FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə29/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   25   26   27   28   29   30   31   32   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
31


vergilərin elastiklik əmsalı vahidə bərabər olmuşdur. Əgər bu əmsalın 
qiyməti vahiddən böyükdürsə, deməli, vergi gəlirləri ümumi milli 
məhsula nəzərən daha yüksək surətlə artır. Bu o deməkdir ki, ümumi 
milli məhsulda vergi daxilolmalarının xüsusi çəkisi yüksəlir. Əgər bu 
əmsalın qiyməti vahiddən kiçikdirsə, deməli, ümumi milli məhsulda 
vergi daxilolmalarının xüsusi çəkisi azalır. 
İstənilən iqtisadi subyektin fəaliyyətinin aşağıdakı üç əsas 
istiqaməti bir-birindən fərqləndirilir: 
-
təsərrüfat; 
-
maliyyə; 
-
investisiya. 
İqtisadi subyektin fəaliyyətinin təsərrüfat istiqaməti gəlir əldə 
etmək üçün əsas fəaliyyət növünün həyata keçirilməsidir. Əksər 
təşkilatlar üçün bu istiqamət prioritet təşkil edir. 
İqtisadi subyektin fəaliyyətinin maliyyə istiqaməti – faiz, icarə 
haqqı, lizinq ödənişi və s. şəkildə gəlir əldə etmək məqsədi ilə qiymətli 
kağızlarla, əmlakla, pul vəsaitləri ilə və digər aktivlərlə əməliyyatların 
həyata keçirilməsidir. 
İqtisadi subyektin fəaliyyətinin 
investisiya istiqaməti dividendlər

paylar, faizlər və s. şəkildə gəlir əldə etmək məqsədi ilə digər iqtisadi 
subyektlərin fəaliyyətində və layihələrin həyata keçirilməsində iştirak 
üzrə əməliyyatların həyata keçirilməsidir. 
İqtisadi subyektin fəaliyyətinin baxılan hər bir istiqamət üzrə 
hesabat dövrünün sonuna yekunu maliyyə nəticəsidir, yəni mənfəət və 
ya zərərdir. Bundan başqa hər bir istiqamətin həyata keçirilməsi 
prosesində vergitutmaya cəlb olunan digər göstəricilər də, məsələn, 
satışdan əldə olunan vəsait, əmək haqqı fondu və s. də yaranır. Vergi 
güzəştlərinin olub-olmamasından asılı olaraq iqtisadi subyektin 
bəzilərində belə göstəricilərin sayı çox, digərlərində isə az ola bilər. 
Ancaq istənilən halda iqtisadi subyektin rəhbərliyi ödənilməli olan 
vergilərin həcmini minimallaşdırmağa çalışacaq. Bu proses isə iqtisadi 
subyektin vergi yükünün qiymətləndirilməsindən başlayır. 
Elmi 
ədəbiyyatda 
iqtisadi 
subyektin 
vergi 
yükünün 
qiymətləndirilməsinin bir sıra üsulları var. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə