FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə39/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   35   36   37   38   39   40   41   42   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
42


Azərbaycan Respublikasında dövlət vergi orqanlarını Vergilər 
Nazirliyi və bilavasitə ona tabe olan vergi orqanları təşkil edir. Vergi 
orqanları öz səlahiyyətləri çərçivəsində hüquq mühafizə orqanlarının 
səlahiyyətlərini həyata keçirirlər. 
Vergi orqanları öz fəaliyyətini yerli dövlət hakimiyyəti 
orqanlarından asılı olmayaraq müstəqil həyata keçirirlər, öz
səlahiyyətləri daxilində onlar tərəfindən qəbul edilən qərarlar bütün 
fiziki və hüquqi şəxslər üçün məcburidir. Vergi orqanları vergilərin tam 
və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər. 
Vergi orqanları yerli vergilər (bələdiyyə vergiləri), habelə 
tutulması dövlət gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol 
vergisi, ƏDV və aksis istisna olmaqla, vergilərin tam və vaxtında 
ödənilməsinə nəzarəti həyata keçirirlər. 
Vergi orqanlarının fəaliyyəti hüquqi əsaslarını Azərbaycan 
Respublikasının Konstitusiyası, Vergi Məcəlləsi və onlara uyğun olaraq 
qəbul edilmiş qanunvericilik aktları təşkil edir. 
5. Vergi orqanlarının hüquqları 
Vergi orqanlarının hüquqları aşağıdakılardır: 
- Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda kameral 
və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 
- vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat 
kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızlar və 
başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və 
ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən 
edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı 
yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun 
vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq; 
- vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud 
vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, 
ticarət və digər binalarda (ərazilərində) qanunvericiliklə müəyyən 
edilmiş qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış 
keçirmək, Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədləri və 
əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın 
(yaşayış sahələri istisna olmaqla) Vergi Məcəlləsində müəyyən edilmiş 
hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş 
qaydada inventarizasiyasını aparmaq; 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə