Azərbaycan Respublikasında dövlət vergi orqanlarını
Vergilər
Nazirliyi və bilavasitə ona tabe olan vergi orqanları təşkil edir. Vergi
orqanları öz səlahiyyətləri çərçivəsində hüquq mühafizə orqanlarının
səlahiyyətlərini həyata keçirirlər.
Vergi orqanları öz fəaliyyətini yerli dövlət hakimiyyəti
orqanlarından asılı olmayaraq
müstəqil həyata keçirirlər, öz
səlahiyyətləri daxilində onlar tərəfindən qəbul edilən qərarlar bütün
fiziki və hüquqi şəxslər üçün məcburidir. Vergi orqanları vergilərin tam
və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər.
Vergi orqanları yerli vergilər (bələdiyyə vergiləri), habelə
tutulması dövlət gömrük orqanlarının səlahiyyətlərinə
aid edilmiş yol
vergisi, ƏDV və aksis istisna olmaqla, vergilərin tam və vaxtında
ödənilməsinə nəzarəti həyata keçirirlər.
Vergi orqanlarının fəaliyyəti hüquqi əsaslarını Azərbaycan
Respublikasının Konstitusiyası, Vergi Məcəlləsi və onlara uyğun olaraq
qəbul edilmiş qanunvericilik aktları təşkil edir.
5. Vergi orqanlarının hüquqları
Vergi orqanlarının hüquqları aşağıdakılardır:
- Vergi Məcəlləsi ilə müəyyən edilmiş
qaydada və hallarda kameral
və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;
- vergi ödəyicilərində bütün maliyyə sənədlərini,
mühasibat
kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızlar və
başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və
ödənilməsi ilə bağlı olan digər sənədləri
qanunvericiliklə müəyyən
edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı
yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun
vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq;
- vergi ödəyicilərinin gəlir götürmək
üçün istifadə etdikləri, yaxud
vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar,
ticarət və digər binalarda (ərazilərində) qanunvericiliklə müəyyən
edilmiş qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış
keçirmək, Vergi Məcəlləsi ilə müəyyən edilmiş
qaydada sənədləri və
əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın
(yaşayış sahələri istisna olmaqla) Vergi Məcəlləsində müəyyən edilmiş
hallarda müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilmiş
qaydada inventarizasiyasını aparmaq;
Dostları ilə paylaş: