FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə34/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   30   31   32   33   34   35   36   37   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
37


cəmiyyətdə gəlirlərin yenidən bölüşdürülməsinə gətirib çıxarır. Bunun 
da əsasında cəmiyyətin müəyyən bir təbəqəsinə müavinətlərin 
ödənilməsi üçün digər təbəqəsindən vergilər tutulur. Müasir cəmiyyətdə 
sosial stabilliyin təmin edilməsinin əsas vergi vasitələri aşağıdakılardır: 
- əmək haqqından sosial sığorta fonduna ayırmalar şəklində tutulan 
vergilər; 
Fiziki şəxslərin gəlir vergisi üzrə vergi güzəştləri. 
Tənzimləyici funksiya.
Bu funksiya vergi mexanizmləri vasitəsi 
ilə dövlətin qarşıya qoyduğu müəyyən məqsədlərə nail olunmasına 
xidmət edir. Bu funksiya vasitəsi ilə vergilər, təkrar istehsal prosesinə 
onun sürətini stimullaşdırmaq və ya ləngitməklə əhəmiyyətli təsir 
göstərir, kapital xidmətini gücləndirir və ya zəiflədir, ödəniş qabiliyyətli 
tələbi artırır və ya azaldır. 
Görkəmli ingilis iqtisadçısı C.Keynsin fikrincə vergilər cəmiyyətdə 
yalnız iqtisadi münasibətləri tənzimləmək üçün mövcuddur. 
Vergilərin tənzimləyici funksiyasını təhlil edərkən onun aşağıdakı 
üç alt funksiyasını qeyd etmək lazımdır: 
- stimullaşdırıcı alt funksiya
- ləngidici alt funksiya; 
- təkrar istehsal alt funksiyası. 
İnteqrasiyaedici funksiya.
XX əsrin sonlarında vergilər bazar 
iqtisadiyyatının tənzimlənməsi mexanizmlərində keyfiyyətcə yeni bir 
funksiyanı yerinə yetirməyə başladılar. Bu öz əksini xarici iqtisadi 
münasibətlərin tənzimlənməsində vergilərin inteqrasiyaedici funksiyanı 
yerinə yetirməsində tapmış oldu. Onun meydana çıxmasını şərtləndirən 
əsas amil dünya təsərrüfat sisteminin inkişafının xarakterik xüsusiyyəti 
ilə, yəni milli iqtisadiyyatların qarşılıqlı asılılıq proseslərinin güclənməsi 
və təsərrüfat həyatının hərtərəfli beynəlmiləlləşməsi ilə bağlıdır. 
Vergilər ərazi təsərrüfat və siyasi maraqlarla bir-biri ilə bağlı olan 
dövlətlər üçün vahid iqtisadi məkanın formalaşdırılması vasitələrindən 
birinə çevrildilər. Dövlətlərin təsərrüfat həyatının qarşılıqlı asılılığının 
güclənməsi və beynəlmiləlləşməsi prosesinin ən parlaq təzahürü Avropa 
İttifaqı çərçivəsində iqtisadi inteqrasiyadır. Avropa İttifaqı üzvü olan 
ölkələrin milli vergi sistemlərinin vahid şəklə salınması və bir-birinə 
uyğunlaşdırılması siyasəti Avropa İttifaqı çərçivəsində inteqrasiya 
proseslərinin təmin edilməsinin güclü aləti oldu. Praktikada vergilərin 
inteqrasiyaedici funksiyasının reallaşdırılması ölkələr arasında gömrük 
maneələrinin, ikiqat vergitutmanın aradan qaldırılması barədə ikitərəfli 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə