FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə35/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   31   32   33   34   35   36   37   38   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
38


və çoxtərəfli müqavilələrin bağlanması, milli vergi sistemlərinin vahid 
şəklə salınması və bir-birinə uyğunlaşdırılması yolu ilə həyata keçirilir. 
Nəzarətedici funksiya.
Dövlət vergilər vasitəsilə müəssisələrin və 
vətəndaşların maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirir. Bu 
nəzarət vasitəsi ilə dövlət büdcəsinə və vergi sisteminə bu və ya digər 
düzəlişlərin edilməsi zərurəti müəyyənləşdirilir.
Mövzu 3. Azərbaycan Respublikasında vergi münasibətləri 
iştirakçılarının hüquqları, vəzifələri və məsuliyyəti 
 
P L A N 
1.
Vergi ödəyiciləri
2.
Vergi ödəyicilərinin hüquqları 
3.
Vergi ödəyicilərinin vəzifələri 
4.
Dövlət vergi orqanları 
5.
Vergi orqanlarının hüquqları 
6. Vergi orqanlarının vəzifələri və məsuliyyəti 
1.
 
Vergi ödəyiciləri 
Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq müəyyən 
edilmiş vergitutma obyektlərindən vergi ödəyən istənilən şəxs vergi 
ödəyicisi hesab olunur. Ənənəvi olaraq vergi ödəyiciləri kimi hüquqi və 
fiziki şəxslər çıxış edirlər. Bununla bərabər vergi qanunvericiliyində
vergi ödəyicilərinin digər kateqoriyaları da nəzərdə tutulur. Bunlara 
müəssisələrin müstəqil sürətdə mal təqdim edən, iş görən və xidmət 
göstərən filial və nümayəndəlikləri, xarici hüquqi şəxslərin daimi 
nümayəndikləri aid edilirlər. 
Vergi ödəyiciləri öz vəsaitləri hesabına vergini ödəyən şəxslər 
olduğundan, onları vergi daşıyıcılarından fərqləndirmək lazımdır.«Vergi 
daşıyıcısı» anlayışı əsasən iqtisadi aspektdə işlədilir və o, vergi yükünü 
daşıyan şəxsdir. Daha doğrusu, son nəticədə vergi büdcəyə vergi 
daşıyıcısının hesabına ödənilir. Məsələn, əlavə dəyər vergisinin 
ödəyicisi əlavə dəyər vergisi ödəyicisi kimi uçota alınmış şəxs, onun 
daşıyıcısı isə əlavə dəyər vergisinə cəlb edilmiş malı olan şəxsdir. 
Vergi agenti-vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa 
və təyinatı üzrə köçürməyə borclu olan şəxsdir. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə