Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 1,08 Mb.
səhifə37/129
tarix31.08.2023
ölçüsü1,08 Mb.
#121158
1   ...   33   34   35   36   37   38   39   40   ...   129
F ls f n dir F ls f d nyag r kimi. F ls f nin predmeti. F

Sxolastika. Roma İmperiyasının iki hissəyə: Qərbi və Şərqi imperiyalara parçalanması, sonra Qərbi Roma İmperiyasının süqutu, xristian ehkamlarının, xüsusilə İsa Məsihin təbiəti haqqında düşüncələrdəki fikir ayrılıqları xristianlığın iki yerə bölünməsi ilə nəticələnir: katolisizm və pravoslavlıq.
Şərqdə və Qərbdə xristian təlimini mahiyyətcə fərqli anlamları formalaşır. Pravoslavlıqda Allahın dərkinin dini-mistik üsullarına xüsusi diqqət yetirilir. Çünki, belə hesab olunur ki, İlahi həqiqətlərin dərki zəka ilə mümkün deyil. Katolisizmdə isə tezliklə belə bir inam formalaşır ki, Allahın gerçək dərki zəkanın, və deməli ilk növbədə elmin köməyi olmadan mümkün deyil. Ona görə də kilsə atalarının əsərləri əsasında, VI-XIII əsrlər ərzində Roma-Katolik kilsəsində xristian təliminin rasionallaşdırılması gerçəkləşdirilir. Bu zaman dini ehkamlar elmin, ilk növbədə fəlsəfənin köməyi ilə əsaslandırılır. Beləliklə, “sxolastika” yaranır. “Sxolastika” sözü yunan mənşəli olub: “sholia” –məktəb deməkdir. Ona görə də “sxolastika” bəzən “məktəb fəlsəfəsi” də adlandırılır.
Sxolastikanın əsas məqsədi –xristian təlimini nizama salmaq və dərk olunmasını asanlaşdırmaqdır. Çünki, xristianlığın geniş yayılması bir tərəfdən çoxsaylı din xadimlərinin hazırlanmasını, digər tərəfdən isə adi insanların xristian ehkamlarını asanlıqla başa düşməsi üçün onun sadələşdirilməsini tələb edirdi.
Sxolastika öz inkişafında dörd mərhələdən keçmişdir:
VIII –IX əsrlər: hazırlıq dövrü, əsas nümayəndəsi İohann Skott Eriugena.
IX –XII əsrlər: Roma-Katolik teoloqlarının (ilahiyyatçılarının) iman və zəkanın rolu haqqında mübahisələri.
XIII əsr: “sxolastikanın qızıl əsri”, Foma Akvinalı tərəfindən Roma-Katolik kilsəsinin rəsmi təliminin hazırlanması.
XIV əsr: sxolastikanın böhranı (Uilyam Okkam, Duns Skot, Rocer Bekon).
Foma Akvinalı. Orta əsrlər fəlsəfəsinin ən görkəmli nümayəndəsi, sxolastikanın sistemləşdiricisi dominikan monaxı Foma Akvinalı (1225/26-1274) olmuşdur. Onun yaratdığı təlim –tomizm Katolik kilsəsinin rəsmi doktrinası kimi qəbul edilmişdir. Vəfatından sonra, 1323-cü ildə müqəddəs elan olunub.
Foma Akvinalı öz dövrü üçün aktual olan, bütün xristian teoloqlarını düşündürən elm və imanın qarşılıqlı münasibəti məsələsinə aydın və birmənalı cavab vermişdir. O, öz əsərlərində elmin, ilk növbədə fəlsəfənin mühüm rolunu və nisbi müstəqilliyini qəti şəkildə bildirmişdir. Akvinalı hesab edir ki, fəlsəfənin fəaliyyət sferası əqlin dərk edə biləcəkləri ilə məhdudlanır.
Akvinalı göstərir ki, elmi-fəlsəfi mühakimələrin köməyi ilə bəzi xristian ehkamlarının həqiqiliyini, o cümlədən Allahın varlığını sübut etmək olar.
O, təkcə Allahın yox bütövlükdə mövcudiyyətin varlığını tədqiq etmişdir. Əsas müddəaları belədir:
- o, mahiyyəti (essensiya) və mövcudluğu (ekzistensiya) ayırır. Onların bölünməsi katolisizmin əsas ideyalarındandır;
- mahiyyət (essensiya) olaraq o, şey, və yaxud, hadisənin İlahi zəkada mövcud olan “xalis ideyasını”, əlamətlər məcmusunu nəzərdə tutur.
- mövcudluq (ekzistensiya) dedikdə isə, şeylərin varlıq faktını nəzərdə tutur.
İdrak problemini tədqiq edən Akvunalı aşağıdakı nəticələrə gəlmişdir:
- vəhy və zəka (iman və bilik) fərqli anlayışlardır;
- iman və zəka eyni zamanda idrak prosesində iştirak edirlər;
- iman və zəka həqiqi bilik verir;
- əgər insan zəkası imana əks gedirsə, o həqiqi bilik verə bilməz;
- dünyada hər şey iki yerə: zəka ilə dərk olunanlara və zəka ilə dərk olunmayanlara bölünür;
- zəka ilə Allahın mövcudluq faktı, Onun vahidliyi, insan ruhunun ölməzliyi dərk oluna bilər;
- dünyanın yaradılışı, ilkin günahabatma, Allahın üçlüyü zəka ilə dərk oluna bilməz, deməli İlahi vəhylə dərk olunur;
- fəlsəfə yalnız zəka ilə dərk olunanı şərh edə bilər.
Akvinalı Foma belə hesab edir ki, Allahın varlığını zəka, əql vasitəsilə sübut etmək mümkündür. O yazırdı ki, Allahın mövcudluğunu bir-birilə qarşılıqlı surətdə əlaqədar olan beş sübutu vardır: birinci sübut — hərəkətdə olan cism hər hansı bir başqa qüvvənin təsiri ilə hərəkətə gətirilmişdir. Deməli, cismin hərəkətə gətirilməsi üçün birinci hərəkətverici qüvvə lazımdır. Bu qüvvə Allahdır. İkinci sübut — dünyada bir sıra hərəkətdə olan səbəblər vardır. Flər şeyin səbəbi olmalıdır. Ola bilməz ki, hər hansı bir şey öz-özünün səbəbinə çevrilsin. Deməli, nəyinsə yaranması üçün birinci səbəb olmalıdır. Bax, bu birinci səbəb Allahdır. Üçüncü sübut — hər şey zərurətdən yaranır. Gerçəkliyin predmetləri, şeyləri və hadisələri təsadüflər nəticəsində meydana gələ bilməz. Onların yaranması üçün birinci zərurət olmalıdır. Bu birinci zərurət də — Allahdır. Dördüncü sübut — gerçəklikdə bir-birinin ardınca gedən müxtəlif keyfiyyət dərəcələri mövcuddur. Bunların da içərisində ən yüksək keyfiyyət dərəcəsinə malik, təkmilləşmiş bir qüvvə də mövcud olmalıdır. Həmin qüvvə də Allahdır. Beşinci subut — teoloji sübut adlanır. Bunun əsasında bütün təbiətdə təzahür edən xeyirlilik durur. Foma deyirdi ki, gerçəklikdə hətta təsadüfi və xeyirsiz görünən hər hansı bir şey məlum məqsədə yönəldilir. Onların da müəyyən mənası və xeyri var. Deməli, həyatda mövcud olan bütün təbii şeyləri müəyyən məqsədə yönəldə bilən ağlabatan bir qüvvə olmalıdır. Həmin qüvvə isə Allahdır.
1878-ci ildə Foma Akvinalının tomizm adlandırılan təlimi Roma Papasının qərarı ilə katolisizmin rəsmi ideologiyası elan olunmuşdur.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə