirir. Təbiətin həyatı dövrü səciyyə daşıyır: iki qüvvənin hökmranlığı növbələnir. Tale adlandırılan zaman müddətində bu qüvvələrin biri o birinə üstün gəlir. Məhəbbət və dostluq üstünlük təşkil edəndə ünsürlər vəhdətdə olur və Yerdə sülh və nizam bərpa olur, Nifrət və düşmənçilik üstünlük təşkil edəndə elementlər parçalanır, Yerdə düşmənçilik və parçalanma olur.
Anaksaqor. Fəlsəfəni şərqdən qərbə daşımış, böyük siyasi xadim Periklin dəvəti ilə Afinaya köçərək burada ilk fəlsəfə məktəbi yaratmış Klazomenli Anaksaqor (təq.m.ö. 500-428) İoniyanın Klazomen şəhərində doğulub.
Anaksaqorun təlimi Empedoklun təliminə yaxındır, lakin onda ilkbaşlanğıc dörd yox, sonsuz saydadır. Varlığın ilkbaşlanğıcı “homoemerlər” –“şeylərin toxumu” onun keyfiyyət daşıyıcısıdır. Şeylərin yaranması və yox olmasını Anaksaqor homomerlərin birləşməsi və parçalanmasının nəticəsi kimi izah etmişdir. Bu prosesin hərəkətverici qüvvəsi isə “Nus”dur (“ağıl”). “Nus” ilkin xaosdan kosmosu yaradır və iki xassəyə malikdir: o, hər şeyi hərəkətə gətirir və hər şeyi dərk edir.
Anaksaqor təbiətin şərhində öz dövrü üçün cəsarətli görünə biləcək bir sıra ideyalar irəli sürmüşdür. O, iddia edirdi ki, səma cisimləri İlahi səltənət yox, Yerdən qopmuş və közərmiş halda olan qaya parçalarıdır. Ay isə yalnız günəşin işığını əks etdirir.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə