Fənn: “Ailə təbabəti”


Dağıntılar zamanı yaranan zədələrə qarşı ilk tibbi yardım



Yüklə 0,93 Mb.
səhifə20/33
tarix23.12.2023
ölçüsü0,93 Mb.
#154543
1   ...   16   17   18   19   20   21   22   23   ...   33
Günay. PDF. Ailə Təbabəti

Dağıntılar zamanı yaranan zədələrə qarşı ilk tibbi yardım


Dağıntılar zamanı meydana çıxan travmalardan biri uzunmüddətli sıxılma sindromu-Kraş sindromudur. Kraş sindromu-uzun müddət böyük mexaniki qüvvənin təzyiqi altında bədənin yumşaq toxumalarının zədələnməsi nəticəsində inkişaf edir. Sindromun meydana çıxmasına səbəb muxtəlif travmalar ola bilər. Daha çox zəlzələlər, muasir silahların istifadəsi zamanı baş verən dağıntılarda, inşaat meydanlarında, şaxtalar, karyerlərdə baş verən uçqunlar zamanı rast gəlinir. Ağır mexaniki qüvvə tərəfindən sıxılan yumşaq toxumada əzilmə, dağılma baş verir. Meydana çıxan ağrı zərərçəkmişin sinir, ürək-damar, tənəffüs sistemində ciddi pozuntular yaradır. Eyni zamanda əzilmə nəticəsində qansızmalar olur. Kraş sindromu zamanı ilk yardım kompleksşəkildə aparılır:



  1. Qısa müddət ərzində zədələnmiş şəxsin dağıntı altından azad edilməsi;

  2. Elastik kompressiya, zədələnmiş nahiyyənin soyudulması, ətrafların immobilizasiyası;

  3. Travmatik şok əleyhinə tədbirlər;

  4. Xəstənin yaxınlıqdakı xəstəxananın cərrahi şöbəsinə aparılması.

Xəstəliyin ilk 2–3 günü ərzində ağrı ilə əlaqədar travmatik şok əlamətləri olur: ağrı, arterial təzyiq aşağı düşür, tənəffüs, nəbz tezləşir, xəstədə oynaqlıq olur. 3–5-ci günlərində nisbi yaxşılaşma qeyd edilir. 4–7 gündən sonra sinir sistemi, böyrəklər zədələnir. Sonuncu dövrdə isə xəstənin zədələnmiş ətrafında güclü ağrılar, qanqrena, böyrək çatışmazlığı baş verir.

Oynaq çıxıqları zamanı ilk tibbi yardım




Oynaq çıxıqları zamanı oynaqda olan sümüklərdən birinin oynaq kapsulasını yırtaraq oynaq boşluğu daxilindən xaricə çıxması hallarında baş verir. Oynaq çıxıqlarının ümumi əlamətlərinə oynağın normal formasının dəyişməsi, çıxan sümüyün digər yeni sahədə yerləşməsi, ətrafın ölçüsünün qısalması və ya uzanması, oynaq nahiyəsində olan kəskin ağrı kimi əlamətlər daxildir. Əgər travmaya məruz qalan uşaqdırsa, aşağıdakı əlamətlər oynaq çıxığından şübhələnməyə əsas verə birər: uşaq zədələnən ətrafını hərəkət etdirə bilmir və ya onu çətinliklə hərəkət etdirir, o narahat olur, ağlayır, böyüklərə travma aldığı qola və ya ayağa toxunmağa imkan vermir, toxunduqda isə daha bərkdən ağlamağa başlayır. Heç bir halda nə böyük şəxsdə, nə də uşaqda oynaq çıxığını sərbəst şəkildə yerinə salmağa, və ya bu məqsədlə xalq təbiblərinə müraciət etməyə cəhd etməyin. Travmadan sonra ilk 1–2 saat ərzində zərərçəkəni mütləq xəstəxanaya çatdırmaq lazımdır ki, cərrah çıxmış ətrafı yerinə salsın. Yuxarı ətrafın hər hansı oynağı yerindən çıxdıqda, zədələnmiş ətrafı boyuna bağlanmış ləçəkdən sallamaq, zədələnmiş oynağın ətrafına parçaya bükülmüş buz qoymaq, daha sonra isə xəstəni təcili şəkildə travmatoloji məntəqəyə və ya xəstəxanaya çatdırmaq lazımdır. Aşağı ətrafdakı oynaq çıxığı zamanı zədə alan şəxsi uzatmaq, xəstə ayağa tam rahatlıq vermək üçün onun altına yastıq və ya mütəkkə forması verilən dəsmal qoymaq lazımdır. Zədələnmiş oynağın ətrafına parçaya bükülmüş buz qoyun.

Buz qovuqları


Buz qovuqları geniş ağızlı,dairəvi formada rezin kisələrdir.İçərisində buz parçaları doldurulub ağzı qapaqla kip bağlandığdan sonra bədənin lazımi nahiyəsinə qoyulur.Buz parçaları kiçik olmalı və qovuğun qapağı bağlanmış içərisindki hava çıxarılmalıdır.Buz qovuğu bədən səthinə dəsmala büküb qoymaq lazımdır .Bədənə qoyulmuş qovuqdakı buz əridikdə suyunu boşaldaraq ora yeni buz parçaları əlavə edirlər.Buz qovuğunu lazımi hallarda sutkalara qoymaq olar.Bu zaman hər 20-30 dəq-dən bir 10-15 dəq fasilə edilməlidir.Rezin qovuğun içərisinə su töküb donmaq üçün soyuducuya qoymaq məsləhət gorülmür.Əvvəla ,bu zaman böyük buz kütləsi əmələ gəlir ki,bu da bədən səthinə qovuq qoyulmuş nahiyənin həddən artıq soyumasına və hətta donmasına səbəb ola bilər.Digər tərəfdən,əmələ gələn buzun həcmi sudan çox olduğuna görə qovuğu partlada bilər.Buz qovuqların (quru soyuq) təsiri altında dəri və daha dərində yerləşmiş üzvlərin damarlarında spazma baş verərək,həmin nahiyələrə qan axını və dəridəki periferik sinir uclarının həssaslığı azalır.Yüksək qızdırma ,daxili qanaxmalar və qarın boşluğu üzvlərinin kəskin cərrahi xəstəlikləri (kəskin appendisit,kəskin pankreatit,kəski xolesistit və s.) və əzilmələr (ilk 3 gün zamanı buz qovuqlarından istifadə edilir. Səh.122-123
Xardal
Xardalın təsiri onun tərkibində olan efir-xardal yağı ilə izah olunur.Bu yag 40-45 dərəcə temperaturda xardaldan ayrılaraq dərini qıcıqlandırır və damarları genişləndirir,nəticədə həmin nahiyəyə qan axını güclənir ,orada qan və limfa dövranı yaxşılaşır ,yerli toxumaların müqaviməti güclənir.Bundan əlavə,xardal ağrıkəsici və yayındırıcı təsir də göstərir.Ümumi xardal vannaları.Bir vedrə ilıq suda 50 q xardalı həll edib,tənzifdən süzürlər.Sonra vedrədəki xardallı suyu içərsində 37 dərəcədə olan su doldurulmuş vannaya boşaldılır.Xəstə vanaya girərək,5-8 dəq xardallı suda qalır.Vanna qəbulundan sonra xəstə təmiz ilıq su ilə yaxalanır,xovlu dəsmalla qurudulur və paltarlarını geyir.Bu prosedura çox vaxt uşaqlara bronxit,pnevmoniya,yuxarı tənəffüs yollarının katarı zamanı təyin edilir.Ağciyərlərin və tənəffüs yollarının iltihabı ,hipertoniya xəstəliyi zamanı ayaqlara qoyulan yerli xardal vannalarından istifadə edilir.Bir vedrə suya 45-50 - 100 q xardal töküb həll edirlər.Sonra xəstə ayaqlarını belə suya salıb 5-10 dəq saxlayır.Vanna qəbul etdikdən sonra ayaqlar təmiz ilıq suda yaxalanır və qurudulur.Xardal bürünmələri.Bundan əsasən tənəffüs yolları və ağciyərlərin iltihabı proseslrində istifadə edilir.Hər 1 l ilıq suya uşaqlar üçün 30 q,böyüklər üçün isə 100 q xardal töküb həll edirlər.Həmin suda məhrəbanı isladıb sıxdıqdan sonra ,bədənin lazımi nahiyəsinə qoyub,xəstənin üstünü örtürlər.5-10 dəq sonra xardallı məhrəba götürülür ,dəri təmiz ilıq su ilə yuyulub qurudulur.Xardal tozundan istifadə.Yuxarı tənəffüs yollarının iltihabı prosesləri zamanı xardalı corabın içinə töküb ayağa geymək də məsləhət görülür.Xardal yaxmaları.Bunun tətbiqinə göstərişlər yuxarı tənəffüs yollarının və ağciyərin iltihabı xəstəlikləri (rinit,faringit,bronxit,pnevmaniyalar), ürək nahiyəsində ağrılar ,hipertoniya xəstəliyi ,miozit və nevralgiyalardır.Bütün xardallı proseduralara əks-göstərişlər bunlardır:dəri xəstəlikləri,ağciyərlərdən qanaxma,yüksək qızdırma ,bədxassəli şişlər və dərinin xardala yüksək həssaslığı.Fabrikdə hazırlanmış və kağıza hopdurulmuş quru xardal yaxmalarının işlətməzdən əvvəl yararlığı təyin olunmalıdır.İşlətməyə yararlı olan belə quru yaxmalar kağızdan tökülmür və xarakterik iy verir.Belə quru xardal yaxmaları 8x12,5 sm ölçülü qalın kağız parçası formasında baraxılır və kağızız üzərində nazik yağsızlaşdırılmış xardal toxumalarının tozu hopdurulur.Vərəqlərin arxasında yararlılıq müddəti göstərilir.Belə vərəqlər quru və qaranlıq yerdə saxlanılmalıdr.Tibb bacısı xardallı kağızları ,içərsində temperaturu 40-45 dərəcə olan su tökülmüş balaca ləyəni və dəsmalı xəstənin çarpayısının yanına qoyur (45 dərəcədən yuxarı suda efir-xardal yağı tez parçalanır).Xəstə onun üçün rahat olan vəziyyətdə uzanır və xardal qoyulacaq nahiyənin üstünü açır.Sonra xardallı kağızı 5-10 san müddətində həmin suya salıb,xardallı üzü dəriyə tərəf olmaqla hazırlanmış nahiyəyə qoyurlar.Xardallı kağızların üstünü dəsmalla örtüb,xəstəni yorğana bürüyürlər.Xardallı kağızı dəriyə qoyarkən onda qırışıqlar olmamalıdır.Əgər xardal yaxması tələb olunan şərtlərə riayət edilərək qoyulubsa ,xəstə bir neçə dəqiqədən sonra zəif yandırma ,sonra isə rahatlandırıcı istilik hiss edir.5-15 dəq sonra xardal yaxması götürülür.Bu müddət ərzində yaxma qoyulan nahiyədə artıq hiperemiya əmələ gəlmiş olur.Xardallı kağız götürüldükdən sonra dəri təmiz ilıq su da isladılmış dəsmalla silinib qurudulur;xəstənin üstü möhkəm və yaxşıca örtülür.Yüksək həssaslığı olan xəstələrdə belə quru xardallı yaxmalar birbaşa dərinin üzərinə deyil ,ilıq suda isladılıb sıxılmış tənzifin və yaxud məsaməli kağızın üzərindən ( qəzetin yox !) qoyulur.Bu zaman xardal yaxmasının qalma müddəti 20-25 dəq olmalıdır.Fabrikdə hazırlanmış xardal yaxmaları olmadıqda onu evdə də hazırlamaq olar .Bu məqsədlə bir xörək qaşığı unu və xörək qaşığı xardalı 50-60 temperaturu olan su ilə qarışdıraraq həlməşiyəbənzər xəmir hazırlanır.20-30- dəq sonra həlməşik kütləni ikiqat tənzifin ,yaxud hər hansı parçanın üstünə yaxaraq dəriyə qoyurlar.Bunun da üstünü dəsmalla örtüb ,xəstəni adyala bürüyürlər.5-10 dəq sonra parça götürülür.Xardal yaxmaları qoyulan nahiyələr,baş ağrıları və zökəm zamanı ənsə nahiyəsinə;kəskin traxeit zamanı döş sümüyünün yuxarı hissəsinə;pnevmoniya və bronxitlərdə kürəklərin altına və kürəkarası nahiyəyə;ürək ağırlarında ürək nahiyəsinə.
Səh.115-117
İsitqaçlar
İsitqaçların istifadəsi quru istinin təsirindən əzələlərin yumşalması,yerli qan dövranının həcminin artması ,sorucu və ağrıkəsici effektə əsaslanır.Bu zaman alınan nəticə isitqaçın hərarətindən və onun qoyulma müddəətindən asılı olur.Adətən,isitqaçlar qarın boşluğu üzvlərinin spastik ağrılarla müşayiət olunan xroniki xəstəliklırində (xroniki qastrit,kolit və s.), boyrək sancılarında,hipertonik krizdə və iltihabı infiltratlar zamanı işlədilir.Qarın boşluğunun kəskin cərrahi xəstəlikləri (kəskin appendisit,kəskin xolesistit,perforativ mədə və 12- barmaq bağırsaq xorası və s.),bəd xassəli şişlər,infeksiyalaşmış yaralar,qanaxmalar,dərinin zədələnmələri və əzilmələr (ilk 3 gün ərzində) zamanı isitqaçların tətbiqi əks-göstərişdir.İsitqaçlar iki cür olur:elektrik və su isitqaçları. Elektrik isitqaçlarının işlədilməsi daha münasibdir,çünki o,tədricən qızır ,reostatla idarə olunur və həmçinin istənilən müddətdə istilik verir.Təcrübi işlərdə hələlik çox vaxt rezin isitqaçlar işlədilir.Rezin isitqaçın tıxacını açıb,içərisini 2/3 hissəsinə qədər qaynar su ilə doldururlar (60-70 C).Sonra onu ehmalca sıxaraq içərisindəki havanı çıxarır (yastı şəkil alıb,bədənə yaxşı yapışsın deyə) və tıxacı bağlayırlar .İsitqaçı istifadə etməzdən əvvəl ağzı aşağı çevirib tıxacının hermetikliyini yoxlayır və yalnız bundan sonra onu dəsmalla büküb lazımi nahiyəyə qoyurlar .İsitqaç soyuyana qədər həmin nahiyədə qalır.İsitqaçdan istifadə edərkən yanıqların qarşısını almaq üçün aşağıdaki qaydalara əməl etmək məsləhət görülür:1) isitqaçı qoymamış mütləq ağzı aşağı çevirib tıxacın kipliyini yoxlamaq; 2) ağır və zəifləmiş,ödemli xəstələrə və xəstə uşaqlara hərarəti yüksək olmayan isitqaç işlətmək; 3)isitqaç qoyulduqdan 5 dəq sonra həmin nahiyədəki dərini yoxlamaq lazımdır ki, toxumaların çox qızması (parlaq hiperemiya) vaxtında aşkar edilsin; 4)əgər isitqaçdan tez-tez istifadə edilirsə ,dəridə piqmentasiyanın əmələ gəlməsinin qarşısını almaq üçün həmin nahiyəyə vazelin sürtülməlidir.
Səh.121-122

Kompreslər


Kompreslər yayındırıcı təsir göstərəcək,müalicəvi sargəlara aiddir.Bir neçə cür komr=pres ayırd edilir:quru və yaş ,ümumi və yerli.Yaş kompreslərin özləri də bir neçə yerə bölünür:soyuq,isti,qızdırıcı və müalicəvi. Soyuq kompres.Belə kompres soyuq suda isladılaraq azca sıxılmış bir neçə qat tənzifdən ,yaxud yumşaq parçadan ibarət olub aşağıdakı hallarda işlədilir:yumşaq toxumaların ,bağların və oynaqların travmatik zədələnmələri ( əzilmə,gərilmə,sıxılma və s.) zamanı (ilk 3 gün ərzində) ,yerli kəskin iltihabı proseslərdə,butun qanaxması zamanı.Burun qanaxmasında kompres tez-tez dəyişilməlidir.Bu məqsədlə iki kompres işlədilir.Belə ki,birini xəstə üçün istifadə edir ,digəri isə soyuq halda qalır.Hər soyuq kompresi 5 dəq-dən 1 saatadək işlətmək olar.Sonra dəyişdirmək lazımdır.Soyuğun təsirindən yerli olaraq səthi və dərin damarlar spazmaya məruz qalır və nəticədə həmin nahiyəyə qan axını azalır.Bu da öz növbəsində yerli qansızmaları ,qanaxmaları və kəskin iltihabı prosesləri (ödem,ağrı,qızartı və s.) azaldır.Soyuq kompresin bir növü də islatmadlr.İslatmalar təzə əzilmələrdə,göz qapaqlarının iltihabı proseslərində işlədilir.Bu məqsədlə bir neçə qat tənzif çobanyastığı dəmləməsi ,yaxud sirkəli suda (1 stəkan soyuq suya 1 xörək qaşığı sirkə) isladılır və bir neçə dəqiqəliyə pataloji proses olan nahiyəyə qoyulur və tez-tez dəyişdirilir. İsti kompres.İstinin yerli təsiri nəticəsində kompres qoyulan nahiyənin dərin və səthi qan damarları genişlənir ,həmin yerə qan axınının güclənməsinə səbəb olur.Nəticədə toxuma və üzvlərdə olan venoz durqunluq aradan gotürülür.Belə kompreslər,adətən,aşağıdakı hallarda qoyulur:əzələ,oynaq ağrılarında ağrı olan nahiyəyə;kollaps zamanı ayaqlara;bronxial astmada döş qəfəsinə;bağırsaqların spastik sancılarında qarına ;miqren zamanı başa.Bu zaman əks göstərişlər də yaddan çıxmamalıdır:beyinı qansızma ,peritonit və sidik kisəsinin atoniyası. İsti kompresləri bu qayda ilə qoyuları:bir neçə qat tənzifdən hazırlanmış kiçik dəsmalı isti suda (60-70 C) isladıb azca sıxır və tez lazım olan nehiyəyə qoyurlar .Onun üzərinə müşəmbə və pambıq qoyub bintlə sarıyırlar.Yaxud müşənbənin üstünə isitqaç,qalın yun parça qoyub,kompresi əllə saxlayırlar.Hər 10 dəq-dən bir kompres dəyişilir.Qızdırıcı (isidici) kompres.Bu növ komreslər təmiz ,zədələnməsi olmayan dəriyə qoyulur və üç hissədən ibarət olur:1)kompresin özü ; 2)su keçirməyən təcridedici qat ; 3) istilik keçirməyən qat. İsidici kompresin təsiri nəticəsində onun qoyulduğu nahiyədəki səthi və dərin qan damarları uzun müddət genişlənməyə məruz qalaraq,həmin nahiyəyə qan qan axınını artırır,dərin toxumalarda olan venoz stazı aradan gotürür və nəticədə ağrı,şişkinlik aradan qalxır.Əzələ spazmasının ləğvi və sorulma proseslərinin sürətlənməsi yerli prosesin sürətlə sağalmasına səbəb olur.Belə kompreslər mastitlər,plevritlər,artritlər,faringitlər,postinyeksion infiltratlar ,əzilmə və gərilmələr (zədələnmədən üç gün sonra) zamanı tətbiq edilir.Yüksək qızdırma,dəridə allergik səpkilər ,yerli irinli proseslər və dərinin tamlığının pozulması zamanı qızdırıcı kompreslərin qoyulması əksgöstərişdir.Belə kompresi qoymaq üçün tənzifdən 8-10 qat bükülmüş birinci qat,kompres kağızı,pambıq və bint hazırlamaq lazımdır.8-10 qat tənzifi (qalınlığı 1,0-1,5 sm olur) qatı adi ilıq (otaq hərarətində) suda və yaxud yarı spirtli suda isladıb möhkəm sıxır və dərinin üstünə qoyurlar.Tənzif qatının üstündən onu tam örtən kompres kağızı qoyub üzərini pambıq qatı ilə örtür (pambıq altdakı hər iki qatı örtməlidir ) və nəhayət ,bintlə kip sarıyırlar.Kompres 8-10 saat qalır.Əgər yarımspirtli kompres qoyulursa,4-5 saatdan sonra dəyişdirilməlidir.Kompres götürüldükdən sonra,həmin nahiyəyə quru sarğı qoyulur.Əgər kompres düzgün qoyulubsa ,onu götürdükdə dəri nəm və isti olmalıdır .Əgər komres təkrar qoyularsa ,onda ən azı 1 saatdan sonra qoyulmalıdır və qoyulmazdan əvvəl dəri 45%-li etil spirti,odekalon ilə quruyanadək silinir ki,dəridə aşınma (maserasiya) baş vermısin.Dəridə kompresdən sonra allergik əlamətlər olarsa,təkrarı proseduralara 1-2 günlük fasilə verilməlidir.Dərmanlı kompreslər.Müəyyən hallarda dəridə yerli preses olan nahiyəyə dərmanlı kompreslər qoyulur.Bu məqsədlə dəriyə qoyulacaq 8-10 qat tənzif dərmanlarla isladılıb (45%-li etil spirti,1:1 nisbətində qatılaşdırılmış vazelinin etil spirti qatışığı ,menovazin tibbi öd ,dimeksid ,Burov mayesi ,Vişnevski məlhəmi ,kamfora yağı 0-5 l suya 2 xörək qaşığı və s.).Belə kompreslərin də qoyulma texnikası isidici kompreslərdə olduğu kimidir.Dərman maddələri dərini qıcıqlandırmasın deyə,kompresdən əvvəl dəriyə uşaq kremi,yaxud vazelin yağı sürtmək məsləhət görülür.Kompresi yod çəkilmiş dəriyə qoymaq olmaz ,əks halda dərin yanıqlar əmələ gələ bilər .
Səh.117-120

Hirudoterapiya


Tibbi zəlilər sarı-yaşıl rəngdə olub 8-12 sm uzunluğunda,şirin su hövzələrində yaşayan girdə qurdlardır.Təbabətdə tibbi zəlilər qansorucu və yerli qan laxtalanmasının qarşısını almaq məqsədilə işlədilir.Zəlinin tüpürcək vəzilərində hirudin adlı maddə vardır ki,o da qanın laxtalanmasını tormozlayır.Həmçinin zəlinin tüpürcək vəziləri hialuronidaza fermenti də ifraz edir.Bu ferment toxuma keçiriciliyini dəyişir (hialuron turşusunu parçalayır).Zəlilərin ifraz etdiyi şirədə bir sıra bioloji aktiv maddətlər vardır:spesifik zəli prostaqlandin birləşmələri və fibrin laxtasını əridən destabilaza fermenti.Beləliklə,zəlinin ifraz etdiyi selik trombolitik,iltihabəleyhinə,antiaterosklerotik və immunostimuledici təsir göstərir.Aç zəli bir dəfəyə 10-15 ml qan sora bilir.Dəriyə qoyulmuş zəli qan sorub doyduqdan sonra ozü düşür,lakin yaradan qanaxma 6-24 saat davam edir.Beləliklə,orta hesabla 8-10 zəli 300-400 ml qanitirməyə səbəb ola bilər.Zəliləri içərisində təmiz çay suyu olan (suyun temperaturu 18 C-dən aşağı olmamalıdır)şüşə qablarda saxlayırlar.Qabın ağzı tənziflə bağlanır və qab pəncərəyə qoyulur.Şəhər su kəməri suyunu bir sutka müddətində saxladıqdan sonra (xlordan təmizlənməsi məqsədilə )zəliləri saxlamaq üçün işlətmək olar .Su otaq temperaturunda olmalıdır. Zəli saxlanan qabın suyunu sutkada bir dəfə dəyişmək lazımdır .Zəlilər olan otağın temperaturu sabit olmalı,otaqda kənar iylər olmamalıdır.Otaqda səs-küy olduqda zəlilər büzüşür və hətta aç olduqda belə qan sormurlar.Müalicə məqsədilə yalnız sağlam və ac zəlilər işlədilir.Zəlilərin ac olması üçün onların qabda 2-3 gün qalması lazımdır.Zəlilərin yararlı olmasını aşağıdakı əlamətlərə əsasən bilmək olar; 1) yığılma refleksinin yaxşı qalması (zəliyə toxunduqda dərhalı yığılır); 2)zəliləri qabdan çıxmağa çalışması; 3)onların yüksək fəallıq göstərməsi (əli suya saldıqda ələ yapışırlar).Xəstə zəlilər (bədəndə yumruları və ya yaraları olan ,selik verən ,çox yumşalan )qabdan çıxarılmalı və qabın suyu dəyiçdirilməlidir.Zəlinin qoyulmasına olan göstərişlər bunlardır;serebral krizlər ,stenokardiya,miokard infarktı ,tromboflebitlər və qaraciyərin xeyli böyüməsi ilə gedən ürək çatışmazlığı.Əksgöstərişlər:hipotenziya,hipokoaqulyasiya,anemiya antikoaulyantlarla müalicə aparılan dövr ,septik və allergik vəziyyət.Zəli qoymaq üçün əvvəlcə aşağıdakı ləvazimat hazırlanır sınaq şüşəsi ,pinset,steril klükoza məhlulu ,steril tənzif dəsmallar ,pambıq ,bint,duzlu su və kiçikhəcimli (50-100 ml) su olan şüşə qab ,8-12 zəli.Bu ləvazimatı hazırladıqdan sonra zəli qoyulacaq yerdə dəri təmizlənir:tüklər qırxılır ,sabunsuz su ilə yuyulur (zəlilər sabun iyini götürmür ) və isti qaynanmış suda isladılmış steril tənzif dəsmalla silinir.Zəlilərin dərini həvəslə tutması üçün zəli qoyulacaq nahiyələrə steril qlükoza məhlulu sürtülür .Sonra zəli bankadan pinsetlə götürülür və ön sorucusu dəriyə olmaqla sınaq şüçəsinə qoyulur.Sınaq şuşəsi dəriyə yaxınlaşdırılır və zəli lazımi sahəyə qoyulur zəli dərini dişləyən kimi,yəni onun ön hissəsində dalğavari hərəkət yaranan anda sınaq şüşəsi götürülür.Zəli arxa sorucusu ilə sormasın deyə (çünki bu zaman sormanın aktivliyi azalır) quyruq sorucusunun altına nazik steril tənzif qoyulur.Bu qayda ilə bütün zəlilər dəriyə qoyulur.Zəlinin ən çox qoyulma yerləri:qulaq seyvanından 1 sm aralı olmaqla məməyəbənzər çıxıntının üzərinə şaquli istiqamətdə (hipertoniya xəstəliyi zamanı);döş sümüyünün kənarından 1 sm olmaqla 3 5 qabırğaarası sahədə ürək nahiyəsinə (miokard infarktı zamanı),venadan 1 sm kənara olmaqla hər iki tərəfdən şahmat qaydası ilə (tromboflebitlər zamanı zəlilər arasındakı məsafə 5 sm olmalıdır );qabırğa qövsü boyu sağ qabırğaaltı sahəyə (qaraciyərin böyüməsi zamanı ).Qansorma zamanı zəlinin hərəkətləri yavaşırsa ,onun bədəninə ilıq suda isladılmış pambığı ehtiyatla ,bir neçə dəfə sürtürlər.Zəli 40-60 dəq soraraq özü dəridən ayrılır.Əgər zəlini bu vaxtdan tez götürmək tələb olunursa ,onda ön sorucu duzlu su ilə islatmaq lazımdır.Bu zaman zəli yığılaraq dəridən qopur.Zəliləri zorla dəridən qoparmaq olmaz,əks halda qanaxma baş verə bilər .Qopmuş zəliləri içərsində duzlu su,naşatır spirti,yaxud formalin məhlulu olan qaba salmaqla məhv edir və kanalizasiyaya atırlar.Bütün zəlilər düşdükdən sonra dəriyə bir sutka müddətində qalın pambıqla quru steril sarğı qoyulur.Bir sutkadan sonra əgər qanaxma olarsa ,yaralara kalium-permanqanat məhlulu sürtülərək yenidən quru steril sarğı qoyulmalıdır .Bu kiçik yaralar 2-3 günə sağalır.Əgər yaradan qanaxma olmazsa ,yaralar 3%-li hidrogen-peroksid məhlulunda isladılmış steril tənziflə silinib,steril quru sarğı ilə sarınır.Zəlilər düzgün qoyulmadıqda bir sıra ağırlaşmalar baş verə bilər:yaranın irinləməsi ,yara ətrafında qaşınma ,qanaxma və dərialtı qansızmalar.Heç vaxt zəli qan damarların üstünə qoyulmamalıdır,bu güclü qanaxmaya səbəb ola bilər! Sidik sınağları Xəstəxanada müalicə olunan hər bir xəstədə mütləq sidiyin analizi aparılmalıdır.Adətən,sidiyi müayinə üçün səhərlər,xəstə yuxudan dura

Ailə həkimi kimdir və vəzifələri nələrdir?
17 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan “Sığortaolunanların ilkin tibbi-sanitariya xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası”na əsasən ailə həkimi cinsindən və yaşından asılı olmayaraq təhkim olunmuş şəxslərə ilkin tibbi-sanitariya xidmətləri göstərən ailə təbabəti ixtisası üzrə rezidentura təhsili almış və ya xüsusi hazırlıq proqramı üzrə müvafiq təlimlər keçmiş həkimdir. Yəni ailə həkimi (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) ilkin tibbi-sanitariya xidməti göstərən dövlət tibb müəssisəsinə (ASM, poliklinika, kənd həkim məntəqəsi) təhkim olunan sığortaolunana ilkin tibbi-sanitariya xidmətləri göstərən həkimdir. Ailə həkimi ilkin tibbi-sanitariya xidmətini ambulator qəbul (tibb müəssisəsində tibbi müşahidə və müalicə tələb olunmayan) və ya evdə xidmət (çağırış və fəal gedişlər) yolu ilə həyata keçirir. Qeyd edək ki, hazırda respublikada 3500-ə yaxın ailə həkimi vətəndaşa xidmət göstərir.
Ailə həkiminin vəzifələrinə gəldikdə isə buraya bir sıra əhəmiyyətli xidmətlər daxildir. Ailə həkimi:

  • Ailə üzvlərini müayinə və müalicə edir;

  • Sağlam həyat tərzi haqqında məsləhətlər verir;

  • Xəstəliklərin profilaktikası ilə məşğul olur;

  • İxtisaslaşdırılmış yardım tələb etməyən vəziyyətlərin, xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşğul olur;

  • Sanitar-gigiyenik maarifləndirməni həyata keçirir;

  • Xroniki xəstəliklərə nəzarəti həyata keçirir;

  • Milli Peyvənd Təqviminə əsasən immunizasiya tədbirlərinin aparılmasını həyata keçirir;

  • Uşaqların icbari dispanserizasiyasının aparılması işini görür;

  • Yenidoğulmuşlara ixtisaslı müdaxilə tələb etməyən hallarda müalicə və müşahidənin aparılmasını həyata keçirir;

  • Yenidoğulmuşların patronajını həyata keçirir;

  • Ana südü ilə qidalanmaya dair məsləhətlər verir;

  • Tibbi göstəriş olduğu halda, xəstənin müayinə və müalicəsi üçün göndəriş vərəqəsi ilə ixtisaslı həkim müayinəsinə göndərir.

Конец формы





Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə