Fənn: Fəlakət hallarında humanitar logistika və nəqliyyat servisləri


Anbarların sayının azaldılması və təchizat anbarlarının istehlakçılardan uzaqlaşdırılması ilə əlaqədar satış həcmində baş verən itkilər



Yüklə 33,26 Kb.
səhifə11/13
tarix01.02.2023
ölçüsü33,26 Kb.
#99906
1   ...   5   6   7   8   9   10   11   12   13
Mühazirə 4

Anbarların sayının azaldılması və təchizat anbarlarının istehlakçılardan uzaqlaşdırılması ilə əlaqədar satış həcmində baş verən itkilər.Anbarların sayının azaldılması nəticəsində xidmət göstərilən məntəqəya qədər orta məsafə artır. Buna görə də əvvəlki səviyyədə xidmət gösərmək çətinləşir. Göndəriləcək məhsul partiyasının iqtisadi cəhətdən optimal həcminin artması nəqletməyə çəkilən xərclərin də artmasına təsir göstərdiyindən logistik yük vahidlərinin <>sistemi üzrə göndərilməsi çətinləşir.

Bundan başqa, istehlakçıların özləri üçün də anbara gəlmək və burada tələb olunan çeşid seçmək bir növ mürəkkəblik yaradır.
Anbarların sayının azaldılması və təjhiza anbarlarının istehlakçılardan uzaqlaşdırılması istehlakçılar üçün lazım olan məhsulların yolda gecikməsinə, alıcıların onlardan məsafə baxımından uzaqda yerləşən məhsulgöndərənlərə marağının azalması kimi neqativ halların əmələ gəlməsinə səbəb olur. Istehsalçı müəsisələr öz məhsullarının reklamını həyata keçirən zaman anbarların onlara yaxın olmasını hər dəfə istehlakçı auditoriyasının diqqətinə çatdırmağa çalışırlar.
Xidmət və ya bölüşdürmə zonalarında anbarların sayının azaldılması istehlakçıların nəqliyyat-tədarükat məsrəflərinin artmasına gətirib çıxara bilər. Belə ki, anbardan məhsulların göndərilməsi aşağı tariflərlə başa gəldiyi halda, məhsulların anbara gətirilməsi yüksək tariflərlə müşahidə olunur. Anbarların alıcılardan istehlakçılardan uzaqda yerləşdirilməsi istehsalçı müəssisələri məcbur edir ki, onlar xidmət göstərdikləri zonalara, ərazilərə məhsulları çıxarmaq üçün yüksək nəqliyyat tarfləri ödənilsin. Bu da məhsulların son qiymətinə və nəticə etibarı ilə satışın həcminə neqativ təsir göstərir.
Ümumiyyətlə, bazar iqisadiyyatı yolu ilə inkişaf edən ölkələrdə son illər müşahidə olunan əsas ənənə anbarların( xüsusilə, pərakəndəsatış ticarətində) sayının azaldıılmasından ibarətdir. Bu zaman nəqliyyat xərclərinin artmasına baxmayaraq, bütünlüklə bölüşdürmə sistemi üzrə vəsaitlərə (xüsusi olaraq sığorta ehtiyatlarının həcminin azalması hesbına) qənaət edilir. Lakin bazar iqtisadiyyatı yolu ilə inkişaf edən ölkələrdə mövcud olan qanunauyğunluqları mexaniki formadaAzərbaycan respublikasına köçürmək olmaz. Ökəmizdə Qərbi Avropa mövcud olan səviyyədə ticarət sahəsində rəqabət olmadığından yüksək sviyyədə sığorta ehtiyatlarının yaradılması tələb olunur.



Yüklə 33,26 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə